Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Şuşasız daha bir il - Fotolar

Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 23 il ötür.
Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 23 il ötür.

1992-ci il, may ayının 8-də Azərbaycanın dilbər guşəsi Şuşa işğal edildi. Ermənistan Silahlı Qüvvələri bütün gücünü səfərbər edərək, Şuşaya В«Svadba v qoraxВ» adlı hücum planı hazırlayır. Həmin plana görə, Ermənistan Silahlı Qüvvələri ən peşəkar zabitlərin rəhbərliyi altında mayın 8-də Şuşa üzərinə 11 minlik qoşunla hücum edəcəkdi. Azərbaycan Silahlı qüvvələri isə atəşkəsin uzunmüddətli olacağına arxayınlaşıb, hərbçiləri kütləvi halda ezamiyyətə göndərir. Ərazidə olan min nəfər hərbçidən yeddi yüzü qalır. Könüllü batalyonlarda silah demək olar ki, yox idi. Fəxrəddin Səfərovun 480 nəfərlik batalyonunda cəmi 70 avtomat var idi. Mayın 7-si briqada komandiri Elbrus Orucov zirehli texnikanın ATƏT nümayəndələrinin gözlənilən səfərindən gizlədilməsi üçün Müdafiə naziri Rəhim Qazıyevdən əmr alır. Bu əmr, demək olar ki, ərazidə olan texnikanın məhvi ilə nəticələnir (Azərbaycan Silahlı Qüvvələri tank və PDM-ləri В«aşağı zapravkaВ» deyilən yerə çəkmişdilər). Şuşada son döyüşə cəmi 1 tank və 1 PDM qalmışdı. Mayın 7-sindən 8-inə keçən gecə saat 2-yə 20 dəqiqə işləmiş Ermənistan Silahlı Qüvvələri 11 minlik qoşunla Şuşaya hər tərəfdən - Qırxpilləkan deyilən yerdən, Daşaltı, Qaybalı yolu, Şüşikənd istiqaməti və Hacıtalasından hücuma keçdilər. Təkcə В«ZastavaВ» deyilən posta Daşaltı tərəfdən 3 min erməni hərbçisi qalxmışdı. Səhər saat 7-yə yaxın əsas istiqamətlərdə olan postlar tutulmuşdu - strateji yüksəkliklərdən biri - Kirs dağında Ermənistan Silahlı Qüvvələrinin artilleriya briqadası oturmuşdu. 12 saat ərzində Şuşa, şəhər ətrafına düzülmüş topların atəşinə məruz qaldı. Ağır döyüşlər mayın 8-i axşam saat 8-ə qədər getdi - Şuşa həbsxanasında və В«aşağı ZapravkaВ»da 777-ci əlahiddə alay böyük itki verdi - bu döyüşdə alayın 132 əsgərindən yüzü həlak oldu. Könüllü batalyonların döyüşçülərindən və Şuşa sakinlərindən də 200 çox adam həlak oldu və ya itkin düşdü.Axşam saat 9-a yaxın Şuşada 2 В«QRADВ» qurğusu, 1 tank və 1 PDM, 30-40 döyüşçü qalmışdı. Ermənistan Silahlı qüvvələri В«aşağı zapravkaВ» deyilən yeri artıq götürmüşdülər. Xəlfəli, Qaybalı və Kosalarda döyüş gedirdi. Bu vaxt Elbrus Orucov olub-qalan qoşunun Şuşa şəhərini tərk etməsi barədə şəxsən əmr verir. Hətta şəhərdən çıxmaq istəməyən könüllü döyüşçülərdən bəzilərini əmr yerinə yetirilməsə, güllələməklə hədələyirlər. Beləliklə, qoşun Turşsuya çəkilir. Mayın 8-də şəhərin müdafiəsi üçün Şuşaya ezam olunan Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovu və onun dəstəsini də Zarıslı kəndində qarşılayıb В«Şuşa artıq işğal olunub, geri qayıdınВ» deyirlər.






1826 بازدید
در حال ارسال اطلاعات...