Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Həqiqi namaz və onun mahiyyəti

Allaha inanmayan, onun hüzurunda olduğunu qəbul etməyən bir kəs təbii ki, ona etinasızlıq göstərəsidir
Namaz Allah qarşısında bəndəliyin izharıdır. İnsan namaz məqamında əlini Allah dərgahına qaldıraraq, öz kiçikliyini etiraf etməlidir. Namaza duran insan kimin qarşısında dayandığını anlamalı və Allahın əzəmətini hiss edərək diqqətli və təvazökar olmalıdır.
Çoxlarımız namaz qılarkən on illər qabaq baş vermiş hadisələri xatırlayır, yalnız namazın salamını verərkən namazda olduğumuzu yada salırıq. Allahın qarşısında dayanıb, ona diqqətsizlik göstərərək, başqa şeylər haqqında düşünmək necə də çirkindir! Allah-təala Qurani-məciddə bu xüsusiyyətin münafiqlərə aid olduğunu bildirir. (“Tövbə”, 54.) Rəvayətdə bildirilir ki, namaz qıldığı halda fikiri başqa yerdə olan insan ulağa çevriləcəyind