Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

Ayətullah Xamenei Şəhid Mütəhhəri haqqında

Əgər hövzə üçün proqram yazsaydım, maddələrdən biri bu olardı ki, Mütəhhərinin kitabları mütaliə edilsin, tələbələr bu mövzuda imtahan versinlər...
Cənab Rəhbər Ayətullah Xamenenin nigarançılıqlarından biri bu olub ki, gənc nəsil, müasir İran cəmiyyətinin düşüncə yükünü daşıyanlar Şəhid Mütəhhərinin əsərləri ilə yaxın rabitədə olsunlar.

Belə bir sual ortaya qoyulur ki, Şəhid Mütəhhərinin söhbətləri və yazılarının ciddi mütaliə dəyəri varmı? Əminliklə deyə bilərik ki, Şəhid Mütəhhərinin sözləri və yazıları nəinki araşdırma dəyərinə malikdir, hətta belə bir araşdırma zəruridir. Cənab Rəhbər Şəhid Mütəhhərinin əsərlərinin mütaliəsi və araşdırılmasını zəruri sayır və bu barədə dəfələrlə tövsiyə verib.

Cənab Rəhbər buyurur: Şəhid Mütəhhərinin düşüncə mənbələri və fəlsəfi xətti üzərində ətraflı işləməyin yeri var ...

Şəhid Mütəhhərinin kitabları və düşüncələri üzərində bacardığınız qədər işləyin. Bu sahədə nə qədər iş görülsə də, yenə də çalışmağın yeri var ...

Şəhid Mütəhhərinin əsərlərini oxuyun, onları qruplaşdırın, düşüncə meydanında ondan məşəl kimi istifadə edin ...

Əgər mən Qum Elm Hövzəsi üçün proqram yazsaydım, heç şübhəsiz, proqramın maddələrindən biri bu olardı ki, Cənab Mütəhhərinin kitabları mütaliə edilsin, xülasələşdirilsin və tələbələr bu mövzuda imtahan versin ...

Həqiqətən, Şəhid Mütəhhəridən çox böyük və dəyərli irs qalıb. Dəyərli ustadın əsərləri cəmiyyətimiz üçün böyük hədiyyədir. Onları mütaliə etmək, dərk etmək lazımdır. Mənə elə gəlir ki, hələ də cəmiyyətimizdə Şəhid Mütəhhərinin əsərlərini yetərli şəkildə mütaliə etməmiş gənclər, ziyalılar, qələm adamları, tələbələr və ruhanilər var. Demək, ilk addımda biz bu böyük filosofun əsərlərini mütaliə etməliyik ...

Əllamə Şəhid Mütəhhərinin əsərləri və düşüncələri o qədər dəyərlidir ki, bu mövzunu gündəmdə saxlamaq, üzərində çox işləmək lazımdır. Onun elmi irsinə düşüncə və mərifət müstəvisində bir məşəl kimi baxmaq, hətta elm hövzəsində rəsmi dərs proqramına salmaq lazımdır. Bu misilsiz irsin əhatəsi onun böyük dəyərinə sübutdur ...

Maraqlı mövzulardan biri Şəhid Mütəhhərinin əsərləri və dəyişən zamandır. Əgər nəzərə alsaq ki, Şəhid Mütəhhəri öz dövrünün şəraiti, zərurətlərinin tələbi ilə yazıb sual ortaya çıxar ki, həmin əsərlər bugünün tələblərinə cavab verirmi? Bu əsərlər köhnəlməyibmi? Mütəhhərinin düşüncələri aktuallığını itirməyibmi? Qeyd etməliyik ki, Əllamə Mütəhhərinin araşdırmaları təkcə öz dövrünə aid olmayıb, zamanla məhdudlaşmır. Bu gün də şəhidi düşündürən problemlər cəmiyyətdə müşahidə olunur. Biz şəhidin bütün əsərlərini yaşadığı dövrlə bağlaya bilmərik. Cənab Rəhbər dəfələrlə vurğulayıb ki, bugünkü cəmiyyət də Mütəhhərinin dövründəki cəmiyyət kimi onun əsərlərinə çox ehtiyaclıdır. Onun düşüncələri, elmi əsərləri hələ ki tarixin arxivinə göndəriləsi deyil.

