Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Aprel 2015

Müsəlmanların gerilik səbəbləri

Qum elm hövzəsinin təsisçisi mərhum Şeyx Əbdül-Kərim Hairi öz zamanında müsəlmanların geri qalmasına münasibət bildirib.
Mərhum Şeyx Əbdül-Kərim Hairi haqqında çox danışılıb, çox yazılıb. Qum elm hövzəsini təsis edən bu böyük şəxsiyyətin dəyərli şagirdləri olub, həmin şagirdlər bu gün də İslam dünyasına dəyərli xidmət göstərməkdədirlər. Rza şahın dövründə cənab Hairiyə müxtəlif mövzularda suallar ünvanlanıb. Həm suallar, həm də alimin cavabları onun mütəfəkkirliyini, öz dövrünü gözəl tanımasını göstərir. Həm də məlum olur ki, alimin dövründə din hövzəsinə hücumlar ara verməyib.
Şeyx Əbdül-Kərim Hairinin adı çəkiləsi şagirdlərindən biri İmam Xomeyni olub. İmam Xomeyni dünya üçün gözlənilməyən bir hadisəyə imza ataraq pəhləvi rejiminin hakimiyyətinə son qoyub, İslam cümhuriyyəti yaradıb. Şübhəsiz ki, cənab Hairinin müxtəlif zövq və səliqəyə malik olan bütün şagirdlərə təsiri olub. Ayətullah Hairi Nəcəf məktəbinin yetirməsidir. O məşrutə kimi mühüm tarixi hadisəni təcrübədən keçirib. Heç şübhəsiz, bu təcrübələr hövzə təsisçisi üçün bir məktəb idi. Çoxları cənab Hairini sakit adam kimi dəyərləndirirdi. Qum elm hövzəsini qorumaq xatirinə alim Rza şaha qarşı etirazlarda kənarda dayanırdı. Təqiyyənin nə olduğunu gözəl bilən alim öz rəftarları ilə hövzəni çox təhlükəli bir dövrdən keçirə bildi. Ayətullah Hairi həm təqiyyə edirdi, həm aramlığını qoruyub saxlayırdı, düşüncə baxımından mötədil yol tutmuşdu. O heç vaxt sərtlik göstərməz, ciddi təsirlər altında olan şiə cəmiyyətinə sözünü siyasi agahlıqla çatdırardı. O bu cəmiyyəti Qərbin ideoloji hücumlarından da məharətlə qoruyurdu. Alimin nə dərəcədə müvəffəq olması ikinci məsələdir. Mühüm odur ki, alim ağıl və məntiqdən kənar addım atmazdı.
Ayətullah Hairinin elmi fəaliyyətləri arasında ona ünvanlanmış mürəkkəb sualların cavablandırılması da var. Şəmsi 1391-ci ildə ustad Əhməd Abidi mərhum Hairinin istiftaat məcmuəsini çap etmişdir. İstiftaat adətən fiqhi suallara cavabdan ibarət olur. Fiqhi suallar öz növbəsində adi suallara və müasir dövrdə gündəmə gəlmiş aktual suallara bölünür. İkinci qrup suallar alimdən xüsusi məharət tələb edir. Qacar dövründə Qərb mədəniyyəti yayılmaqda idi. Bu dövrdəki istiftaat da çox maraqlıdır. Əllamə Hilliyə, onun oğlu Fəxrul-Muhəqqiqinə ünvanlanmış suallar bu qəbildəndir. Mərhum Hairinin 544 səhifəlik istiftaatı müqəddiməsiz və mündərəcatsız çap olunmuşdur. Həmin dövrlə tanışlıq üçün bu istiftaat dəyərli mənbədir. Həm suallar, həm də cavablar dövrə hakim düşüncədən danışır. İstiftaatda maraqlı mövzulardan biri qeyb dövründə müctəhidə olan ehtiyacdır. Başqa bir mövzu bu gün üçün dəyərli olan məsihiliyin tənqidi mövzusudur.
544 səhifəlik istiftaatdan öncə Qumda Humayun jurnalında dərc olunmuş istiftaatda ricəti inkar edənlərlə bağlı sualın cavabında deyilir ki, ricət zərurətlərdən deyil və onu inkar edən dindən xaric olmur. Bəziləri bu cavabdan narahat olaraq fərqli mövqe tutmuşdular. Alim bu insanlara cavabında deyir ki, bu mövzuda yazdığım şərhə müraciət edin. Alim deyir ki, mən özüm ricətə inanıram, bu hadisənin həqiqiliyinə dəlillər var, bununla belə onu inkar edən dindən xaric olmur.
Şəmsi 1313-cü ildə radio mövzusu gündəmə gəlir. Cənab Hairiyə radioya qulaq asmağın şəri hökmü ilə bağlı sual ünvanlanır. Alim sualı cavablandırmazdan öncə bu yeni yayım vasitəsi ilə bağlı izahat istəyir. Həmin vaxt müsəlman camaat xaricdən yayımlanan proqramlara qulaq asırdılar. Alimə izahat verilir ki, əgər Nəcəf və ya Qumda radio şəbəkəsi yaradılsa alimlər bu vasitə ilə dünyaya İslamı təbliğ edə bilərlər. Həmin dövrdə yaponların bütpərəstlikdən uzaqlaşmaq meylləri gündəmdə idi. Yaponlar İslam, Yəhudilik, Məsihilik dinləri arasında birini seçməli idilər. Əgər 67 milyonluq bir cəmiyyət İslamı qəbul etsəydi bu böyük uğur olardı. Bütün bu izahlardan sonra cənab Hairi qısa cavab verir ki, deyilən şəraitdə radio ilə halal sözləri dinləməyin eybi yoxdur.
