Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2015

Özünü aldatma

İnsanın öz batini tərəfindən aldanması nə deməkdir?
Bəzən insanın nəfsi onu aldadır, yəni şəxs özü-özünü aldadır. İnsanın öz batini tərəfindən aldanması nə deməkdir? Quran da buyurur: «...Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi [pis əməlinizi sizə yaxşı göstərdi]...» (Yusif-83.)
Təsvil (nəfsin insanı aldatması) çox dəqiq psixoloji terminlərdəndir ki, Quranda işlədilib. Bu kəlmənin mənası nədir? Onun mənası budur ki, insan bəzən öz batini istəkləri tərəfindən aldadılır. İnsanın nəfsi bir şeyi istəyəndə, həmin şeyi ona elə bəzəyib-düzəyir, zinətləndirərək elə cilvələndirir və yalandan elə göstərir ki, insan həmin şeyin doğrudan da həmin cür olmasını düşünür. Amma əslində bu işi insanın nəfsi onu aldatmaq üçün görür. Təsvil termini çox maraqlı və təəccüblü bir ifadədir. Psixologiya elmi inkişaf etdikdən sonra bu gün həmin nöqtələrə çox dəqiqliklə çatıb. Onlar hətta belə bir nöqtəyə çatıblar ki, insan bəzən heç bir cismi və sinir sistemi problemi olmadan yalnız batini və psixoloji səbəblərdən dəli olur. Məsələn, müsibət və çətinliklərə dözüm çox olduqda insanın ruhu həmin qəm-qüssənin şərindən xilas olmaq üçün ağılı tərk edir.

Şair demişkən:
Dünyada olan ağıllılardan kimi gördümsə qəmi var idi, ey qəlb dəli ol ki, dəliliyin də öz aləmi vardır.

Bu psixologiya elmində olan əsaslardan biridir.
Hər halda nəfsin məkr və hiylələri – insan nəfsinin başqasına qarşı olan hiylələri – çox mühüm bir məsələdir və irfanda bu məsələlərə çox yaxşı diqqət edilib. İnsanı əxlaqa zidd məsələlərə daxil edərək ruhi cəhətdən xəstələndirən və heyvandan da aşağı salan son iki hissə irfanda çox yüksək dərəcədə bəyan edilib və onlar bəzi nöqtələrə toxunublar ki, doğrudan da heyrətləndiricidir. Yəni adam onların psixologiya elminin müasir dövrdə kəşf etdiyi incə nöqtələri 600-700 və ya min il bundan qabaq necə əldə etdiklərinə təəccüb edir. Əlbəttə qeyd etdiyimiz bütün bu məsələlərin kökü təsvil məsələsi kimi Qurandan götürülüb. Amma onlar istedadlı adamlar olduqları üçün, Quranın verdiyi kələfin ucundan yapış