Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2015

Könüllərin səyyadı

Şəhid Səyyad Şirazinin bacısı qardaşı ilə bağlı xatirələri bölüşür
Şəhid Səyyad Şirazinin qardaşı-bacısı Siddiqə Səyyad Şirazi Təsnim İnformasiya Agentliyi ilə müqəddəs Məşhəd şəhərində baş tutmuş görüşdə deyib: General Əli Səyyad Şirazi inqilabdan öncə İsfahanda dini baxışlarına görə rejimin nəzarətdə saxladığı zabitlərdən olub. Rejim onu özü üçün təhlükə hesab edirdi. O, hərbçi olsa da, etiraz aksiyalarında iştikar edirdi. Şəhid Səyyad Şirazi İsfahan polkunu qoruyub saxlamaq istəyirdi. İnqilabdan öncə xalq mücahidlərindən bir qrupu bu polkda idil. Amma baş nazir Bəni Sədr bu işdə həmkarlıq etmədi. Ona görə də şəhid Səyyad Şirazi müharibədən öncə, müharibənin başlanğıcında Bəni Sədrə qarşı çıxdı və heç kimdən çəkinmədən sözünü dedi.

Şəhid qardaşım şimal-qərb bölmələrinin komandiri idi. Bəni Sədrə qarşı çıxdığı üçün rütbəsini aşağı endirmişdilər. Sonra SEPAH-a getdi. Şübhəsiz ki, heç bir hərbi rütbə Səyyad Şirazi üçün əhəmiyyət daşımırdı. Onun yeganə məqsədi İslama, xalqa xidmət idi.

Şəhidin bacısı şəmsi 1359-cu ildə Səyyad Şirazinin ordu və SEPAH-dan ibarət müştərək qərargah yaratmaq planlarından danışır: 1360-ci ildə Səyyad Şirazi quru qoşunlarının komandanı oldu. Daim çalışırdı ki, ordu və SEPAH qüvvələri arasında birlik, həmkarlıq olsun. O zaman ordu qüvvələri SEPAH və BƏSİC-lə müqayisədə daha üstün hərbi hazırlığa malik idi. Müştərək qərargahın yaradılması səbəb oldu ki, düşmənin ələ keçirdiyi bir çox ərazilər qısa bir müddətdə azad olundu.

Siddiqə Səyyad Şirazi şəhidin müharibə dövründə ailə ilə rabitələrini yada salır: Şəhid Səyyad Şirazi qərb bölgələrini gözəl tanıyırdı. MİRSAD əməliyyatında hələ ki ona məsuliyyət verilməmişdi. Amma mövzunu o qədər əhəmiyyətli sayırdı ki, əmr verilməmiş cəbhəyə yola düşüb əməliyyatlara qoşuldu. Münafiqlər Səyyad Şirazidən zərbə aldıqları üçün daim intiqam üçün fürsət axtarırdılar. Nəhayət, 1378-ci ildə onu evinin qarşısında terror etdilər. Beləcə qardaşım uca şəhadət məqamına çatdı.

Siddiqə xanım xatırlayır ki, şəhid Səyyad Şirazi on nəfərlik ailədə böyük övlad olub: Şəhid Səyyad Şirazinin beş qardaşı, iki bacısı vardı. Özü ailənin böyük övladı idi. Ailəmiz dindar ailə idi. Atam hərbçi olduğundan Səyyad Şirazi də bu yolu seçdi. Təhsilini davam etdirmək üçün Tehrana getdi. Diplomunu aldıqdan sonra orduya yola düşdü. Orduda namaz qılmaq, oruc tutmaq üçün şərait yox idi. Şəhid Səyyad Şirazi bu şəraitə etiraz edən ilk şəxs idi. O çox intizamlı, vaxtın qədrini bilən insan idi. Onun bu əxlaqi xüsusiyyəti bütün ailə üzvlərinə sirayət etmişdi. Onun sakit və nəcib şəxsiyyəti ətrafındakı insanlar üçün bir nümunə idi. Namaza çox diqqət verər, dini məsələlərə ciddi yanaşardı. Valideynə hörmət, ailəyə diqqət onun müstəsna xüsusiyyətlərindən idi.

Siddiqə Şirazi sözünə belə davam edir: Şəhid Səyyad Şirazi hərbçi olmasına, iş rejiminin ağırlığına baxmayaraq ailə ilə əlaqələrini kəsmirdi. Nə qədər gərgin iş rejimində olsa da, hökmən ailə ilə əlaqə saxlayır, ailə qarşısında məsuliyyətlərini yerinə yetirirdi. Çox təvazökar insan idi. İstər böyüklərin, istərsə kiçiklərin qarşısında ehtiramla rəftar edər, hərbçi olmasına baxmayaraq son dərəcə mehriban davranardı. Heç vaxt özünü başqalarından üstün tutmazdı. Qardaşım öz maşınında olduğu zaman terror edildi. Onun özünü müdafiə etməyə silahı olsa da, hadisə təhlükəsizlik kəmərini taxdığı zaman baş verdiyindən müqavimət göstərə bilməmişdi. Münafiqlər yaranmış vəziyyətdən istifadə etmişdilər.

Qəlbi kor münafiqlər gözəl bilirdilər ki, qardaşımı başqa bir şəraitdə qətlə yetirə bilməzdilər. Onların Səyyad Şiraziyə yaxınlaşmağa cürəti yox idi. Bəli, artıq o aramızda yoxdur. Amma onun məqsədi, İslam İnqilabının idealları qəlbimizdədir. Biz bu yolu davam etdirməliyik. Biz Səyyad Şirazinin yolunu gedib vilayətə dayaq olmalıyıq. Rəhim Səfəvi, Şəhid Çəmran ona yaxın insanlar idi. Nəql edirlər ki, müharibə zamanı muhasirəyə düşürlər və Şəhid Səyyad Şirazinin İmam Zamana (əc.) təvəssül duası ilə muhasirədən çıxırlar.

Siddiqə Səyyad Şirazi nəql edir ki, şəhid qardaşı hadisədən bir gün öncə Məşhəd ziyarətinə gedib. O deyir: Qardaşım 1378-ci il, fərvərdin ayının 21-də şəhadətə çatdı. Bir gün öncə Məşhədə ziyarətə getdi. Biz onunla birlikdə idik. Hərəkətləri əvvəlkindən fərqlənirdi. Onun necə ziyarət etdiyinə baxanda düşünürdüm ki, bir daha buraya gəlməyəcəyini fikirləşir.

Şəhid Səyyad Şirazinin bacısı şəhadət mədəniyyəti ilə bağlı görüləsi işlərdən danışır: Bəli, bu günə qədər şəhadət mədəniyyətinin yayılması istiqamətində çox iş görülüb. Amma yenə də gəncləri cəlb edəcək proqramların həyata keçirilməsinə ehtiyac var. “Rahiyyani-Nur” layihəsi bu istiqamətdə çox təsirlidir. Gənclərin nəzərdə tutulmuş vaxtlarda müqəddəs müharibə əməliyyatlarının baş verdiyi yerlərə aparılması öz sözünü deyir. Şəhid Səyyad Şirazi özü bu layihənin bünövrəsini qoyanlardan idi. “Həlqəhayi-Salehin” mərasimlərinin genişlənməsi də isar və şəhadət mədəniyyətinin yayılmasına kömək ola bilər.

Vilayet.nur-az.com


991 بازدید
در حال ارسال اطلاعات...