Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Cəbrail həmişə mənə misvak etməyi tapşırırdı. O qədər israr edirdi ki, düşünürdüm misvak vurmaq vacib olacaq...
Haram şeydən dərman olar?
Həzrət Peyğəmbər (s) buyurur: Bir şəxs haram şeylə özünə dərman etsə Allah-taala ona şəfa verməz... Tariz ibn Suid Cəfər şərab haqqında soruşanda Həzrət (ə) bunu qadağan edir. Tariq deyir ki, məqsəd dərman olsa necə? Həzrət (ə) buyurur: Bu dərman deyil, özü bir xəstəlikdir. Bir gün Ümmi Sələmənin qızı xəstələnir. Dərman üçün qaba şərab tökürlər. Peyğəmbər bunun nə olduğunu soruşur. Ümmi sələmə cavab verir. Peyğəmbər (s) buyurur: Allah-Taala haram şeyi dərman qərar verməyib...

Sağlam olmaq üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Hər işin yolu var. Sağlamlığın yolu üçdür: Az danışmaq, az yatmaq, az yemək.

Qəm-qüssə və ömürün uzunluğu...
Həzrət Peyğəmbər (s) buyurur: Çox nigarançılıq xəstəliyə səbəb olur... Qəm-qüssə qocalığın yarısıdır.

Bığ və dırnağı qısaltmaq...
Həzrət Peyğəmbər (s) buyurur: Cümə günü bığ və dırnaqları qısaltmaq dərdləri aradan qaldırır... Həzrət (s) buyurur: Dırnaqı tutmaq böyük dərdlərin qarşısını alır, ruzini artırır.

Dağlardakı isti suyun təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Dağlardakı isti bulaqların suyuna dərman kimi baxmayın, çünki bu sular kükürd qoxusu verir...

Həna qoymaq faydalıdır?
Həzrət Peyğəmbər (s) buyurur: Hənadan istifadə edin, çünki gözü işıqlandırır, tükü artırır, xoş qoxu yaradır, zövcəyə aramlıq gətirir.

Damarlar sıxılanda...
Oruc tutun. Oruc damarların tutulmasını aradan qaldırır, yuxululuğu uzaqlaşdırır.

Balın ürəyə təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Bal gözəl qidadır. Ürəyə yaxşı təsir göstərir, sinənin soyuğunu aradan qaldırır.

Heyvanın ürəyə təsiri...
Həzrət Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə buyurur: Heyva yeyin. Heyva qəlbi gücləndirir, qorxaq insana cəsarət verir... Həzrət (s) buyurur: Heyva yeyin. Çünki heyva qəlbi açır, insana cəsarət verir, övlad gözəl olur... Başqa bir rəvayətdə buyurur: Heyva yeməyi yaddan çıxarmayın. Çünki qəlbi açır, sinədəki ağırlığı aradan qaldırır.

Həcamət üçün günlər...
Həzrət Peyğəmbər (s) buyurur: Ayın 17, 19 və 21-nə təsadüf edən çərşənbə axşamı günü həcamət edin. Bu iş böyu xəstəliklərin dərmanıdır. Belə həcamət baş ağrısına, diş ağrısına, dəliliyə, cüzama, alaya qarşı xeyirlidir.

İlıq su ilə iftar...
Həzrət Peyğəmbər (s) halva ilə iftar edərdi. Halva olmasaydı başqa şirnidən, xurmadan istifadə edərdi. Bir şey olmayanda ilıq su ilə orucunu açardı. Həzrət (s) buyurur: İlıq su mədə və qara ciyəri təmizləyir, ağıza xoş qoxu verir, dişləri möhkəmləndirir.

Mis qabın zərəri...
Həzrət Peyğəmbər (s) buyurur: Misdən hazırlanmış qablarda su içməyin. Bu vasvasılıq və pərişanlıq səbəbidir.

Xilalın faydası...
Yemək yeyəndən sonra xilal edin. (dişləri çöplə təmizləyin) Bu dişləri sağlam saxlayır, ruzini artırır... Həzrət (s) buyurur: Yeməkdən sonra xilal edin, ağızınızı yaxalayın. Bu kəsici və dəyirman dişlərə faydalıdır... Bir gün Peyğəmbər (s) Cəfər ibn Əbu Talibə Xilal verib buyurdu: Ey Cəfər! Xilal et, bu ağızın sağlamlığına səbəb olur, ruzini artırır.

