Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Günah qarşısında sükut etmək

"Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur"
Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-təala İslam Peyğəmbəri (s) zamanında yaşayan yəhudilərə belə xitab edir: "Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər." (Ali-İmran surəsi, ayə 189.) (Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)
Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
Başqa bir misal:
Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
İmam Əli (ə) bu mövzunu belə şərh edir: «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».

Günaha razı olmaq barədə hədislər
Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:
1. İmam Əli (ə) buyurur: «Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:
a). Pis iş görməyin günahı;
b). Gördüyü pis işə razı olmasının günahı.»
2. Ziyarətnamələrin bəzisində, o cümlədən İmam Hüseynin (ə) “Ərbəin» ziyarətində belə oxuyuruq: «Allah lənət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».


1314 بازدید
در حال ارسال اطلاعات...