Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2015

Onların məqsədi dinə qarşı çıxmaq idi...

Çar rejiminin və kommunist quruluşunun ortaq cəhəti: dinlə, İslamla düşmənlik!
Mövzu ziyalılıq və ölkəmizdəki ziyalılar barədədir. Bu, elə bir məsələdir ki, mən ona ad qoymaq istəsəm, məsələn, belə deməliyəm: ziyalıların mürtəceliyi, yaxud ziyalılıq irticası. Bildiyiniz kimi, ziyalılıq və ziya irticanın əksidir. Ziyalılıq və aydınlıq irəliyə, gələcəyə baxan bir fenomendir, fransız sözü olan “intellectual”ın tərcüməsini ifadə edir. Əlbəttə, dilçilər deyirlər ki, bu tərcümə dəqiq deyil. Amma nə də olsa, məqsəd bəllidir. Mən sonra bu barədə bir qədər danışacağam. İnkişaf edən və gələcəyə baxan bu amil gələcəyə doğru gedir. Onda geriyə qayıdış ola bilməz. Amma mən elə bir vəziyyət müşahidə etmişəm və edirəm ki, ona ziyalılıq irticaçılığı, yəni ziyalıların geriləməsindən başqa bir ad qoya bilmirəm.

Mən dəfələrlə demişəm ki, ziyalılıq İranda xəstə doğuldu. Ziyalılığın malik olduğu xüsusiyyətlər - elmi düşüncə, gələcəyə baxış, aydınlıq, ağıllılıq, ictimai məsələlərdə ağrı duymaq, xüsusən də mədəniyyətə dair məsuliyyət hiss etmək bizim ölkəmizdə xəstə, qeyri-sağlam və eyibli doğuldu. Niyə? Çünki bizim tarixin ilk ziyalıları xəstə insanlar idilər. Mən belə şəxsiyyətlərdən və İranda ziyalılığın aparıcı insanlarından bir neçəsinin adını çəkirəm: Mirzə Mülküm xan Erməni, Mirzə Fətəli Axundzadə, Hacı Səyyah Məhəllati.

On doqquzuncu əsr Avropasının ziyalılıq nümunələrini İrana daxil edən ilk şəxslər etimadlı insanlar deyildilər. Məsələn, ziyalılıq iddiasında olan və Nasirəddin şahın totalitar rejiminə qarşı çıxan Mirzə Mülküm xanın özü Röyterin çox ziyanlı istismarçı planlarının dəllalı idi.

Bildiyiniz kimi, Nasirəddin şahın ömrünün son 20 ilində xarici inhisarçılıq ölkəyə çox böyük zərbə vurdu. İngilislər gömrükdə, tütün məmulatlarında, dəmir yolunda və sair sahələrdə inhisarçılıq edirdilər. Sonra ruslar gəlib deyirdilər ki, siz filan sahəni, filan ticarəti bizim rəqiblərmizə vermisiniz, gərək bizə də verəsiniz. Ona da bir şey verirdilər. Sonra bunun adını müsbət balanslaşdırma qoyurdular: xarixi siyasətdə və iqtisadi əlaqələrdə Rusiya və İngiltərə arasında müvazinət yaratmaq, lakin yarış formasında. Yəni bir gücə bir şey versinlər, sabah o birisi desin ki, niyə mənə vermədiniz, bunlar da desinlər al, bu da sənin. Sonra o desin ki, mənimki az oldu, desinlər bu da sənin. Beləliklə, İranı bir ailənin, yəni Nasirəddin şahın, saray adamlarının və bu süfrədən bir tikə oğurlaya biləcək hər kəsin mənafeyinə görə çapıb-talayırdılar.

İranda ziyalılığın və aydınlığın ən məşhur carçısı sayılan Mirzə Mülküm xanın özü Röyterin dəllalı idi. Məşhur tənbəki monopoliyasında, yəni zamanın təqlid müctəhidi olan Mirzə Şirazinin boykot etdiyi və bu ziyanlı alış-verişin qarşısını aldığı zaman Mirzə Mülküm xan Röyterin dəllalı idi. Mirzə Mülküm xan Erməninin əsas dəllallıqlarından biri də parad məsələsində idi. Saray da onu qəbul etdi. Bu adam İranda ziyalılığın carçısı olmaq, xalqı gələcəyə, yeniliyə dəvət etmək istəyirdi. Görün bu zaman xalq hansı vəziyyətə düşər! Mən bilmirəm sizin müasir tarixdən nə qədər məlumatınız var, onu nə qədər oxumusunuz. Yaxşı olar ki, boş vaxtınız olan yay fəslində proqramlı şəkildə bir qədər müasir tarixi, o cümlədən tənbəki məsələsini mütaliə edəsiniz. Bu mövzuda kitablar da yazılıb, onları oxuya bilərsiniz. Sözsüz ki, qərəzsiz yazılmız kitabları deyirəm. Çünki ortada din və ruhaniliyin adının olduğuna və bəzi yazıçılar dinlə düşmən olduqlarına görə belə böyük bir uğuru etiraf və bəyan etmək istəməmişlər.

Başqa bir cəhətdən, Mirzə Fətəli Axundzadə də Mirzə Mülküm xana oxşayır. Axundzadə Xamenedəndir. Mən qədim xamenelilərdən və bəzi qohumlarımdan onun haqqında eşitmişəm. O, Oktyabr inqilabından əvvəl Qafqaza getdi, Rusiya çarlarının süfrəsində oturdu, onların köməyi ilə və onların sayəsində İran istibdadı əleyhinə mübarizə apardığını xəyal etdi. Bu mübarizə etimadlı və məqbul mübarizə deyildi. Bunların məqsəd seçdiyi birinci məsələ avtoritorizmə qarşı siyasi mübarizə yox, xalqın dininə, etiqadlarına və yerli prinsipial ənənələrə qarşı çıxmaq idi. Mən bu barədə sonra danışacağam...

1945-1946-cı illərdə Pişəvərinin zamanında, Təbriz və Azərbaycanın bir hissəsi Sovet silahlı qüvvələrinin ixtiyarına keçib, işğal ediləndə və sonralar tar-mar edilən dırnaqarası yerli hökumət qurulanda bolşeviklər Mirzə Fətəli Axundzadənin şərəfinə Xameneyə gedib konsert verdilər. Yəni bu adamın həm çar hakimiyyətində tərəfdarı vardı, həm də bu hakimiyyəti devirən bolşeviklərin arasında. Şəxsiyyətin necə şübhəli olduğunu görürsünüzmü?! Çar rejiminin və kommunist quruluşunun ortaq cəhəti nədir: dinlə, İslamla düşmənlik. Bu adam da İslamla düşmənlik carçısı olmuşdur.

Ayətullah Xamenei

Vilayet.nur-az.com


1399 بازدید
در حال ارسال اطلاعات...