Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2015

Ayətullah Xamenei Ərdoğana nə dedi?

Təəssüf ki, bəzi İslam ölkələri də xəyanət edir, düşmənə pul və imkan yaratmaqla xidmət göstərir.
...Bu gün Amerika və sionistlər bəzi İslam məmləkətlərinin daxili ixtilaflarından məmnundurlar. Bu problemlərin həlli yolu İslam ölkələrinin həmkarlığı, münasib və qurucu əməli addımların atılmasıdır.
...İslam dünyasında hər bir müsəlman ölkənin iqtidarı əslində İslam ümmətinin iqtidarıdır.İran İslam Cümhuriyyətinin ümumi siyasəti budur ki, İslam ölkələri bir-birlərini gücləndirsinlər və bir-birlərini zəiflətməkdən çəkinsinlər. İran və Türkiyə rabitələrinin güclənməsi də həmin məqsədə kömək edir.
...Biz həmişə vurğulamışıq ki, İslam məmləkətləri Qərb və Amerikaya etimaddan xeyir görmür. Bu gün də hamı qərbin regionda İslam və məntəqəyə zərərli fəaliyyətlərinin nəticəsini aydın görür.
...Bu hadisələrin arxasında düşmənin gizli əlini görməyən özünü aldadır.
...Sionistlər, qərb dövlətlərinin çoxu və başda Amerika bu hadisələrdən məmnundurlar və İŞİD problemini həll etmək istəmirlər.
...Biganələr bu problemin həllini qətiyyən arzulamırlar. Buna görə də problemin həlli üçün İslam ölkələri qərar çıxarmalıdır. Təəssüf ki, münasib və qurucu ümumi qərar yoxdur.
...İran İslam Cümhuriyyəti bütün ölkələr, o cümlədən Yəmənə xarici müdaxiləyə müxalifdir. Buna görə də Yəmən böhranının həlli yolu kimi bu xalqa qarşı xarici müdaxilələrə, hücumlara son qoyulmasını görürük. Yəmənin gələcəyi ilə bağlı yəmənlilər qərar çıxarmalıdır.
...İslam düşmənləri İslam Oyanışına qarşı uzun müddətdir əks-hücum həyata keçirir. Təəssüf doğuran reallıq budur ki, bəzi İslam ölkələri də xəyanət edir, düşmənə pul və imkan yaratmaqla xidmət göstərir.
...İran İraqda hərbi qüvvə saxlamır. Amma iki ölkə arasında tarixi, köklü, çox yaxın əlaqələr var.

Vilayet.nur-az.com


2192 بازدید
در حال ارسال اطلاعات...