Maraqlı suallardan biri müsəlmanların nə üçün geri qalmasıdır. Sual verilir ki, Quran əhatəli bir kitab olduğu zaman Avropalılar Qurandan bəhrələnib inkişaf etdiyi halda nə üçün müsəlmanlar geri qalıb, yoxsul yaşayır? Mərhum Hairi belə cavab verir: “Quran və hədislər insanları təlaş və tərəqqiyə çağırır. Xaricilər bu göstərişlərə itaət edərək təlaş göstərib, inkişaf ediblər. Müsəlmanlar tənbəllik göstərdiklərindən geri qalıblar. Alimlər İslamın göstərişlərini xalqa çatdırıblar və bu işdə müqəssir deyillər.” Alimin ətraflı cavabında yer alan nöqtələrdən biri budur ki, Quran elm və texnologiya kitabı deyil, göstəriş kitabıdır. O vurğulayır ki, qərblilər Quranın təlaşa çağırışına əməl edərək elm arxasınca gedib sənayeni inkişaf etdiriblər. İkinci nöqtə məsuliyyətin alimlər üzərindən götürülməsidir. Sualda belə bir nöqtə yer alıb ki, geriliyin səbəbi alimlər, yoxsa cəmiyyətdir? Alim cavabında alimlərin öz məsuliyyətini yerinə yetirdiyini bildirir.
Mühüm suallardan biri məsihiyyətlə bağlıdır. Alim övladlarından biri yazır ki, o dinlə bağlı şübhələrlə üzləşib. Bu gənc Rəsail və Məkasibə qədər dini təhsil alıb, sonradan dünyəvi təhsil ardınca gedib. Məsihiliklə maraqlanıb, bu dini qəbul edib. Gənc öz sualında hazırda yoldan azıb-azmadığını soruşur. Bildirir ki, əgər yoldan azıbsa, yenidən İslama qayıtmaq istəyir. Sualının davamında məsihiliklə bağlı dəlillər göstərir, Qurandan ayələr nəql edir. Alim belə cavab verir: “Sizin bu işi görməyiniz təəssüf doğurur. Əvvəla ona görə ki, bu iş üçün kifayət qədər əqli dəlilləriniz olmayıb. İkincisi ona görə ki, şiə cəmiyyətimizdə şübhəyə düşənləri şübhədən çıxarmağı bacaran alimlərimiz bu işi görmür.” Sonra alim ətraflı şəkildə gəncin şübhələrini cavablandırır. Alimin cavablarından qane olan gənc belə qısa zamanda cavab alacağına ümid etmədiyini vurğulayaraq məmnunluğunu bildirir və İslamla bağlı şübhələrinin tam aradan qalxdığını söyləyir. Qeyd edək ki, gəncin Məsihin başqa peyğəmbərlərdən üstün olması ilə bağlı şübhələri də alimin qəti dəlilləri vasitəsi ilə aradan qaldırılır.
Gəncin sualları arasında İncilin təhrif olunması iddiasına şübhələr də yer alıb. Müsəlmanlar bu fikirdədirlər ki, məsihilərin əlində olan İncil təhrif olunmuş İncildir. Mərhum Hairi gəncin cavabında bu mövzunu da qənaətbəxş səviyyədə cavablandırıb.
Ayətullah Hairiyə ünvanlanan suallardan biri budur ki, ingilislər başqa vilayətdən balıq toxumu gətirib müəyyən su hövzələrinə tökürlər və bu hövzədə balıq yetişdirilir. Bu su hövzələrində sahibindən icazəsiz balıq ovu halaldır, yoxsa yox? Firuzabadinin cavabı budur ki, sahibindən icazəsiz balıq ovlamaq olmaz. Amma həmin su hövzəsindən çıxıb başqa su hövzəsinə daxil olsa ovlamaq olar. Cənab Hairi cavab verir ki, əgər sahib hövzədən çıxmış balığı artıq özününkü saymırsa ovlamaq olar.
İstiftaatda yer almış maraqlı suallardan biri qeyb dövründə şəriət hökmləri ilə bağlıdır. Sual verilir ki, qeyb dövründən müctəhid dünyasını dəyişəndən sonra nə üçün ona təqlidi davam etdirmək olmaz? Maraqlı nöqtə budur ki, sualı ətraflı cavablandıran Ayətullah Hairi sual verən şəxsdən qane olub-olmadığını soruşur. Xahiş edir ki, əgər cavab onu qane edib-etməsə bunu bildirsin.
İstiftaatda küfr əhli və bu barədə hökmlərdən də soruşulur. Məsələn, Bəhailərlə müamilənin hökmü barədə sual verilir. Mərhum Hairi cavab verir ki, nə qədər ki, hərbi kafir deyillər və ya İslamın himayəsi altındadırlar onların malı toxunulmazdır.
Alimə əqidə məsələlərində şübhələrlə bağlı suallar da ünvanlanıb. Soruşulur ki, mənsub olduğu din və məzhəbi inkar etməyən və şübhələrdən yaxa qurtara bilməyən şəxs nə etməlidir? Bu şəxs dünyasını dəyişəndə hansı suallarla üzləşəcək? Alim bildirir ki, bu şəxs özünü müsəlman hesab edirsə imanı düzgündür, şübhələrə cavab tapmaq gücündə olmaması əqidəsinə təsirli deyil. Bunu da vurğulayır ki, alimlərə müraciət edib şübhələrini aradan qaldırmalıdır.
Suallardan biri budur ki, İslamı yeni qəbul etmiş bəzi yəhudilər dildə müsəlman olduqlarını desələ