Şrift ölçüsü:
A+
A
A-
Kr
09 May 2015

Nəhcül-bəlağə kamillik kitabıdır

Həzrət İmam Əlinin (ə) sözlərində bütün insani dəyərlər mövcuddur
Nəhclü-bəlağə, Seyyid Rəzinin həzrət Əlinin (ə) sözlərinin bir hissəsini toplayaraq bir məcmuə və toplum şəklinə saldığı kitabın adıdır. Seyyid Rəzi ədəbiyyatçı olduğu üçün Nəhcül-bəlağə ilə birtərəfli əlaqə yaradıb, yəni həzrət Əlinin (ə) yalnız ədəbi baxımdan gözəlliyin zirvəsində olan sözlərini toplayıb. Hal-hazırki Nəhcül-bəlağədə təqribən 229 xütbə var, halbuki Seyyid Rəzidən yüz il qabaq yaşamış Məsudi özünün «Mürucuz-zəhəb» kitabında yazır: «İndi camaatın əlində Əlinin təqribən 480 xütbəsi mövcuddur.» Bütün bu tarixi dəlil və sənədləri görən bəzi şəxslər «Nəhcül-bəlağə»nin Seyyid Rəzidən sonra meydana çıxdığını necə iddia edirlər?! Deməli, Əlinin (ə) xütbələri mövcud «Nəhcül-bəlağə»dəkindən daha çox olub və Seyyid Rəzi onların hamısını toplamayıb.
Amma bütün bununla belə, «Nəhcül-bəlağə» necə kitabdır? Bu kitabda müxtəlif ünsürlər vardır. Adam «Nəhcül-bəlağə»ni oxuyanda bəzən İbni Sinanın, bəzən Mövlana Cəlaləddin Rumi və ya Mühyiddin Ərəbinin, bəzən Firdosi kimi qəhrəmanlıq şairinin, yaxud azadlıqdan başqa heç nə başa düşməyən şəxsin, bəzən isə guşənişin və yalqız abid, zahid və ya rahibin danışdığını fikirləşir. Biz, Əlidə (ə) bütün insani dəyərlərin cəmləşdiyini görürük, çünki söz, danışan şəxsin ruhi təcəllisidir. İndi siz Əlinin nə qədər böyük, özümüzün isə, nə qədər kiçik olduğumuzu təsəvvür edin!
Əlli il bundan əvvələ kimi bizim cəmiyyətin dini meyl və rəğbəti zahidlik və ibadət dəyəri istiqamətində idi. Buna görə də minbərə çıxıb xalqa moizə edən din xadimləri və ruhanilər «Nəhcül-bəlağə»nin hansı hissələrini oxuyurdular? Həmin vaxtlar adətən bu kitabdan yalnız iyirmiyə yaxın xütbə oxunurdu. Özü də hansı xütbələr? Sırf zahidlik və axirət barəsindəki xütbələr! O zaman «Nəhcül-bəlağə»nin digər xütbələrindən xəbər yox idi və onlar bərəsində danışılmırdı. Bunun səbəbi o idi ki, cəmiyyət onları həzm edə bilmirdi. Cəmiyyət müəyyən dəyərlərə üz tutmuşdu və buna görə də «Nəhcül-bəlağə»nin yalnız həmin barədəki xütbələri yayılmışdı. Bəlkə, həmin şərait yüz il də davam etsəydi, heç kəs həzrət Əlinin (ə) Malik Əştərə yazdığı ictimai-siyasi göstərişlər xəzinəsi olan fərmanını oxumazdı. Niyə və nə üçün? Çünki cəmiyyətdə həmin əhval-ruhiyyə yox idi. Məsələn, həzrət Əlinin (ə) belə bir sözü var:
«Peyğəmbərdən dəfələrlə eşitdim ki, belə buyurur: zəif təbəqələri güclülər qarşısında dayanaraq dili dolaşmadan öz haqqını tələb etmək mərhələsinə çatmayan heç bir ümmət, müqəddəsləşməz.»
Əlli il bundan qabaqkı cəmiyyət bir və ya iki dəyərə meyl göstərərək həmin istiqamətdə addımladığı üçün bu sözün qiymət və dəyərini dərk edə bilmirdi. Amma Əlinin sözlərində bütün insani dəyərlər mövcuddur və həmin dəyərlər onun həyat tarixi və şəxsiyyətində də mövcud olub.

Ustad Şəhid Mütəhhəri


1328 بازدید
در حال ارسال اطلاعات...