Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2015

Qum tufanı - Təbəs möcüzəsi

Cənab Rəhbər: İran xalqı batili haqqın əli, güclü qolları ilə vurub-dağıdacaq...
Cənab Rəhbər Ayətullah Xamenei şəmsi 1359-cu il, 12 ordibehiştdə Tehranda cümə namazı xütbələrində ABŞ-ın İrana təcavüz planlarının Təbəs səhrasında alt-üst olmasını zalım güclərin məhvi ilə bağlı ilahi vədin gerçəkləşməzi nümunəsi kimi vurğulayıb.
Cənab Rəhbər buyurub: İran xalqı batili haqqın əli, güclü qolları ilə vurub-dağıdacaq... Və kəm qəsəmna min qəryətin... (Ənbiya, 11) Yəni ey insanlar, bir zalım gücü, böyük imperiyanı dizə çökürəcəyinizdən ümidsiz olmayın. Deməyin ki, Amerika super gücdür, bir xalq onu məğlub edə bilməz. Bu hadisə tarixdə dəfələrlə təkrarlanıb. Və kəm qəsəmna min qəryətin... Buyurulur ki, biz zalım olan neçə-neçə məmləkəti məhv etdik... Və ənşəna bədəha qəvmən axirin... Və onlardan sonra başqa bir qövm yaratdıq... Həmin əl, həmin qüdrət, həmin güc bu gün Amerikanı zəlil edə bilər. Bunun nümunəsi İranda, Təbəs məntəqəsində özünü göstərdi. Bir-birinin ardınca zərbə alırdılar. Yaxın keçmişdə bizim ölkədə mənfur bir sülalə dünya zorlularına güvənməklə istədiyi azğınlığı törədirdi. İndi onların yerini xalq tutub, haqq-ədalət hökuməti tutub. İndi onlar dünyaya səpələnib, zorluları sığınaraq yol axtarırlar. Amma əllərindən bir iş gəlmir. Demək, həmin ilahi vədlər tam gerçəkləşə bilər. Və kəm qəsəmna min qəryətin kanət zalimə... Zalım məmləkət, imperiya, mədəniyyət Allah qoşunlarının hücumu ilə məhv olur. Biz bu gün böyük Amerika imperiyasının yaşadıqlarını görürük. Kimin təsəvvürünə gəlirdi ki, Amerikanın yüksək təchz olunmuş hərbi qüvvələri Təbəsdə belə rüsvay olacaq?! Biz hadisə yerinə gedib dəmir filləri (təyyarə və vertolyotlara işarədir) yaxından gördük. İnsan özündən ixtiyarsız Fil surəsinin ayələrini xatırlayır. Ələm tərə kəyfə fəələ rəbbukə biəshabil-fil; ələm yəcəl kəydəhum fi təzlil... (Fil, 1,2) Məgər Rəbbinin fil sahiblərinə (Kəbəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?! Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?! ...Yəzd-Təbəs yolunun iki tərəfində Amerikanın dağılmış təyyarə və vertolyotlarını görürsünüz? Onlar ölkəyə təcavüz etmişdilər, gecə basqınına hazırlaşan oğrular idilər. Vay bəşəriyyətin bədbəxtçiliyinə, vay halına bu üsullarla hakimiyyətdə qalanlara!
Quran Ənbiya surəsində buyurur ki, biz göy və yeri oyuncaq yaratmamaışıq, ortada məqsəd var, plan var. Bu plan bütün yer üzündə zalım gücləri məhv etməkdən ibarətdir. Bu Allahın, bəşər tarixinin qanunudur. Bu qanun əsasında İngiltərə və Amerika kimi imperiyaların, siyasi və iqtisadi güclərin burnu ovulacaq. Bu dünyanın təbii gedişatıdır, dünya bu məqsədə doğru hərəkətdədir. Bu gün zalım güclərin süqut vaxtıdır. Bəl nəqzifu bilhəqqi ələlbatili... Biz haqq vasitəsilə, yəni siz xalq vasitəsilə batili rədd edərik. Bu gün dünyada mübarizə müstəvisində haqq İran xalqının mübarizəsində təcəssüm edib. Bu xalq öz insanlıq haqları, müstəqilliyi, azadlığı uğrunda vuruşur. O bu yolda qan verib və verəcək. Bu xalq dünyanı böyük ilahi yola dəvət edir. Bəşəriyyət Karter və onun kimilərinə, beynəlxalq quldurlara itaətdən doğru yola çağırılır, onların şərindən xilas olunur. Bu, İran xalqının haqqıdır. Bəl nəqzifu bilhəqqi ələlbatili... Biz haqq vasitəsilə batili rədd edərik. Bir də görərsiniz ki, batil aradan çıxıb, necə ki İranda bunu gördünüz. İnanmırdınız ki, şah gedər, şahlıq rejiminə son qoyular. Amma bu baş verdi. Şünki xalqın libasından haqqın biləyi, düyünlənmiş yumruğu çıxmışdı. Bu gün də həmin hadisə baş verir...

Vilayet.nur-az.com


988 بازدید
در حال ارسال اطلاعات...