Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Bu gün İmam Hadinin (ə) şəhadət günüdür

İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla saziş etmir
Hadi adı ilə məşhur olan İmam Əliyyən-Nəqi (ə) hicri-qəməri 212-ci il, zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəldi. Atası İmam Cavad (ə), anası isə təqvalı və fəzilətli kəniz Səmanə xanım idi. Həzrət (ə) hicri 220-ci ildə atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Mütəvəkkil İmamı Mədinədən Samirraya gətirdi və İmam ömrünün axırına qədər orada qaldı. İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində ciddi nəzarət