Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2015

Xanım Fatimənin (s.ə) mövlud günü - Qadınlar bayramı

Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir
Hicri təqvimlə cəmadiüssani ayının 20-si dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür. Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir. Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir. Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur. Tərbiyə etdiyi İmam Həsən və İmam Hüseyn, xanım Zeynəb və Ümmü Gülsüm kimi övladları, xanım Zəhranın (s.ə) İlahi kamillik yolunun nümunələrindəndir. Bu mübarək gün münasibətilə bütün dünya müsəlmanlarını, haqq aşiqlərini təbrik edirik!


1457 بازدید
در حال ارسال اطلاعات...