Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Gözdəyməyə qarşı nə edim? (14)

"Bir insan gözəl şəkildə evdən xaric olursa “Fələq” və “Nas” surələrini oxusun ki, ona zərər toxunmasın"
Diqqəti cəlb etməmək orta həddi gözləmək
İslam təlimlərində insanın gözəllik istəyinə xüsusi diqqət yetirilir. Müsəlmanlar paklığa, öz gözəlliyinə diqqət yetirməyə çağırılır. İslam təlimləri müsəlmanı pintilikdən, səliqəsizlikdən çəkindirir. Həzrət Peyğəmbərin (s) gözəlliyə diqqət verməsi rəvayətlərdə geniş yer alıb. Həzrət özü evdən çıxanda və ya bir şəxslə görüşə gedəndə saçlarını darayar, özünü səliqəyə salar, hətta simasını səliqəyə salarkən qabda suya baxardı. Həzrət buyurur: “Allah gözəldir və gözəllikləri sevir. Allah bəndəsində öz nemətinin əsərini görəndə razı qalır. Bir insan özünü yoxsul göstərəndə Allah qəzəblənir. (“Kənzul-Ummal”, h. 17166)
Bəzənmək dedikdə səliqəli, pak olmaq, ətirlənmək nəzərdə tutulur. Amma bu insanın özünü gözə soxması, diqqəti cəlb etməsi üçün deyil. Bəzi insanlar ətrafdakı insanların diqqətini cəlb etmək üçün qiymətli libaslar geyinir, qiymətli bəzək əşyalarından istifadə edir. Bəli, bu sahədə ifrata varanlar var. Təfrit yolunu gedənlər isə əksinə gözdəymədən qorxaraq özünü yoxsul göstərməyə çalışır, hətta tez-tez imkansızlıqdan gileylənirlər. İslam bunu da bəyənmir. Özünü cəmiyyətə göstərməyi adətə çevirən insanlar şeytanın tələsinə düşüb. Modern dünyamızda bütün təbliğat vasitələri insanları cəmiyyətə gözəl şəkildə çıxmağa çağırır. Amma burada məqsəd dəbdəbəçiliyi, kübarlığı yaymağdır. Modern dünyanın gözəlliyə çağırışı ilə İslamın gözəlliyə çağırışı arasında yerlə göy arası fasilə var. Əgər İslamın çağırışı cəmiyyətə müsbət enerji verməkdirsə, modern dünyanın çağırışı başqalarını qıcıqlandırmaqdır. Bəziləri də bir məsəli özlərinə şüar ediblər: “Palaza bürün ellə sürün.” Bunu başqa şəkildə də ifadə edirlər. Deyirlər ki, rüsvay olmaq istəmirsənsə camahat gedən yolu get. Bu gün dünyada israfçılıq ifrat həddə çatıb. İnsanlar nəyin bahasına olursa olsun ətrafdakılardan fərqlənmək, diqqəti cəlb etmək istəyirlər. İnsanların qazancı, maddi durumu onların geyimi, zahiri görkəmindən çox aşağı olur.
Belə bir nəticə çıxarırıq ki, İslam buyurduğu kimi, ən gözəl yol orta yoldur.
Orta yolu tutan, öz zahiri görkəmi ilə diqqəti cəlb etməyən insanlar gözdəymədən də amanda qalır. Demək sağlam həyat tərzinin şərtlərindən biri mötədillik, orta həddi gözləməkdir. İstər geyimin, istər ev-eşiyin, istər avtomobilin orta səviyyədə olması insanı zərərli baxışlardan müdafiə edir. Biz Allahın istədiyi həddə gözəlliyə riayət etməliyik. İmam Sadiq buyurur: “Bir insan gözəl şəkildə evdən xaric olursa “Fələq” və “Nas” surələrini oxusun ki, ona zərər toxunmasın. “Məuzəteyni” oxusa Allahın izni ilə zərərli baxışdan amanda qalar.
Bizə tövsiyə olunur ki, gözün zərərli enerjisindən qorunmaq üçün Əllərimizi qunutda olduğu kimi üzümüz qarşısında tutaq “Həmd”, “Tövhid”, “Fələq” və “Nas” surələrini oxuyaq sonra əllərimizi üzümüzə çəkək. (“Məfatihul-Cinan”, s.1006)
İnsanların bir çox problemlərinin kökü onların özünü göstərmək həvəsindədir. Bəziləri sanki cəmiyyətin diqqətini cəlb etmək üçün yaşayır. Belə insanlar həqiqi xoşbəxtliyin ləzzətini bilmir. Çünki onların görkəmi başqalarında həsəd hissi yaradır, eyni zamanda həmin insanlar üçün problemlər ortaya çıxarır. Buna görə də ətrafdakı insanları təhrik edən işlərə yol verməməliyik. Özümüzün, ailəmizin, övladlarımızın sağlamlığı üçün mötədilliyi gözləməliyik. 

Düşüncədə müsbət surət yaratmaq
İnsanın mənfi düşüncələrə təslim olması onu inkişaf və uğurdan saxlayır. Bütün müvəfəqiyətsizliyimizin səbəbini bəd nəzərdə axtarmaq düzgün deyil. Biz düşüncəmizi müsbətə kökləməli, nikbin olmalıyıq. Əgər mənfi düşüncələri özümüzdən uzaqlaşdıra bilsək həqiqi səadətin ləzzətini dadarıq.
Qurani məcid behişt gözəllikləri, behişt libasları, behişt meyvələri, behiştdəki şəraitdən danışmaqla insanları gözəl həyata həvəsləndirir. Quranın bu sahədəki buyuruqları insan təsəvvüründə müsbət surət yaradır. Allah-Taala Quranda iman əhlinə müjdə verir. Bu müjdələr insanı ümidsizlik, bədbinlikdən uzaqlaşdırır.
Deyilənlərdən belə bir qənaətə gəlirik ki, bir çox insanlar özləri mənfi enerji istehsal edirlər. Mənfi düşüncələrə qapılmaq, özünü bu düşüncələrə əsir etmək ən böyük bədbəxtçilikdir. Həyatda uğur qazanmaq üçün düzgün müdiriyyətə ehtiyac var. İnsan öz həyatını, ailəsini, işini düzgün idarə etməlidir. Bu sırada ən təsirli s