Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Sileyi rəhim... Yaxınlarınızı yoxlayın!

Əli ibn Əbuhəmzə (r) İmam Kazimin (ə) şagirdlərindən idi. Bir gün İmam Kazim (ə) ona buyurdu: “Tezliklə Makedoniyadan bir nəfər səninlə görüşə gələcək. Səndən mənim haqqımda soruşacaq, cavabında deyərsən: O, bizim İmamızdır. İmam Sadiq (ə) özündən sonra onu imamlığa təyin edib. Sonra səndən halal-haram haqda soruşacaq. Onun da cavabını verərsən.

Əli ibn Əbuhəmzə dedi: Makedoniyalını necə tanıya bilərəm?

İmam Kazim (ə) buyurdu: “O uzun boylu, cüssəlidir və adı da Yaqub ibn Yəziddir. Öz qəbiləsinin başçısıdır. Əgər istəsə, mənim yanıma gətirərsən.”

Əli ibn Əbuhəmzə deyir: Kəbəyə gedib, təvafa məşğul idim. Bu zaman ucaboylu bir şəxs mənə yaxınlaşıb dedi: İstəyirəm sənin sahibin barədə sual soruşum.

Dedim: Hansı sahibin barədə?

Dedi: Musa ibn Cəfər (ə) haqda.

Dedim: Adın nədir?

Dedi: Yaqub ibn Yəzid.

Dedim: Haralısan?

Dedi: Makidoniyalı.

Dedim: Məni necə tanıdın?

Dedi: Yuxuda gördüm ki, bir nəfər mənə deyir: Əli ibn Əbuhəmzə ilə görüş. Nə sualın varsa ondan soruş. Səni axtarırdım ki, axırda burada tapdım.

Dedim: Burada bir az əyləş, mən təvafımı başa vurum gəlirəm.

Təvafı başa vurub Yaqubun yanına qayıtdım. Onunla bir az söhbət etdikdən sonra başa düşdüm ki, müdrik və ağıllı insandır.

Məndən onu İmam Kazimin (ə) hüzuruna aparmamı istədi. Onu İmamın (ə) yanına apardım. İmam Kazim (ə) onu gördükdən sonra buyurdu: “Ey Yaqub ibn Yəzid, dünən gəlmisən və filan məhəldə səninlə qardaşın arasında mübahisə olub. Bir birinizi təhqir etmisiniz. Bu cür hadisələrə mən və mənim ardıcıllarımın dinində yer yoxdur. Biz ardıcıllarımız olan şiələrə rəftarlarında belə olmalarına icazə vermirik. Allahdan qorx, rabitənizin kəsildiyinə görə tezliklə sizin aranızdı ölüm ayrılığı olacaq. Qardaşın bu səfərdən vətənə çatmamış öləcək və sən də gördüyün bu işdən peşiman olacaqsan. Siz rabitənizi kəsdiyiniz üçün və bir-birinizdən küsülü olduğunuza görə Allah-Taala sizin ömrünüzü qısa edib.

Yaqub dedi: Ey Peyğəmbər (s) övladı! Mənim işim necə olacaq, ölüm mənim sorağıma nə vaxt gələcək?

İmam Kazim (ə) buyurdu: Qohumluq rabitəni kəsdiyin üçün sənin ölüm vaxtın çatmışdı, amma sən filan mənzildə bibinə baş çəkməyə getdiyin üçün Allah-Taala da sənin ölümünü 20 həcclik təxirə saldı.

Əli ibn Əbuhəmzə deyir: Bir ildən sonra Yaqubu Məkkədə gördüm. Mənə xəbər verdi ki, qardaşı vətənə çatmamış dünyasını dəyişdi. Elə həmin yolda da onu dəfn etdik.

Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1322 بازدید
در حال ارسال اطلاعات...