Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2015

99 dərdin dərmanı!

"Mən bu zikr və duadan sonra xəstə yatağımdan elə qalxdım ki, sanki, həbsdən azad olmuşam!"
İmam Əli (ə) buyurur: “Bir gün xəstə yatağına düşmüşdüm. Allahın peybəmbəri (s) əyadətimə gəldikdən sonra buyurdu: “La hövlə vəla qüvvətə illa billah” zikrini deyərək Allahdan belə istə: “İlahi, mənə verəcəyin afiyəti tez yetir, sınaqlarına dözüm ver və Öz rəhmətinə doğru yönəlt!” Mən bu zikr və duadan sonra xəstə yatağımdan elə qalxdım ki, sanki, həbsdən azad olmuşam!”
O həzrətdən nəql edilən başqa bir hədisdə belə deyilir: “Mədinədən olan bir xəstə onun görüşünə gələn Allah peyğəmbərinə (s) belə ərz etdi: Ey Allahın rəsulu, Onun dərgahından mənim üçün şəfa diləyin! Peyğəmbər (s) ona buyurdu ki, İlahinin dərgahına üz tutub, belə desin: “Əzəmət sahibi və əzəmətli ərşin rəbbindən diləyirəm, ey əzəmət sahibi, mənə şəfa ver!” O da, bu duanı üç dəfə dedikdən sonra xəstə yatağından elə qalxdı ki, sanki, həbsdən qurtulub.”
İmam Sadiq (ə) da, xəstə olduğu vaxtlarda belə dua edərmiş: “İlahi, Səndən üz döndərənləri məzəmmət edərək belə demisən: “Məndən qeyri məbud güman etdiklərinizi səsləyin, görək, hansı bir çətinliyinizi aradan qaldırar və ya onda bir dönüş yarada bilərlər?!” (“İsra”, ayə 56) Elə isə ey çətinliyimi aradan qaldırmağa qadir və onda dönuş yarada bilən, Məhəmməd (s) və onun Əhli-beytinə rəhmət göndər və çətinliyimi aradan qaldıraraq onu Səndən qeyrisini məbud güman edənlərə sarı yönəlt!”

Nur-az.com