Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

General Salami: Bütün təhlükəli ssenarilərə tam hazırıq!

Pilotları bilsinlər ki, onların hər uçuşu birinci və axırıncı olacaq. Elə isə hamı ilə vidalaşıb çıxsınlar.
Nur-az.com abna.ir-a istinadən:
İran İslam Respublikası Sepah Korpusunun Baş Komandanı general Salami Amerikanın bir sıra rəsmiləri tərəfindən yenidən səslənən hərbi təhdidlə əlaqədar bildirib ki, artıq Amerikanın hərbi təhdidlərinin vaxtı sona çatıb. Onlar keçmiş dövrlərdə sanki nizamlı ordu və əsgəri olmayan zəif ölkələr üzərindəki hərbi manevrə bənzər “qələbə”lərinə güvənib, İran barəsində səhv addım atmaq fikrinə düşməsinlər!
...Onların zehnində dolanan xəyali müharibəyə əks olaraq deməliyəm ki, mən özüm illərlə bütün vücudumla əsl döyüşləri təcrübədən keçirmişəm. Bir daha xəbərdarlıq edirəm ki, biz hər hansı sülh və sazişdən qabaq özümüzü sonu hökmən qələbə ilə başa çatacaq uzun müddətli döyüşlərə hazırlamışıq.
...Əgər onlar hava donanmalarından istifadə fikrindədirlərsə, donanmaları ilə bərabər təyyarələrinə qarşı bütün asimanları alovlandıracağıq. Pilotları bilsinlər ki, onların hər uçuşu birinci və axırıncı olacaq. Elə isə hamı ilə vidalaşıb çıxsınlar.
...Hər hansı fərzi vəziyyətləri nəzərə alıb, ən təhlükəli ssenarilərə tam hazırlığımızı elan edirik və bu bizim üçün çox sadə anlayışdır. Çünki bizim fikrimizcə, bu artıq əsl potensial qüvvələrin sınaq meydanıdır. Əgər bu yenə də, Amerikanın soyuq müharibə meydanında əl atdığı informasiya hədə-qorxusudursa, hökmən ona da münasib mövqe seçəcəyik, yox, əgər həqiqətən də, məqsədlərində ciddidirlərsə, mərdi meydanda sınayarlar!
...Amma nüvə enerjisi ilə əlaqədar müzakirələrə gəldikdə isə, deməliyik ki, bunun özü də, üzərində ilahi əmanət yükünü daşıyan nümayəndələrimizin bir millətin izzət, heysiyyət və istiqlalı uğrunda diplomatiya meydanında apardığı mübarizəsidir. Bizim də, onlara tövsiyəmiz odur ki, xalq və dövlətin yenilməz qüvvəsinə arxalanaraq bu meydanda tam vüqar və təmkinlə çıxış etsinlər, xalqımızın inam və izzətini zərrə qədər ləkələyəcək hər hansı sazişə qətiyyən yol verməsinlər.
...Amerikalılar artıq bizim üçün qətiyyən güclərin bərabər olmadığı müharibənin qızğın çağlarında İraq və müttəfiqləri ilə, o cümlədən, Amerika başda olmaqla SSRİ, Avropa və bir çox ərəb ölkələri ilə qarşı-qarşıya durduğumuz zaman (1986-cı ildə) sınaqdan keçib. İran xalqı müharibə meydanlarında sınaqdan çıxıb və onu bir də sınamağa ehtiyac yoxdur.
...Adətən, Amerika siyasət meydanında aciz qalanda, hərbi hədə-qorxuya əl atır və onların ən məntiqli sözü tüfəngin lüləsindən çıxdığı surətdə, bizim güllələrimiz isə ölçü və məntiqə əsaslanır. Amma bizim Amerikaya hədə-qorxu gəlməməyimizin səbəbi isə hər bir işin siyasət meydanında diplomatik yollarla həllinə etiqadımızdan irəli gəlir!


1293 بازدید
در حال ارسال اطلاعات...