Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Həyanı gücləndirmək üçün

Nur surəsi oxumaqla malınızı, özünüzü və ailənizi qoruyun!
Örtüyün qara rəngli olması qadınları naməhrəm kişilərə daha uzaq göstərir

Örtünmək, hicab insana bir sakitlik, aramlıq gətirdiyi kimi açıq-saçıqlıq və çılpaqlıq da insan üçün təhlükə yaradır, onun psixoloji durumunu gərginləşdirir. Bu məqalədə hicab və onun insan psixologiyasına təsiri haqda danışacağıq.

Şəhid Mütəhhəriyə sual verilir ki, nə üçün qadın özünü naməhrəm şəxslərdən hicabla qorumalıdır? Mərhum alim buyurur: “Bunun ilk təsiri psixoloji təsirdir, ruhiyyəni aramlaşdırır. Demək, hicabın fərdi və ictimai təsirlərindən biri onun insanın psixoloji sağlamlığını təmin etməsidir. Hicaba riayət etmək cəmiyyətin sağlamlıq və təmizliyinə təsirlidir. Qadının münasib hicabla örtünməsi kişilərin qıcıqlanmasının qarşısını alır. Bu kişilərə də bir aramlıq gətirir. Unutmamalıyıq ki, psixoloji sağlamlıq insanın fiziki sağlamlığına birbaşa təsirlidir.” Doktor Aleksis Karl və doktor Vil Karnegi öz kitablarında yazırlar: “Psixoloji gərginlik və həyəcan insanda mədə yarası kimi fiziki xəstəliklərin yaranmasına səbəb olur.” Başqa tədqiqatçılar da təsdiqləyirlər ki, fiziki ləzzətlər ilk addımda insanın üzünə gülümsəsə də onun sonu zəhərlidir, insanın ruhuna zərbə vurur, onu həlak edir. Demək, insanın örtünməsi ilə onun psixoloji və fiziki sağlamlığı arasında rabitə var. Hicabın ailə institutuna da təsiri böyükdür. Ailə institutunun cəmiyyətin əsas dayağı olduğunu nəzərə alsaq pak övladların bu mühitdə tərbiyəsini xatırlasaq hicabın daha əhəmiyyətli olduğunu görərik. Hicabın başqa bir təsiri cəmiyyətdə geyimlə bağlı ayrıseçkiliklərin, dəbdəbəçiliklərin qarşısının alınmasıdır.

Geyimin rəngi ilə bağlı psixoloqlar fikir bildirir. Xüsusilə ağ və qara rənglər haqqında müxtəlif mülahizələr açıqlanıb. Ağ rəngin yaxınlıq, qara rəngin uzaqlıq hissi aşıladığı söylənilir. Yəni insan ağ rəngli cisimlərə baxanda onları daha yaxın, qara rəngli cismlərə baxanda onları daha uzaq görür. Demək, hicabın, örtüyün qara rəngli olması qadınları naməhrəm kişilərə daha da uzaq göstərir. Hicabda əsas məqsədlərdən biri ictimai fəaliyyətlərdə kişi və qadınlara daha azad fəza yaratmaqdır. Təhsil və iş mühitində şəhvani hislər təhrik olarsa insanın diqqəti əsas fəaliyyətdən yayınar. Demək hicab elə bir formada olmalıdır ki, hicablı insan ətrafdakılara həyalı görünsün. Kişinin öz çevrəsini həyalı görməsi onun psixologiyasında aramlıq yaradır.

Beləcə qadın həya gövhərindən faydalanaraq kişilərlə yanaşı ali kamillik dərəcəsinə çataraq insanlığın son hədəfinə doğru hərəkət etmiş olur. İslamda nəzərdə tutulmuş hicabın fərdi və ictimai asayiş, ailədə rahatlıq, ictimai həyatın bütün sahələrində münasib mühit yaratması üçün, eləcə də filmlər və ədəbiyyatda hicabın nümunə olaraq göstərilməsi məqsədi ilə müəyyən şərtlər ödənməlidir.

1.Həya hissini gücləndirmək üçün fərdin imanı güclənməlidir. Allaha, ölümdən sonrakı həyata etiqad azdırıcı şəhvət və həvəslərin qarşısını alan güclü amillərdəndir. İmanlı insan hər yerdə Allahı görür, inanır ki, onun bütün əməlləri mələklər tərəfindən qeydə alınır. O inanır ki, bir gün bütün əməllərinə görə cavab verməli olacaq. Xeyr əməl sahibləri cənnətə, günahkarlar cəhənnəmə gedəcək. İmam Xomeyninin daim xatırlanası bir cümləsi var: “Dünya Allahın məhzəridir, Allahın məhzərində günah etməyin.” Əgər insan inansa ki, Allahın hüzurundadır bu inam onu əxlaqi və ictimai fəsadlardan çəkindirən güclu amil olar. İman gücləndikcə insan azğın nəfs istəkləri qarşısında daha möhkəm dayanar. Əksinə imanın zəifliyi insanın günah qarşısında müqavimətinin zəifliyidir, insanın iffətinə zərbədir.

