Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2015

Şər qüvvələrin gözə görünməyən hücumları

"Quran oxunan, Əziz və Cəlil Allahın xatırlandığı evdə bərəkət artar, mələklər orada olar, əhrimənlər oranı tərk edər..."
Gözdəyməyə qarşı nə edim? (10)


3.Quran qiraəti ilə nemətə çatmaq və şərdən uzaqlaşmaq
Quran qiraəti insanı şər və bəladan uzaqlaşdırır, şeytan vəsvəsələrinin qarşısını alır, ilahi rəhmətin nazil olmasına səbəb olur. Evdə, bir məkanda Quran səsi ucalanda oranın fəzası şeytanın zəhərli çirkabından paklanır.
İmam Sadiq Əmirəlmöminin Əlidən (ə) belə nəql edir: “Quran oxunan, Əziz və Cəlil Allahın xatırlandığı evdə bərəkət artar, mələklər orada olar, əhrimənlər oranı tərk edər, bu ev səma əhlinə işıq saçar. Necə ki, ulduzlar yerə işıq verir. Quran oxunmayan, Əziz və Cəlil Allahın xatırlanmadığı evdə bərəkət azalar, mələklər oranı tərk edər, əhrimənlər orada olar, bu evin fəzası zəhərlənər, şər və fəsadla dolar.” (Quranda tədəbbür araşdırmaları, səh. 80)
Demək, Quranla çox ünsiyyət, onu gözəl səslə oxumaq ilahi bərəkət və mələklərin gəlişinə səbəb olar. Bu yolla həmin evdə asayiş və salamatlıq yaranar. Evdə Quran oxunmaması orada şeytanları fəallaşdırar, asayişi aradan qaldırar.
Valideynin əsas məsuliyyətlərindən biri evdə gözəl səslə Quran oxumaqdır. Quran avazı evdəki mənfi enerjini uzaqlaşdırır, dolayı yolla ev əhlinin ruhiyyəsini dəyişir.
Çalışaq ki, hər gün ən azı Qurandan on ayə oxuyaq. Bu ayələr barədə düşünək. Beləcə, Allahın izni ilə qəlblərimiz və mənzillərimiz zülmət və zərərli dalğalardan hifz olsun, nuraniləşsin.
4.Cin surəsini oxumaqla cinlərin gözdəyməsinin qarşısnın alınması
Quran araşdırmaçıları düşünürlər ki, Cin surəsində gözə görünməyən mövcudlar haqqında danışılır. Surədə onların dinə və peyğəmbərə, eləcə də məada imanından söz açılır. İmam Sadiq (ə) buyurur: “Kim “Cin” surəsini çox oxusa həyatı boyu ona cin gözdəyməsi, sehr-cadu, hiylələr təsir göstərməz, Həzrət Məhəmmədlə (ə) yoldaş olar...” (Təfsiri-Nümunə”, c. 25, s. 98) Belə bir qənaətə gəlirik ki, insana təkcə ətrafdakı insanların yox, gözə görünməyən cinlərin də gözdəyməsi zərbə vurur. Bunun qarşısını almaq üçün ardıcıl şəkildə cin surəsini oxumaq lazımdır. Xüsusi ilə dini geyim insanı pis gözdən qoruyur. “Cin” surəsini oxumağın savabı barədə həzrət Peyğəmbər (s) buyurur: “Kim “Cin” surəsini oxusa peyğəmbəri təsdiq və təkzib etmiş cin və şeytanların sayı qədər qul azad etməyin savabını qazanar.” (“Təfsiri-nümunə”, c. 25, s. 98)
5.Məuzəteyn (Nas və Fələq surələri) şərə qarşı
Qurani-Kərimin iki son surəsi, “Fələq” və “Nas” surələri şərrin uzaqlaşdırılmasında ən təsirli surələr sayılır. Məsumların buyuruqlarında bu həqiqət təsdiqlənir. Söhbətimizin əvvəlində qeyd etdik ki, bəziləri gözdəyməyə münasibətdə ifrata varır, göz dəyər deyə sevinclərini, uğurlarını gizlədirlər. Onlar hətta pis geyinirlər ki, onlara göz dəyməsin. Danışanda şikayətlənirlər ki, gözdəymədən qorunsunlar. Bir şəxs İmam Rizadan (ə) bu barədə soruşdu. İmam buyurdu: “Gözdə təsir var. Əgər gözün təsirindən qorxursansa əllərini çöhrən bərabərində qaldır (qunut vəziyyətində) “Həmd”, “Tövhid”, “Nas” və “Fələq” surələrini oxu. Sonra əllərini alnına çək, Allahın izni ilə faydası olar.” (“Biharul-Ənvar”, c. 92, s. 192)
İmam Sadiq