Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Nəhcül-bəlağə kamillik kitabıdır

Həzrət İmam Əlinin (ə) sözlərində bütün insani dəyərlər mövcuddur
Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əlinin (ə) sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yəni həzrət Əlinin (ə) yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məsudi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bəzi şəxslər «Nəhcül-bəlağə»nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əlinin (ə) xütbələri mövcud «Nəhcül-bəlağə»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.
Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcül-bəlağə»ni oxuyanda bəzən İbni Sinanın, bəzən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bəzən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bəzən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əlidə (ə) bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!
Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular? Həmin vaxtlar adətən bu kitabdan yalnız iy