Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Qum tufanı - Təbəs möcüzəsi

Cənab Rəhbər: İran xalqı batili haqqın əli, güclü qolları ilə vurub-dağıdacaq...
Cənab Rəhbər Ayətullah Xamenei şəmsi 1359-cu il, 12 ordibehiştdə Tehranda cümə namazı xütbələrində ABŞ-ın İrana təcavüz planlarının Təbəs səhrasında alt-üst olmasını zalım güclərin məhvi ilə bağlı ilahi vədin gerçəkləşməzi nümunəsi kimi vurğulayıb.
Cənab Rəhbər buyurub: İran xalqı batili haqqın əli, güclü qolları ilə vurub-dağıdacaq... Və kəm qəsəmna min qəryətin... (Ənbiya, 11) Yəni ey insanlar, bir zalım gücü, böyük imperiyanı dizə çökürəcəyinizdən ümidsiz olmayın. Deməyin ki, Amerika super gücdür, bir xalq onu məğlub edə bilməz. Bu hadisə tarixdə dəfələrlə təkrarlanıb. Və kəm qəsəmna min qəryətin... Buyurulur ki, biz zalım olan neçə-neçə məmləkəti məhv etdik... Və ənşəna bədəha qəvmən axirin... Və onlardan sonra başqa bir qövm yaratdıq... Həmin əl, həmin qüdrət, həmin güc bu gün Amerikanı zəlil edə bilər. Bunun nümunəsi İranda, Təbəs məntəqəsində özünü göstərdi. Bir-birinin ardınca zərbə alırdılar. Yaxın keçmişdə bizim ölkədə mənfur bir sülalə dünya zorlularına güvənməklə istədiyi azğınlığı törədirdi. İndi onların yerini xalq tutub, haqq-ədalət hökuməti tutub. İndi onlar dünyaya səpələnib, zorluları sığınaraq yol axtarırlar. Amma əllərindən bir iş gəlmir. Demək, həmin ilahi vədlər tam gerçəkləşə bilər. Və kəm qəsəmna min qəryətin kanət zalimə... Zalım məmləkət, imperiya, mədəniyyət Allah qoşunlarının hücumu ilə məhv olur. Biz bu gün böyük Amerika imperiyasının yaşadıqlarını görürük. Kimin təsəvvürünə gəlirdi ki, Amerikanın yüksək təchz olunmuş hərbi qüvvələri Təbəsdə belə rüsvay olacaq?! Biz hadisə yerinə gedib dəmir filləri (təyyarə və vertolyotlara işarədir) yaxından gördük. İnsan özündən ixtiyarsız Fil surəsin