Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Dekabr 2013

Sədəqə kimin haqqıdır?

Müəlla ibn Xənis deyir: Həzrət İmam Sadiq (ə) yağışlı bir gecədə Bəni-Saede qəbiləsinə tərəf hərəkət edir. Mən də aram onun arxasınca getdim. Yolda o həzrətin əlindən nəsə yerə düşdü.

İmam (ə) buyurdu: “Ya Allah! İtirdiyimi mənə qaytar!” Bu vaxt qabağa gedib salam verdim.

O həzrət (ə) buyurdu: “Müəlla! Sənsən?”

Ərz etdim: Bəli, sizə fəda olum!

Buyurdu: “Axtar, hər nə tapdın mənə ver.”

Mən də yerə əl gəzdirdim. Başa düşdüm ki, yerə çoxlu sayda çörək tökülüb. Nə qədər çörək tapdımsa, hamısını o həzrətə (ə) verdim. İmamın (ə) əlindəki boğça çörəklə dolu olduğundan çox ağır idi.

Ərz etdim: İcazə verin mən götürüm.

Buyurdu: “Mən daha layiqliyəm, gəl Bəni Saede qəbiləsinə qədər birlikdə gedək.”

Biz ora çatanda orda olanlardan bəziləri yatmışdı. Həzrət İmam Sadiq (ə) orada yatanların yanına bir və ya iki çörək qoyub keçirdi. Beləliklə, hamıya çörək verdi və oradan çıxıb getdik.

Ərz etdim: Bunlar haqqı tanıyırlar, yəni şiədirlər?

Buyurdu: “Əgər haqqı tanısaydılar onlara duz da verərdim. Bil ki, Allah-Taala nə yaradıbsa ona xəzinədar da yaradıb. Amma sədəqə özü özünü qoruyar.

Atam (İmam Baqir (ə)) hər vaxt bir fəqirə sədəqə verəndə, onu yenidən fəqirdən alardı öpüb və iyləyərdi sonra ikinci dəfə fəqirin əlinə qoyardı. Gecə yarısı sədəqə vermək Allahın qəzəbini sakitləşdirər, günahları aradan aparar və qiyamət gününün hesabını asan edər. Gündüz sədəq vermək isə ömür və malı çoxaldar.

Həzrət İsa (ə) dənizin kəranından keçərkən çörəyini ora atır. Şagirdlərindən biri ərz edir: Nə üçün belə etdiniz. Bu çörək ki sizin yeməyiniz idi? Buyurdu: “Atdım ki, dəniz heyvanlarından birinə qismət olsun. Bu işin Allah-Taalanın yanında böyük hədiyyəsi var.”

Sədəqə ilə əmlakı qorumaq

Həzrət İmam Sadiq (ə) bir qrup tacirlərlə yol yoldaşı olur. Yolda xəbər verirlər ki, oğrular filan yeri qarət ediblər. Karvandakılar bir yerə yığılırlar. Bu xəbəri eşidənlərin qorxduqları üzlərindən məlum idi.

İmam (ə) buyurdu: “Sizin narahatlığınız nədəndir?”

Ərz etdilər: Satlıq malımız var, qorxuruq əlimizdən çıxa. İcazə verirsiniz mallarımızı sizin ixtiyarınızda qoyaq. Oğrular bilsələr ki, bu mallar sizindir, ola bilsin əl vurmayalar.

Həzrət (ə) buyurdu: “Haradan bilirsiniz? Ola bilsin onlar təkcə mənim malımın dalınca gəliblər. Bu halda öz malınızı boş yerə hədərə vermiş olacaqsınız.”

Ərz etdilər: Nə edək? Əgər məsləhət bilsəniz mallarımızı torpağa basdıraq.

Buyurdu: “Bu işiniz bais olar ki, mallarınız tez tələf ola. Yaxud da ola bilsin kimsə sizin işinizdən xəbəri ola və onları götürə, ya da qayıdanda yerini tapmayasınız.”

Dedilər: Bəs ondan nə edək?

Buyurdu: “O kəsə tapşırın ki, mallarınızı hər növ təhlükədən qoruyar və malınızın çoxalmasına səbəb olar.

Sual etdilər: O şəxs kimdir?

Buyurdu: “Allah-Taala”.

Soruşdular: Necə Allaha tapşıraq?

Buyurdu: “Fəqirlərə və ehtiyaclılara sədəqə verin.”

Dedilər: Burada fəqir və ehtiyaclı yoxdur ki, sədəqə verək.

Buyurdu: “Qərara gəlin ki, malınızın üçdə birini sədəqə verəsiniz və Allah da malınızı qorxduğunuz şeydən amanda saxlasın.”

Tacirlər qərara gəlirlər ki, İmamın (ə) dediyi kimi etsinlər.

Buyurdu: “İndi isə yolunuza davam edin.” Biraz getdikdən sonra oğrular onları görür. Bu an İmamla (ə) olanları qorxu bürüyür.

Həzrət (ə) buyurdu: “Daha nədən qorxursunuz, bundan sonra siz Allahın pənahındasınız?!”

Yol kəsənlərin gözü həzrət İmam Sadiqə (ə) sataşan kimi atdan düşüb o həzrətin (ə) əlini öpüb ərz edirlər: Dünən gecə həzrət Peyğəmbəri (s) yuxuda görmüşəm. Bizə əmr etdi ki, bu gün özümü sizə təqdim edim. İndi sizin xidmətinizdəyəm ki, düşmən və oğrulardan amanda qalasınız.

Həzrət İmam Sadiq (ə) buyurdu: “Sizə ehtiyacımız yoxdur. O kəs ki, bizi sizin xətərinizdən qoruyub, onlardan da qoruyacaq.”

Karvanda olanlar yollarını salamat başa vurdular. Mallarının üçdə birini sədəqə verdilər. Qalan mallarından da çoxlu qazanc əldə etdilər. Bir birlərinə dedilər: Həzrət İmam Sadiqin (ə) bərəkəti necə də çox oldu. İmam (ə) buyurdu: “Beləliklə, Allahla müamilənin fayadalırını başa düşdünüz. Bundan sonra bu üsulu davam etdirin.”

Sədəqə ilə övladı qorumaq

Məhəmməd ibn Ömər ibn Yəzid dedi: İmam Rizaya (ə) ərz etdim: İndiyə kimi iki uşağım ölüb. Hal hazırda bir balaca oğlan uşağım var. Buyurdu: “Onun üçün sədəqə ver. Hər nə sədəqə vermək istəsən, uşağın özünə ver ki öz əli ilə ehtiyacı olana versin. Hətta bir tikə çörək, ya bir ovuc yeməli olsun və ya başqa bir şey ola. Ona görə də Allah yolunda hər nə vermək istəsəniz xalis niyyətlə verin. Nə qədər az da olsa Allah yanında qiymətlidir.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1545 بازدید
در حال ارسال اطلاعات...