Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Kim əllamə sayılır?

Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir
Əllamə (علّامه) lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd alimə əllamə deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, şiə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur. Ötən dövrdə böyük fəqih Əllamə Hilli bu adla yad ed