Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Qacar təfəkkürünün izləri

Tarix neftin əhəmiyyətini sübuta yetirdiyi kimi nüvə enerjisinin də əhəmiyyətini sübuta yetirəcək!
Cənab Rəhbər Ayətullah Xamenei Əhli-beyt (ə) məddahları ilə görüşdə bəzi ziyalınümaları tənqid etdi. Cənab Rəhbər nüvə sənayesinə ehtiyac olmadığını deyən belələri haqqında buyurdu: “Qacarlar dövründə neft tapılanda ingilislər gəldi, neftə sahib durmaq istədi. Qacarlardan olan rəsmi dedi ki, qoy aparsınlar, bizim bu pis qoxulu şeyə nə ehtiyacımız var!! İndiki söz də həmin sözə bənzəyir.”
Cəlal Ali Əhmədin “Qərbpərəstlik” kitabı bəlkə də İranda qərbpərəstliyə qarşı yazılmış ilk kitablardandır. Cəlal Ali Əhməd Qərbpərəst ziyalınümaların ölkə ilə bağlı planlarını bu kitabda yaxşı açıb. Müəllif yazır: “Qərb sənayesi bizi qarət edir, bizə əmr verir, bizim taleyimizi əlinə alır. Aydın olur ki, məmləkətin iqtisadiyyat və siyasətinin cilovu xarici kompaniyaların əlində olanda sənə nə satmaq lazım olduğunu yaxşı bilir. Öz malı üçün daimi alıcı fikrində olan çalışır ki, sən həmişə ondan asılı olasan. Nefti aparırlar, əvəzində sənə istədiyini verirlər...”
İranın Qərb mədəniyyəti ilə ilk qarşıdurması İran-Rusiya müharibəsi sayıla bilər. İran böyük canlı qüvvəyə malik olsa da Rusiyaya məğlub oldu. İran dövlət rəsmisi Abbas Mirza belə bir sual ortaya qoyur ki, böyük imkanlara malik olan İran nə üçün Rusiyaya məğlub oldu? Abbas Mirza Napeleonun nümayəndəsi Juberlə söhbətdə deyir: “Şərq cəmiyyət, təbii sərvətlər baxımından Avropadan geridədir? Günəş sizdən qabaq bizim üzərimizə işıq salır. Sizin hansı üstünlüyünüz var ki, biz ona malik deyilik?”
Abbas Mirza İranın dərdini düzgün tapmışdı. Anlamışdı ki, İran Qacarlar dövründən geri qalıb. İnkişaf etmək əvəzinə başbilənlər öz övladlarını təhsil üçün Qərbə göndərib. İngiltərənin xüsusi xidmətçiləri istedadlı insanların Qərbə mühacirətini təşkil edib. Bu insanlar Qərbdə təhsil alıb qayıtdıqdan sonra əsas işləri milli mədəniyyəti məsxərəyə qoymaq olub. Özünü ziyalı, münəvvər adlandıran bu adamlar millətin şəxsiyyətini təhqir etməklə məşğul olub.
İranda qərbpərəst ziyalılığın bünövrəsi qoyulandan 150 il sonra Cəlal Ali Əhməd bu zümrənin xəstəliyi haqqında yazır: “Belə ziyalılar imperializmin adətləridir və öz milli köklərindən qırılıblar. Bir ziyalı öz ziyalılığını Qərbə bağlı görürsə onun diqqəti daim Metropoldadır. Artıq meyarları ilə böyüdüyü Kəbə ona yaddır. O özünü yalnız Metropol sularında üzən balıq kimi görür. Öz vətənində də həmin fəzanı yaratmaq istəyir.”
Cəlal Ali Əhmədin bu sözlərindən 30 il sonra Cənab Rəhbər Ayətullah Xamenei 17 il bundan qabaq Tehran Universitetində tələbələrlə görüşdə Cəlal Ale Əhmədin kitabını yada salıb buyurdu: “İranda ziyalılıq cərəyanının üç xüsusiyyəti var. Dinə qarşı müxalifət, Qərb mədəniyyətinə sevgi, təhsil. Bunları Cəlal Ale Əhməd deyir. Daha iki xüsusiyyət də var. Biri Milli Mədəniyyətə biganəlik, digəri sırf elmi dünya görüşü...”
Qərb mədəniyyətinə ifrat bağlılıq, mərhum Ali Əhmədin təbirincə qərbpərəstlik elə bir şərait yaratdı ki, bu zümrədən olan ziyalılar hətta düşüncəni kənara qoydular. Mirza Molkumxan yazır: “Hzırda İranın tərəqqisinə mane olan əsas məsələ nazirlərimizin öz ağlını Avropa elmlərindən üstün saymasıdır. Avropalılar öz dövlət qurluşlarını yaratmaq üçün 3 min il zəhmət çəkiblər. Əgər nazirlərimiz ağılı bir kənara qoysalar bir aya onların uğurlarına sahib ola bilərlər.”
Belə bir şəraitdə İran İngiltərə və Rusiyanın oyuncağına çevrildi. İranlı ziyalının işi dəllallıq idi. Mirza Əbül-Həsən xan elçi vasitəsi ilə Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması, İran torpaqlarının xəyanətkarcasına parçalanması, neft və başqa sərvətlərin biganələrin ixtiyarına verilməsi İranı Qərbin müstəmləkəsinə çevirdi. Molla Əli Kəni, Nurullah İsfəhani, Şeyx Fəzlullah Nuri, Mirzayi Şirazi kimi ruhanilər etiraz səsini qaldırsa da Qacar siyasəti ölkəni bataqlıqa sürükləməkdə idi.
Cənab Rəhbər buyurdu ki, bəzilərinin nüvə sənayesinin lazımsız olduğunu dilə gətirməsi aşkar yalandır. Cənab Rəhbər bu bəyanatları Qacar dövründə neftin gərəksizliyini iddia edən bəyanatlara bənzətdi. Bəli, bütün bunlar sadəcə bəyanat yox, təfəkkür tərzidir. Bu təfəkkür tərzi İranı 100 illər geri çəkmişdir. Bu gün nüvə proqramına qarşı müxalifətçilikdə Qacar təfəkkürünün izi görünür. Qacar dövləti İngiltərə ilə müqavilə bağladı və bu müqaviləyə əsasən birinci dünya müharibəsində İngiltərənin döyüş gəmiləri İran nefti ilə təchiz olundu. Neftin qarəti neft sənayesi milliləşənə qədər davam etdi. Baş nazir Rəmzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı. Rəzmara qətlə yetiriləndən 13 gün sonra İranda neft sənayesi milliləşdi. Qacar təfəkkür tərzi İslam İnqilabından sonra da özünü göstərməkdədir. İnqilabçı İran xalqı kimsədən asılı olmamağa qərər versə də qərbpərəst ziyalılar qələmlərini bu xalqın müstəqilliyinə qarşı işlədir. Nüvə proqramı ilə bağlı sərgilənən müxalifətçi münasibət Qacar təfəkkür tərzinin izləridir. Onlar düşünürlər ki, nüvə proqramı da həmin pis qoxulu neft kimi bu xalqa lazım deyil. Amma bunu başqa şəkildə deyirlər. Deyirlər ki, nefti olan ölkənin urana nə ehtiyacı var!! Amma tarix neftin strateji əhəmiyyətini sübuta yetirdiyi kimi nüvə enerjisinin də əhəmiyyətini sübuta yetirəcək. Bu gün Cəlal Ali Əhməd sağ olsaydı artıq neftdən yox, urandan yazardı.

Vilayet.nur-az.com


48 بازدید