Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Plüralizmin mahiyyəti

Bəziləri yanlış olaraq plüralizmi dini dözümlülük kimi mənalandırıblar
Doktor Əliriza Qaiminiya ilə söhbət

70-ci illərin ortalarından başlayaraq ideoloji sferada gündəmdə yer almış mövzulardan biri plüralizm (plyuralizm) olub. Bəziləri yanlış olaraq plüralizmi dini dözümlülük kimi mənalandırıblar. Plüralizmin vətəni sayılan qərbdə münasibətlərə ötəri nəzər saldıqda bunun əksini müşahidə edirik. Cənab Rəhbər də görüşlərdən birində bu mövzuya işarə edərək buyurdu: “İran daxilində plüralizm şəkk və tərəddüd, əqidə əsaslarına şübhə, dinə laqeydlik yayır. Deyirlər əqidələrinizdən vaz keçin, tolerant olun. Amma bu İran cəmiyyətində, İslam cəmiyyətlərində belədir. Elə ki söhbət Amerika, Qərb dəyəri adlandırdıqları mövzu üzərinə gəlir, dialoqa yer qalmır. Eyniləşdirmə, qloballaşdırma elə toxunulmaz etiqadlardandır ki, dünya buna zərrəcə etiraz edə bilməz. Etiraz edilsə, diktator sifətlərini göstərirlər... ” Bu mövzuda İslam Mədəniyyəti və Düşüncəsi Araşdırma İnstitunun elmi şura üzvü, “Zehn” jurnalının baş redaktoru höccətülislam doktor Əliriza Qaiminiya ilə söhbəti təqdim edirik. (khamenei.ir)

Sual: Ötən onilliklərdə şahid olduq ki, elmi çevrələrdə və yayım şəbəkələrində dini plüralizmdən danışılır. Dini plüralizmin məfhumu barədə xülasə şəkildə nə demək olar?

Doktor Əliriza Qaiminiya: Dini plüralizm dedikdə bütün dinləri və ya bir dindəki firqələri qanuni tanımaq nəzərdə tutulur. Demək, plüralizm dindaxili və dinlərarası ola bilər. Plüralizm özü də fərqli mənalarda qəbul edilir. Bütün din və firqələri haqq sayan, bütün din və firqə ardıcıllarının qurtuluşuna inandıran plüralizm var. Demək, iki növ plüralizmlə qarşı-qarşıyayıq: bütün dinləri haqq sayan və bütün din ardıcıllarının qurtuluşunu vəd edən plüralizm.

Sual: Qərb və İranda bu ideyanın qaynağı nə olub?

Doktor Əliriza Qaiminiya: Şəmsi 80-ci illərdən (14 il öncə) İranda dini plüralizm gündəmə gəlib. Qərbdə isə daha neçə onil öncə filosof Con Hik (1922-2012) kimi tanınmış alimlər bu ideyanı ortaya qoyub. Məqsədləri cəmiyyətdəki ictimai-siyasi ziddiyyətləri aradan qaldırmaq olub. Bu zümrədən olanlar plüralizm vasitəsilə müxtəlif dinə mənsub toplumlar arasında konsensusa cəhd göstərib. Buna görə də qərbdə fəlsəfə, epistemologiya kimi elmləri plüralizmə uyğun şəkildə əsaslandırmağa çalışdılar. Bir mətnin fərqli oxunuşunun mümkünlüyü nəzəriyyəsi bu qəbildəndir.
Amma İranda ictimai-siyasi şərait fərqli, xüsusilə dini üsul-idarə hakim olduğundan adətən müxaliflər dini plüralizmə maraq göstərdilər. Onlar plüralizmə istinadən, dinin siyasətdən ayrı olmasını sübuta yetirməyə çalışdılar. Onları narahat edən siyasi maraq idi. Qərbdə isə əsas problem ictimai yönlüdür. Qərbdə dini münaqişə zəminində itkilər çox olub. Bəli, Qərb plüralizm vasitəsilə öz problemini həll etmək istədiyi halda İranda siyasi məqsədlə plüralizmə sarıldılar. Bu işdə hətta dini mətnlərə, böyük şairlərin əsərlərinə istinad etdilər.

Sual: Plüralizm tərəfdarları bu baxışı necə əsaslandırırlar?

Doktor Əliriza Qaiminiya: Əgər Qərb plüralizmi barədə danışsam çox geniş danışmalıyam. Ona görə də İranda plüralizm çərçivəsində kifayətlənməli olacağam. İranda plüralizm tərəfdarları dini əsasları dini təcrübə kimi nəzərdə tutdular. Dedilər ki, dini əsaslar dini hisslərdən ibarətdir və bu hər dində var, təkcə İslama aid deyil. Növbəti nöqtə dərketmədə fərqlər idi. Dedilər ki, insanlar fərli dərk edir, Quran və sünnəni hərə bir şəkildə anlaya bilər. İddiaları bu idi ki, ilahi həqiqətlərin fərqli dərk olunması məqbuldur. Yəni eyni həqiqətin iki formada dərk olunması normaldır və ilahi həqiqəti tam şəkildə dərk etmək mümkünsüzdür. Plüralizm tərəfdarları iddia edirlər ki, dinlər eyni ilahi həqiqətin fərqli təsvirləridir. İlahi həqiqəti kamil dərk etmək olmaz və hər şəkildə dərk olunmuş din mötəbərdir. Başqa bir nöqtə kimi dəyər əsasına baxa bilərik. Plüralizm tərəfdarları deyirlər ki, cəmiyyətimizdə fərqli dəyərlər var və bir dəyəri o birindən üstün saya bilmərik. Əxlaq və dəyərlərin çoxluğundan din çoxluğu qənaətinə gəlirlər. Çünki dinlər bir növ son dəyərləri açıqlayır. Sonra öz mövqelərini Quran ayələri, İslam təlimləri ilə əsaslandırmağa cəhd göstərdilər. İctihadda fərliliyə istinad etdilər. “Dində məcburiyyət yoxdur” ayəsini şüara çevirdilər. Yəni azadsınız, istədiyiniz dini seçin!! Bunlar plüralizmin İrandakı qaynaqlarıdır.

Sual: İslam plüralizmi qəbul edirmi?

Doktor Əliriza Qaiminiya: Dini plüralizmin nisbilikdən qaçmağa yolu yoxdur. Dəyərlərdə, əxlaqda, idrakda nisbiçilik dini plüralizmin mahiyyətindədir. Təbii ki, din mütləq həqiqət üzərində qurulduğundan nisbiliyi qəbul edə bilmərik. Hər bir din mütləq həqiqətin ifadəsidir. Amma bütün dinlər tövhid üzərindədir. Həm tövhid, həm də üç üqnum həqiqət ola bilməz. Həqiqət birdir. İslamda dəyərlər, əxlaq nisbi, dəyişən deyil. Bu əsasla, nisbiliyə dayandığı üçün dini plüralizm qeyri-məqbuldur...

Vilayet.nur-az.com


1534 بازدید
در حال ارسال اطلاعات...