Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Bu gün İmam Hadinin (ə) şəhadət günüdür

İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla saziş etmir
Hadi adı ilə məşhur olan İmam Əliyyən-Nəqi (ə) hicri-qəməri 212-ci il, zilhəccə ayının 15-də Mədinə yaxınlığındakı Surya adlı məntəqədə dünyaya gəldi. Atası İmam Cavad (ə), anası isə təqvalı və fəzilətli kəniz Səmanə xanım idi. Həzrət (ə) hicri 220-ci ildə atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamlıq məqamına çatdı. Uşaq olmasına baxmayaraq bütün şiələrin diqqətini özünə cəlb etdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. Mütəvəkkil İmamı Mədinədən Samirraya gətirdi və İmam ömrünün axırına qədər orada qaldı. İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, zalımlarla saziş etmir. İmamın ilahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mübarizə o dövrün hökuməti üçün dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.

Nur-az.com


1092 بازدید
در حال ارسال اطلاعات...