Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2015

Cənab Rəhbər: Səudiyyə məğlub olacaq!

Mən heç vaxt Amerika ilə müzakirələrə nikbin baxmamışam!
Cənab Rəhbərin son çıxışından:

...Üç mövzuda danışacağam: Biri siz məddahlar, bu şərif sənət haqqında; digəri ölkəmizdə gündəmdə olan nüvə proqramı haqqında; üçüncüsü, Yəmən haqqında.
...Məddahlıq çox şərəfli bir sənətdir. Tarix boyu zalımları, zorluları mədh edənlər olub və bu gün də var. Bu gün də zalım gücləri, ən alçaq insanları mədh edənlər, çirkin müzdla qələmini işlədənlər var. Siz isə əksinə, diliniz, nəfəsiniz, sənətkarlıq gücünüzlə fəzilətləri mədh edirsiniz.
...Bu gün ölkədə məddahlar üçün böyük imkanlar mövcuddur. Siz məclislər qurursunuz, minlərlə insan, əksəriyyəti də gənclər sizi dinləyir. Bundan gözəl fürsət?! ...Bu fürsətlərdən ən gözəl istifadə dini maarifin təbliğidir.
...Məddahlar təhrifdən, xürafatdan, gənclərin əqidəsində çaşqınlıq yaratmaqdan pəhriz etməlidir.
...Nüvə mövzusunda bir neçə nöqtə qeyd etmək istəyirəm. Mən heç vaxt Amerika ilə müzakirələrə nikbin baxmamışam. Bunu təcrübədə görmüşəm. Amma müzakirələrə qarşı çıxmadım, razılığımı bildirdim. Müzakirə aparanları da himayə etmişəm və edirəm. İran xalqının mənafelərinin təmin olunduğu, xalqın izzətinin hifz olunduğu razılaşmanı yüz faiz himayə edirəm.
...Mən müzakirələrin təfərrüatına müdaxilə etməmişəm, hazırda da belədir. Mən ölkə məsullarına ana xətti, qırmızı xətləri göstərmişəm. Amma ciddi şəkildə nugaranam. Çünki qarşı tərəf böyük yalan, hiylə, xəyanət əhlidir. Məsələn, müzakirələr başa çatandan bir neçə saat sonra Ağ Evin yaydığı bəyanat – adını fact sheet (fakt-list) qoyublar - əksər məqamlarda reallığı əks etdirmir.
...Bizim Amerika ilə müzakirələrimiz yalnız nüvə mövzusundadır, regional məsələlər, istənilən başqa mövzu müzakirə edilmir.
...Yəmən məsələsi! Səudiyyə Ərəbistanının bu gün Yəməndəki işi sionistlərin Qəzzədəki işinin eynidir. Amma zərər görəcəklər, heç bir halda qələbə qazana bilməyəcəklər. Sübut budur ki, sionistlərin hərbi gücü Səudiyyə Ərəbistanının hərbi gücündən neçə qat artıqdır. Onlar bir qarışlıq Qəzzə ilə vuruşdular, məğlub oldular. Səudiyyə Ərəbistanı isə on milyon əhalisi olan bir dövlətlə vuruşur.

Vilayet.nur-az


1403 بازدید
در حال ارسال اطلاعات...