“Hicabın faydaları və hicabsızlığın zərərlərini bilən insanda iffət hissə güclənir. Bəli, hicabla tanışlıq insanın hicabla bağlı mərifətini artırır. İnsan müxtəlif yollarla belə bir mərifət əldə edə bilər. Bəzən bir kitabın mütaliəsi, bəzən həyatda baş verən hadisələr insan üçün ibrət olur. Həzrət Əli (ə) buyurur ki, ibrət paklığa səbəb olur. İmam Sadiq (ə) buyurur: “Nur surəsi oxumaqla malınızı, özünüzü və ailənizi qoruyun. Kim gündə bir dəfə Nur surəsini oxusa (iffətsizliyin mükafat və cəzaları ilə tanış olsa) günaha getməz.” Merac hədisində iffətsizlik və hicabsızlığın bəzi zərərləri yada salınır. Həzrət Əli (ə) buyurur: Xanım Zəhra (s) ilə Pyğəmbərin (ə) görüşünə getmişdik. Həzrətin (s) ağladığını gördük. Mən onun ağlamasının səbəbini soruşdum. Həzrət (ə) buyurdu: Ey Əli! Merac gecəsi bir qrup qadınları əzabda gördüm. Ona görə ağlayıram. Saçlarından asılmış, istilikdən beyni başında qaynayan qadınlar vardı. Mən bunun səbəbini soruşanda dedilər ki, bu qadınlar dünya həyatında saçlarını naməhrəmdən gizləməyib."

3.Pak ana, pak ailə ağuşunda tərbiyə övladın iffətini artırır. İffətli və hicablı ailədə ana övladının tərbiyəsinə böyük əhəmiyyət verir. Hətta dayə tutanda dayənin saleh və iffətli qadın olmasını nəzərə alır. Həzrət Peyğəmbər (s) buyurur: “Uşağınıza günahkar və ağılsız qadınlarınızın süd verməsinə göz yummayın. Süd öz təsirini qoyur.”

4.Cəmiyyətdə yaxşıya dəvət və pisə qadağa məsuliyyətləri iffəti artırır. İffətə təsirli ictimai səbəblərdən biri əmr be məruf və nəhy əz münkər adlandırdığımız ictimai məsuliyyətlərdir. Əgər fərdlər bir ailənin üzvü kimi cəmiyyətdə bir-birlərinə nəzarət edərsə, əxlaqi problemi olan insanın düzgün yola qayıdışı üçün addım atılarsa bu addım təsirsiz qalmaz. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bir şəxs gizli günaha yol verərsə bunun zərəri yalnız onun özünə aiddir. Açıqda yol verilən günah cəmiyyətə təsirlidir və cəmiyyət onu bu işdən çəkindirməsə zərbə alar. Başqa bir məqamda Həzrət (ə) buyurur: “Qadınlarınız və gəncləriniz günaha meyl etdiyi zaman halınız necə olur?! Bu o zaman baş verir ki, siz əmr be məruf və nəhy əz münkəri tərk edirsiniz. (Sual verilir ki, belə bir vəziyyət nə vaxt yaranacaq?) Əmr be məruf və nəhy əz münkər tərk edilən zaman bu şərait yaranacaq.” Cəmiyyətin təşkil olunduğu ailə ocağı günahdan uzaq olsa bütün cəmiyyət günahdan uzaq olar. Nəticədə cəmiyyətə təhlükəsizlik hakim olar.

5.Allahın haqqı olaraq hicab əmri yerinə yetirilsə iffət güclənər. Allah-Taalanın hökmləri insanın xoşbəxtliyi üçündür. Allah-Taala öz yaratdıqlarına mərhəməti özünə zəruri edib. Hicab Allahın bəndələr üzərindəki haqqıdır. Təbii ki, insanın Allah üzərində haqqı yoxdur. Allah yaradandır və Onda nöqsan yoxdur. Bəs Allahın haqqı necə, onu yerinə yetirməmək olarmı? Rəvayətlərdə bu mövzuya işarə olunub. Ayətullah Cəvadi Amuli deyir: “Qadının hicab məsələsi təkcə onun özünə aid deyil. Qadın hicabı öz haqqı hesab edib kənara qoya bilməz. Qadının hicabı həm də kişinin haqqı deyil. Kişi deyə bilməz ki, xanımının hicabı ona aiddir və özü qərar çıxara bilər. Qadına yaxın olan başqa kişilər də bu məsuliyyəti öz üzərinə götürə bilməz. Çünki qadının iffəti Allahın haqqıdır. Allah-Taala qadını duyğulu, pak xəlq edib. Qadını yaranışda iffətli yaradıb.”

6.Qeyrət və hicab iffətə təsirli amillərdir. Qeyrət insanın namus təssübü çəkməsidir. Namusunu toxunulmaz sayan insan razı olmaz ki, kimsə onun xanımına xəyanətkarcasına baxsın. Kişilər bilməlidirlər ki, onlar başqalarının namusuna pis gözlə baxarlarsa bunun aqibəti onların namusuna pis gözlə baxılmasıdır. Bunu anlayan kişinin qeyrəti icazə vermir ki, bu addımı atsın. Həzrət Əli (ə) buyurur: “Qeyrətli kişi heç zaman zina etməz.” Həzrət Peyğəmbər (s) buyurur: “Zövcəsindən xəbərsiz olan kişi qeyrətsizdir.” Qeyrət kişilik ölçüsüdür. Allah-Taala ailə ocağını təcavüzlərdən qorumaq üçün kişinin vücudunda qeyrət hissi əmanət qoyub. Əgər bu qeyrət hissi inkişaf etsə kişi bütün cəmiyyətin namusunu öz namusu kimi qəbul edər. O razı olmaz ki, cəmiyyətdə bir xanımın iffətinə təcavüz olunsun. Bir sözlə qeyrət insanda cəmiyyətin namusuna həssaslıq yaradan hisdir. İnsanın qeyrət hissi zəifləyəndə kişi