Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2015

11 suala cavab

Ayətullah Xamenei nüvə proqramı ilə bağlı 11 sualı cavandırıb
1.Cənab Rəhbər nüvə müzakirələrinə nə üçün razılıq verib?
Rəhbər: Müzakirələrlə razılaşmaqda məqsəd imperializmin İrana qarşı yaratdığı düşmənçilik atmosferini aradan qaldırmaq idi...

2.Cənab Rəhbər nüvə razılaşmasına tərəfdardır, yoxsa müxalif?
Rəhbər:Mən Amerika ilə müzakirələrə nikbin olmasam da, buna qarşı çıxmamışam...

3.Rəhbərin İranın nüvə müzakirələri aparan komandasına münasibəti necədir?
Rəhbər:Müzakirə aparanlara inanıram...

4.Cənab Rəhbər nə üçün müzakirələrə münasibətdə nikbin deyil?
Rəhbər:Çünki qarşı tərəf hiylə, yalan, xəyanət əhlidir...

5.İran ABŞ-la nüvə məsələsindən əlavə məsələləri də müzakirə edir?
Rəhbər:Biz yalnız nüvə məsələsini müzakirə edirik...

6.Sanksiyaların aqibəti necə olacaq?
Rəhbər:Sanksiyalar tam və birdəfəyə ləğv olunmalıdır...

7.Nüvə texnologiyasını inkişaf etdirməyə zərurət varmı?
Rəhbər:Nüvə sənayesi həm enerji, həm dərman pereparatları əldə etmək üçün zəruridir...

8.Nüvə fəaliyyətlərinə nəzarət çərçivəsi nədən ibarətdir?
Rəhbər:Nüvə fəaliyyətlərinə nəzarət bəhanəsi ilə hərbi sənayeyə nəzarətə yol açmaq olmaz...

9.Lozanna müzakirələrinə münasibətdə Rəhbər hansı mövqeni tutub?
Rəhbər:Nə qədər ki, tərəflərin üzərinə düşən məsuliyyət müəyyənləşməyib, hansı mövqedən danışmaq olar?!

10.Cənab Rəhbər danışıqların təfərrüatından xəbərdardırmı?
Rəhbər:Mən müzakirələrin təfərrüatına müdaxilə etməmişəm və etmirəm...

11.Dövlət nüvə proqramına qarşı çıxanlarla necə rəftar etməlidir?
Rəhbər: Tənqidçiləri dəvət etrsinlər, onları dinləsinlər, inandırsınlar...

Vilayet.nur-az.com


1774 بازدید
در حال ارسال اطلاعات...