Cənab Rəhbər buyurur: Hələ ki, cəmiyyətimiz Şəhid Mütəhhərinin düşüncələrinə ehtiyaclıdır. Cəmiyyət, gənc nəsil, elmi çevrələr, ideoloji sahədə çalışanlar Şəhid Mütəhhərinin qələmindən çıxan yazılara ehtiyaclıdırlar. Məbada, düşmən vəsvəsələri şəhidin kitablarını səhnədən çıxarsın ...

Şəhid Mütəhhərinin kitabları səhnədən çıxası deyil. Kimsə düşünməməlidir ki, inqilabdan bu günə qədər onun əsərlərinin nəşri lazım olmayan bir işdir. Doğru söz və hikmətə münasibətdə təkrar irad sayıla bilməz. Hələ də gənc nəsil və elmi çevrəyə aid insanlar ustadın qələmində çıxan əsərlərə ehtiyaclıdırlar ...

Bu gün yenidən Ustad Mutəhhərinin əsərlərinə qayıtmağa ehtiyac varmı? Bəli, bu gün çoxlarında belə bir sula yaranıb ki, neçə illər ötəndən sonra şəhidin əsərlərinə qayıtmağa hacət varmı? Qeyd etməliyik ki, Əllamə Mütəhhərinin əsərlərinin mütaliəsi bu gün cəmiyyətdə yaşanan bir çox problemlərin aradan qaldırılmasına kömək edə bilər. Qeyd etməliyik ki, islam üsul-idarəsinin davamı onun ideoloji mahiyyətinin davamı ilə şərtlənib. Bu nizamın ideoloji mahiyyəti isə Əllamə Mütəhhərinin fikirlərindən ibarətdir. Bu baxımdan alimin düşüncələri yaşamalıdır. Bu düşüncələr bu nizamın sütunlarıdır.

Cənab Rəhbər buyurur:

Şəhid Mütəhhərinin əsərləri İran İslam Cümhuriyyəti nizamının ideoloji əsasıdır. İnqilaba çoxları kömək edir. Amma Mütəhhərinin düşüncələrinin rolu daha böyük olub. Əgər bu üsul-idarənin insanların düşüncəsində möhkəmlənməsini istəyiriksə Şəhid Mütəhhərinin düşüncələri cəmiyyətdə yayılmalıdır ...

Belə bir sual da yaranır ki, cəmiyyətimizdə yeni mütəhhərilər doğula bilərmi? Cənab Rəhbər buyurur: Gənc tələbələr Şəhid Mütəhhərinin əsərlərini çox oxusunlar. Şübhəsiz ki, bu mütaliələr onların şəxsiyyətini formalaşdıracaq, onlar bu ideoloji xəttin davamçılarına çevriləcəklər.

Mühüm nöqtələrdən biri budur ki, Şəhid Mütəhhəri öz düşüncələri ilə cəmiyyətdə yenilikçilik meyillərini gücləndirir. Mütəhhərini Mütəhhəri edən, onun fikirləri ilə tanış olan insanlarda bir hərəkər stimulu yaranır. Cənab Rəhbər buyurur: O əziz insanın şəhadətindən zaman ötdükcə elm irsinin bərəkəti daha çox özünü göstərib. Xüsusi ilə ideoloji sahədə çalışanlar üçün şəhidin əsərləri ilə yaxın rabitədə olmaq zəruridir. Onun kitablarını oxuyun, doğrudan da bu kitablar insanın dünya görüşünü genişləndirir, yeni baxışlara səbəb olur.

Şəhid Mütəhhərinin əsərləri neçə araşdırılmalıdır? Bu işin metodikası nədən ibarətdir? Əllamə Mütəhhərinin əsərlərinin mütaliəsi ilə bağlı cənab rəhbər diqqəti üç nöqtəyə yönəldir: Əllamənin əsərlərinin dəyəri və əhəmiyyəti; bu əsərlərin zaman keçdikcə köhnəlməməsi; əllamənin əsərlərinin mütaliəsi zərurəti. Amma bütün bunları həyata keçirmək üçün bir metodika göstərilməlidir. Əvvəla cavab verməliyik ki, bu işin zərurəti nədən

