Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2015

Cənab Rəhbər Məhəmmədtəqi Şəriətinin mənzilində...

“Ağlıma gəlmirdi ki, şiə ruhaniləri arasında beləsi var!”
Məhəmmədmehdi Əbd Xudayi İslam Fədailəri Cəmiyyətinin baş katibidir. Cənab Xudayi Fars İnformasiya Agentliyi ilə söhbətində doktor Şəriətinin atası fədakar təbliğatçı Məhəmmədtəqi Şəriəti ilə bağlı xatirələrini bölüşüb.

... Doktor Əli Şəriətinin atası Məhəmmədtəqi Şəriəti atam Şeyx Qulamhüseyn Təbrizidən təfsir dərsi alırdı. Cənab Rəhbər Ayətullah Xamenei 59, 60-cı illərdə Suruş jurnalına müsahibə vermişdi. Bir gün doktor Şəriəti Cənab Rəhbərlə birlikdə mənim atamın mənzilinə gəlirlər. Doktor Şəriəti tarixlə bağlı fikirlərini açıqlayır. Atam deyir: “Sizin tarixlə bağlı bu qənaətlərinizin eybi yoxdur. Amma mən sizin kimi
düşünmürəm. Cənab Rəhbər nəql edir ki, Şeyxin mənzilindən çxanda Şəriəti mənə dedi: “Ağlıma gəlmirdi ki, şiə ruhaniləri arasında beləsi var!”

Doktor Şəriətinin atası Məhəmmədtəqi Şəriəti inqilabdan öncə Məşhəddən Tehrana köçür. İrşad Hüseyniyyəsinin arxasında binada məskunlaşır. Biz onun görüşünə gedəndə Cənab Rəhbər, Məhəmmədriza Həkimi də orada idi. Mən dedim ki, bəziləri bir ömür qələm çalır, amma yazıçı ola bilmir. Bəziləri də bir məqalə ilə yazıçı olur. Bəziləri bir ömür tarix yazır, tarixçi ola bilmir. Amma ibn Xəldun bir müqəddimə yazmaqla tarixçi oldu. Cənab Şeyx, sizin bir oğlunuz var amma oğuldur... Bu sözlərimdən sonra Şeyx ayağa qalxıb mənim alnımdan öpdü. Oğlu barədə bir xatirə danışdı. Dedi ki, bir gecə Əlinin otağında çıraq yandığını görüb getdim. O ağlayırdı. Qarşısında həzrət Peyğəmbər (s) haqqında yazdığı məqalə vardı. Peyğəmbərin (s) məzlumiyyətinə ağlayırdı.

Vilayet.nur-az.com