Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2015

29 aprel İmam Məhəmməd Təqinin (ə) mövlud günüdür

İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olub...
Doqquzuncu İmamın adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavad olmuş, hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur. Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi. İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş, iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbiristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. İmam Məhəmməd T