Misvakın xüsusiyyətləri
Həzrət Peyğəmbər (s) buyurur: Cəbrail həmişə mənə misvak etməyi tapşırırdı. O qədər israr edirdi ki, düşünürdüm misvak vurmaq vacib olacaq... Həzrət (s) buyurur: Misvak etmək insanın fitrətindən, tövhiddəndir... Həzrət (s) başqa bir məqamda buyurur: Misvak edin, çünki ağızın təmizliyi və Allahın razılığına səbəb olar... Misvak dişləri möhkəmləndirər. Gündə iki dəfə misvak edən peyğəmbərlərin sünnəsini davam etdirib. Hər qıldığı namaza görə Allah ona yüz rəkət namazın savabını yazar, onu ehtiyacsız edər, ağızı xoş qoxulu olar, yaddaşı güclənər, düşüncəsi dərinləşər, qidaları ləzzətli olar, diş ağrıları aradan qalxar, xəstəliklərinin qarşısı alınar, mələklər ona əl verər, dişləri təmiz olar... Həzrət (s) bir hədisdə misvakın on xüsusiyyətini sadalayır:
Ağızı ətirləndirər, damağı möhkəmlədər, bəlğəmi aradan qaldırar, gözü işıqlandırar, dişlərin ərpini əridər, mədəyə kömək edər, Peyğəmbər (s) sünnəsinə əməl olunar, mələkləri sevindirər, Allahı razı salar, xeyir əməlləri artırar... Həzrət (s) buyurur: Allah üçün misvakdan sonra iki rəkət namaz misvaksız yetmiş rəkət namazdan üstündür.

Həzm sisteminə faydalı göstərişlər...
Həzrət Peyğəmbər (s) buyurur: Mədə bütün xəstəliklərin mənzilidir. Pəhriz bütün dərmanların köküdür... Həzrət (s) buyurur: Kahı yeyin. Kahı yuxu gətirər, yeməyi həzmə verər... Həzrət (s) buyurur: Cəbrail mənə dedi ki, bərni xurmasında doqquz xüsusiyyət var:
Ağz qoxusunu aradan qaldırır, mədəni təmizləyir, qidanı həzmə verir və s... Həzrət (s) buyurur: Bütün xəstəliklərin kökü mədənin ağırlığındadır... Buyurur: Suyu aram için, onu birdəfəyə başınıza çəkməyin bu qara ciyər xəstəliyinə səbəb olar.

İshalın dərmanı...
Bir şəxs Peyğəmbərə (s) qardaşının ishala düçar olduğunu dedi: Kişi qardaşına bal versə də təsirini görməyib yenidən Peyğəmbərə (s) müraciət etdi. Peyğəmbər (s) yenə də xəstəyə bal verilməsini buyurdu. Bu get-gəl bir neçə dəfə təkrarlandı, kişi dördüncü dəfə gəlib dedi ki, ishal güclənib. Həzrət (s) buyurdu ki, Allahın sözünə inan, qardaşının qarnına yox. Kişi geri qayıdıb xəstəyə yenidən bal verdi. Bu dəfə xəstəlik tam aradan qalxdı... Başqa bir şəxs Həzrətə (s) qarın sancısından şikayətləndi. Həzrət (s) buyurdu ki, baldan şərbət düzəlt, ona üç-yeddi ədəd qaraçörəkotu dəni at, sonra iç, Allahın izni ilə sağalarsan... Həmin şəxs bu göstərişə əməl edib sağaldı.

Acqarına xurma...
Həzrət Peyğəmbər (s) buyurur: Xurmanı acqarına yeyin, bu halda qarındakı qurdları öldürər.

Başgicəllənməyə qarşı...
Həzrət Peyğəmbər (s) buyurur: Kim sədo (sudab) yesə başgicəllənməsi aradan qalxar.

İybilməni gücləndirmək üçün...
Həzrət Peyğəmbər (s) buyurur: Kimin qoxu bilmə qabiliyyəti zəifsə mərzinquş yesin. Bu iybilməni gücləndirir.


1867 بازدید
در حال ارسال اطلاعات...