ibarətdir? İkinci məsələ araşdırmaların formasıdır. Əsərlərlə bağlı hansı addımlar atılmalıdır? Bu sahədə də rəhbərin buyuruqları qaranlıq nöqtələri işıqlandırır, bir növ araşdırmaçılara yol göstərir. Cənab Rəhbər bu sahədə diqqəti iki nöqtəyə yönəldir. Əvvəla, müsəlman araşdırmaçı özünün əllamənin əsərlərinə ehtiyacsız saymamalıdır. Əllamə Mütəhhərinin əsərləri araşdırmaçı üçün bir mənbə, başlanğıç nöqtəsidir. Şəhid Mütəhhəri ideoloji hərəkatın bir hissəsini adlayır. Bu yolu davam etdirmək üçün onun düşüncələri istinad nöqtəsi ola bilər. Cənab Rəhbər buyurur: Alimlər, gənc tələbələr, Şəhid Mütəhhərinin kitablarını ən azı bir dəfə oxumalıdırlar. Əgər bir iş görmək istəyirlərsə, şəhidin düşüncələri bir başlanqıc ola bilər.

Ayətullah Xamenei buyurur: Düşüncə qaynağı başlanğıc nöqtəsi sayıla bilər. Şəhid Mütəhhərinin düşüncələri maarif qaynağıdır. Bizim mütəfəkkirlər, gənclər öz işlərində şəhidin düşüncələrini başlanğıc nöqtəsi kimi qəbul edib addım ata bilərlər ...

Şəhid Mütəhhərinin əsərlərinin araşdırılması prosesini müəyyən mərhələlərə bölmək olar: Bir mövzu ilə bağlı nəzəriyyənin çıxarışı; nəzəriyyə üçün sistem qurulması; nəzəriyyə ilə bağlı şübhələrin şərhi; nəzəriyyədəki nöqsanların toplanması ...

Cənab Rəhbər buyurur: Alim və mütəfəkkirlərimiz Şəhid Mütəhhərinin əsərlərini araşdırıb çıxarışlar aparmalıdırlar. Vücud, insan, ixtiyar, ədalət, tarix, qəzavu-qədər, irfan kimi mövzularda alimin fikirlərindən çıxarışlara ehtiyac var. Şəhid Mütəhhərinin araşdırdığı mövzular saysızdır. Ümid edirəm ki, bu addımı atmaqla ideoloji hərəkət davam etsin.

Cənab Rəhbər mütəfəkkir və yazıçılara bir tövsiyə ünvanlayır: Qərbdə belə bir ənənə var ki, həyatda olan ideoloq və filosofun fikirlərini araşdırır, təhlil aparırlar. Biz Ustad Mütəhhərinin əsərləri ilə bağlı bu işi görməliyik. Mütəxəssislər və alimlər vaxt qoymalı, Şəhid Mütəhhərinin müxtəlif fəlsəfi və ictimai mövzulardakı fikirlərindən çıxarışlar etməlidirlər ...

Təbii ki, Şəhid Mütəhhərinin əsərlərinin araşdırılması zərurətindən danışanlar Şəhid Mütəhhəri ilə kifayətlənməyi nəzərdə tutmayıblar. Məqsəd bu deyil ki, biz Şəhid Mütəhhərinin fikirləri üzərində dayanmalı, irəli getməməliyik. Elmin xüsusiyyəti davamlı hərəkətdir. Elm daimi inkişafdadır. Mütəhhərini son nöqtə saymaq olmaz. Şəhid Mütəhhərinin düşüncələri bir mərhələdir. Biz bu günün suallarına Mütəhhəri düşüncəsinin metodikası ilə cavab verə bilərik.

Cənab Rəhbər buyurur: Biz Şəhid Mütəhhəri deyib dayana bilmərik. Cəmiyyətin, dünyanın ideoloji tələbləri hər gün artmaqdadır. Bu hərəkat davam etməlidir. Bizim qarşıda mütəhhərilərə ehtiyacımız var...

Cənab Mütəhhəridə dayanmayın, Mütəhhəri son nöqtə deyil. O işin bir mərhələsidir ...

Əllamə Mütəhhəri düşüncəsi bugünkü fəaliyyətlər üçün bir qaynağ ola bilər. Mütəhhəri metodikası bir nümunədir. Bu gün cəmiyyətin qarşısında duran sualları Mütəhhəri düşüncəsindən bəhrələnməklə cavablandırmaq olar. Son söz budur ki, bizim həm keçmiş Mütəhhəriyə, həm də gələcək mütəhhərilərə ehtiyacımız var.

Vilayet.nur-az.com


1118 بازدید
در حال ارسال اطلاعات...