Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2013

Qəribə uşaqlar, qəribə suallar

Uşaqları yalnız bir şey yormur – sual vermək.

Hər bir şeyin uşaqlar üçün bir müəmması var. Müəmma ki, özləri cavabını tapa bilmədiklərindən böyüklərə müraciət edirlər. Bilmirlər ki, bəzi vaxtlar həmin suallar böyükləri də çətin vəziyyətə salır. Məxsusən də bu suallar elmi olanda. O ata-analar ki istəyir uşaqları ağıllı böyüyələr, amma özləri onların sualarını cavablandırmaqda acizdirlər. Nigaran olmayın, demək olar ki, əksər valideynlər bu problemlə üzləşir.

Burada uşaqların necə sual vermələrini və necə cavablandırılmasını sizinlə birlikdə gözdən keçirək.

İndi niyə dinozavr yoxdur?

Övladlarınıza deyin ki, 65 milyon il bundan qabaq, bir meteor yerə düşməklə hər şeyi yerdə dəyişir. Dinozavrlar da bu dəyişikliyə uyğunlaşa bilmədiklərindən məhv olublar. Onların yerini bu təzə abu-havaya uyğunlaşa bilən heyvanlar tutdu.

Bunu da bilməlisiniz ki, dinozavrlar uşaqları elmi cəhətdən daha geniş maraqlandıra bilər. Siz də fürsətdən istifadə edin və uşaqla bu haqda söhbət edin.

Dünyada niyə müxtəlif dillər var?

Övladlarınıza deyin ki, min illər bundan qabaq, bütün dünyada müxtəlif cəmiyyətlər bir-birindən uzaqda yaşayırdılar. Özləri üçün məxsus kəlmələr ixtira edirdilər ki, bir-birləri ilə əlaqə saxlaya bilsinlər. Ona görə də bir məntəqədə yaşayanlar bir dildə, ayrı məntəqədə yaşayanlar da ayrı dildə danışırlar.

Dil də zaman keçdikcə təkmilləşir. 500 il bundan qabaq ingilis dilində danışana qulaq assan çətinliklə başa düşərsən.

Bunu da bilməlisiniz ki, uşaqlara müxtəlif mədəniyyət və dillərlə tanış olmaqda kömək etməlisiniz.

Bu kişinin niyə ev-eşiyi yoxdur?

Övladlarınıza deyin ki, mən sevinirəm ki, sən bunu başa düşürsən. İnsanların ev-eşiyinin olmamasının müxtəlif dəlilləri ola bilər. Ola bilsin işlərini itiriblər və s. Hər halda biz gərək onların ehtiramını saxlayaq. Əgər eləyə bilsək, onlara isti paltar yığmaq kimi işlərlə köməklik edək.

Bunu da bilməlisiniz ki, uşaqların həyata geniş baxışları var və fikirləşirlər ki, bütün insanlar onlar kimi yaşyır. Uşaqlarda qəribə mərhəmət hissi var. Yaxşı olar ki, ehtiyaclı insanlara yaxşılıq etməklə uşaqlarınıza kömək etmiş olarsınız.

İnsanlar niyə xəstələnirlər?

Övladlarınıza deyin ki, onların xəstələnməsinə səbəb mikorblardır. Mikroblar nəfəs aldığımız havadan və ya yediyimiz yeməkdən keçir. Əksər halda xəstələnmirik. Amma bəzi hallarda bədənimiz onlarla mübarizə apara bilmir və xəstələnirik. Xoşbəxtlikdən, xəstələr dərman atmaqla və istirahət etməklə yaxşı ola bilirlər.

Bunu da bilməlisiniz ki, mövcud şəraitdə soyuqdəymə və xərçəng kimi qorxulu xəstəliklər arasında fərq qoymalısınız. Həmçinin sağlam qalmaq üçün əlləri yumaq kimi adətləri uşaqlara adət etdirmək lazımdır. Onlara deyin ki, bu işləri görməklə mikrobları məhv etmiş olursunuz.

Nəyə görə böyüklərin bəziləri xoşhal olanda ağlayırlar?

Övladlarınıza deyin ki, uşaqlar xoşhal olanda, aşağı, yuxarı tullanırlar. Amma böyüklərdə müxtəlif hisslər vardır. Hər vaxt həddən artıq xoşhal olanda, mümkündür qəmgin də olsunlar.

Bunu da bilməlisiniz ki, uşaqlar geniş hisslərə malik deyirlər. Ona görədə bu anlayış onları çaş-baş sala bilər. Ona görə də uşaqları həvəsləndirin ki, öz hisslərini bəyan etsinlər.

Səma nə üçün mavidir?

Övladlarınıza deyin ki, günəşin nuru müxtəlif rənglərdən təşkil olunub (göy qurşağı). Amma havanın hansı işığı buraxması ilə bağlı biz yalnız mavi rəngi görürük.

Bunu da bilməlisiniz ki, hər vaxt uşaqlar belə suallar soruşduqda, özünüzü elmi suallara da hazır etməlisiniz. Beləliklə, uşağın soruşduğu sualla maraqlanmasını istəyirsinizsə, yaxşı olar öyrənmək üçün lazım olan vəsilələrdən istifadə edəsiniz

Nəyə görə qonşu uşağının oyuncaqları mənimkindən çoxdur?

Övladlarınıza deyin ki, bunun böyüklərin pulu necə xərcləmələrirnə bağlılığı var. Ola bilsin qonşumuz uşağına çoxlu oyuncaq almağa meyillidir. Bizsə bunun əvəzində elə işlər görürük ki, ailəmizdəkilər daha da şad olurlar.

Bunu da bilməlisiniz ki, bu vəziyyətdən istifadə edib pulun çox olması haqda danışın. Pul necə qazanılır, ailə onu necə artırmalı və necə xərcləməlidir. Ona başa salın ki, hər şeyin xərci var. Sonra onunla ehtiyac və istəmək fərqi barədə söhbət edin.

Nəyə görə gərək qonşu uşağını ad günümə dəvət edim?

Övladlarınıza deyin ki, əgər bu işi görməsən, ola bilər o narahat olsun. Biz bütün səylərimizi etməliyik ki, ayrı insanlarla mehriban olaq. Sən məcbur deyilsən hamı

ilə səmimi olasan. Təsəvvür edirsən, onun qonaqları var və hamını dəvət edib səndən başqa. Özünü necə hiss edərsən?

Bunu da bilməlisiniz ki, uşaqlar məktəbəqədər vaxtda eləyə bilərlər qrup təşkil etsinlər və bəzilərini ora qoşulmaqdan məhrum etsinlər. Bucür rəftarla mübarizə aparmaq bu növ adətlərin qabağını almağa təsir edə bilər.

Niyə mən sizin kimi gecələr oyaq qala bilmirəm?

Övladlarınıza deyin ki, bir gün çoxlu fəaliyyətdən sonra sizin beyninizin çoxlu istirahət etməyə ehtiyacı olur. Siz böyüklərdən çox fəaliyyətdəsiniz və hal-hazırda öyrənirsiniz, gərək çoxlu istirahət edəsiniz. Sən əgər tez yatarsansa, beynin gün ərzində yaxşı işləyəcək.

Bunu da bilməlisiniz ki, mühəqqiqlərin istirahət etməsi, onların fikri fəaliyyətlərində müsbət təsiri qoyur. Uşaqlar 10 saatdan az istirahət edərlərsə, öyrənməkləri zəifləyir.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


1764 بازدید