Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Gözdəyməyə qarşı nə edim? (13)

Gözün dağıdıcı enerjisinin qarşısını almaq üçün ən gözəl vasitə bunun üçün nəzərdə tutulmuş dualardır. Demək nigaran olmağa əsas yoxdur, sadəcə bu duaları öyrənmək lazımdır.
Allah qorxusundan, Əhli-beytin (ə), xüsusi ilə İmam Hüseynin (ə) məzlumiyyətinə ağlayan gözlərdən, harama qapanan gözlərdən inşallah zərərli təsir götürülər.
Çalışaq ki, bu sahə üçün nəzərdə tutulmuş duaları əzbərləyək, bir şeyə baxıb təccübləndiyimiz zaman həmin duaları uca səslə oxuyaq. Əgər belə etsək müalicəvi zikr adı altında bir mədəniyyət formalaşar. Bizə göstəriş verilib ki, bir şey gözünüzə xoş görünəndə, gözünüzü tutanda, onu Allahın pənahında qərar verin və Peyğəmbərə (s) salam göndərin. (“Biharul-Ənvar”, c. 60, s. 25)
Nəql olunan rəvayətlərdən görünür ki, gözün mənfi enerjisinin qarşısını almaq üçün dəstəmaz almaq təsirlidir. Dəstəmaz dində bəyənilmiş əməllərdəndir. Öz gözünün mənfi təsirindən ehtiyatlanan insan bir səhnə ilə qarşılaşdıqdan sonra dəstəmaz alıb desin: “Allahu əkbər, maşaallah, təbarəkallahu əhsənul xaliqin...
Gözdəymə hadisəsi bizim ixtiyarımızda deyil və biz istəmədən baş verir. İslam təlimlərində bilməyərəkdən baş verən bütün işlərə görə insan məsuliyyət daşımır. Yəni bu işlər ona günah yazılmır. 

Gözü dəyən insanın vəzifələri
Gördüyün səhnədən təəccüblənəndə, sevinəndə dərhal de: Təbarəkəllahu əhsənul xaliqin.
Heyrətləndiyin zaman de: Allah, Maşaallah, la-qüvvətə ila billah.
Təəccübləndiyin zaman de: Maşəllahu, la qüvvətə illa bilahil-əliyyil-əzim
Əgər gördüyün səhnə səni heyrətləndirdisə dərhal de: Aməntu billahi və səlləllahu əla Muhəmmədin və alih.
Dostların əlində bir nemət görüb təəccüblənəndə de: Allahu əkbər.
Əgər gözün dəydisə və həmin şəxs zərər çəkdisə dərhal dəstəmaz al.
Gözündə təsir olan insan çalışsın ki, xoşu gələn şeylə rastlaşanda gözünü ona zilləməsin, dərhal gözünü qaçırsın.
Bütün bunlar İslamın tövsiyələridir. Gözündə təsir olanlar buna əməl etməlidir. Gözünün təsirinə özü və başqaları şahid olanlar yuxarıdakı göstərişlərə əməl etməlidirlər. 

Üçüncü pəncərə
Gözün müsbət enerjisinin gücləndirilməsi
Söhbətimizin bu hissəsinə Hafizin qəlbə yatan bir beyti ilə başlayaq:
Uzun illər könül came-cəm istədi,
Özündə olanı biganədən istədi...
Hafizin bu beyti insanın potensial imkanlarına işarədir. Qədim zamanlarda gözdəyməyə qarşı dini göstərişlər bəyan olunub. Söhbətimizin bu yerində insanın potensial imkanlarından, böhranlardan keçmə məharətindən, eləcə də gözdəymənin qarşısını alma yollarından danışacağıq.
Məsumlar insandakı göz nemətinin böyüklüyündən danışıb. Gözün nuru ilə yanaşı qəlbin nurunu gücləndirmək tövsiyə olunub. Olsun ki, bu göstərişlər gözün zərərli təsirinin qarşısını alır. Dində Kəbəyə, Qurana, ata-ananın simasına baxmaqın xüsusi hikmətlərə malik olduğu bildirilir.
Əvvəlcə qeyd etdiyimiz sualı bir də təkrarlayaq: Yalnız başqaları bizə problem yaradır, yoxsa bizdə gözümüzlə başqalarına problem yaradırıq? Rəvayətlərdən alınan nəticə budur ki, bütün insanların gözündə dağıdıcı enerji var. Amma bu enerji dalğasının uzunluğu fərqlidir. Bəs dağıdıcı enerjini necə zəiflətmək olar? Eləcədə müsbət enerjini necə gücləndirmək mümkündür?

İslamda dəyərli baxış
Qurana, həzrəti Peyğəmbərin (s) nurani kəlamlarına baxmaqla ruhumuza təravət verə bilərik. Həzrət buyurur: “Gözlərinizi Quran ibadətindən məhrum etməyin.” Həzrətə sual veriləndə buyurdu ki, Qurana baxmaq, bu barədə düşünmək və ibrət götürmək ecazkar təsirlərə malikdir." (“Muhəccətul-Bəyza”, c. 2, s. 231)
Gözünün mənfi təsirindən ehtiyatlanan əzizlər həzrət Peyğəmbərin (s) göstərişlərinə itaət etməklə bu mənfi enerjinin qarşısını ala bilərlər. Qurana baxmaqla qəlbi səfalandırmaq insana müsbət enerji verir.
Allah qorxusundan və İmam Hüseynin (ə) məzlumiyyətinə ağlamaq
İnsan ağladığı zaman gözündən yaş gələn yeganə varlıqdır. Göz yaşı xüsusi bir maddədir. İnsanın nə üçün ağlaması göz yaşının tərkibinə təsirlidir. Məsələn, qadınların göz yaşı ilə kişilərin göz yaşının tərkibi arasında fərq var.
İnsan müxtəlif səbəblərdən ağlaya bilər. İnsan ağlamasına sevinc, ayrılıq, təəssüf, peşmançılıq, qəzəb, intizar, eşq, yaxınlardan ayrılıq, bəzən də soğan soymaq səbəb ola bilər. Bütün bu göz yaşlarının tərkibi fərqlidir. İslamda göz yaşı ilahi rəhmət nişanəsi kimi tanıtdırılır. Həzrəti Peyğəmbər buyurur: “Allah öz bəndələrinin qəlbinə mərhəmət vermişdir. Eyni zamanda Allah mərhəmətli bəndələrinə rəhm edir.” (“Sonuncu Peyğəmbər”, c. 6, s. 34)
Göz yaşları arasında ən dəyərli göz yaşı Allah qorxusundan ağladığın zaman gələn göz yaşıdır. Ən ağır göz yaşı fəzilətlərdən məhrum olmaq səbəbindən peşmançılıq çəkəç insanın göz yaşıdır. Ən dəyərli göz yaşı şəhidlər ağası İmam Hüseyn (ə) üçün ağlayarkən gələn göz yaşıdır.
Araşdırmalar göstərir ki, yerində ağlaya bilən insanlarda mədə və on iki barmaq bağırsaq yarası xəstəliyi nadir hallarda müşahidə edilir. Asanlıqla ağlayan insanların ürəyində problem olmur, ruhları təravətli olur. Digər tərəfdən insan ağladığı zaman onun bədənindəki zəhərli maddələr xaric olur. Bu zaman zərərli baxışlarda, enerjilərdə aradan qalxır. Buna görə də daş qəlbli insanların gözündə mənfi enerji güclü olur. Demək, İmam Hüseynə (ə) ağlamaqla gözümüzü zəhərli enerjilərdən xilas edə bilərik.


1966 بازدید
در حال ارسال اطلاعات...