Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Ayətullah Hairi Şirazi tələbələr haqqında

Sadəcə dərsi əzbərləyib təhsil haqqında şəhadətnamə almaq saman ardınca getmək kimidir
Bir tələbə bir il tam inqita halında dərs oxusa başqa ruhiyyə ilə uzun illər dərs oxuyanları ötüb keçir.

İmam Xomeyni (r) xibrə məclisinə məktubunda yazır: “İlahi dinlərdə rəhbər olmağın heç bir dəyəri yoxdur. Dəyəri olan xalqa xidmətdir.”

Ayətullah Hairi Şirazi özü haqqında danışmağı xoşlamır. Ona həyatı haqqında nə qədər sual verilsə, o sualları tələbə mövzusuna yönəldir. Söhbətimiz ilin isti günlərinə düşüb. Yaşlı Ayətullah süfrəyə sərin şərbət gətirib. Onun qədimi evi müqəddəs Qum şəhərinin Qomno məhəlləsində yerləşir. Onunla söhbətimiz doxsan dəqiqəyə qədər uzanır.

Sual: Xahişimizi nəzərə alıb vaxt ayırdığınız üçün təşəkkür edirik. İlk sualımız sizin hövzəyə gəlişinizlə bağlıdır. Necə oldu hövzəyə gəldiniz?

Cavab: Atam müctəhid olub. Evdə məni ruhani olmağa həvəsləndirirdilər. Amma bəzən əynində ruhani libası olanların bu libasa münasib olmayan davranışını görüb həvəsdən düşürdüm. Nəhayət riyaziyyat üzrə təhsil aldım. Universitetdə təhsilimi davam etdirmək üçün Tehrana gəldim. Amma müəyyən problemlər qarşıya çıxdı və universitetdə təhsil ala bilmədim.

Hələ o dövrdə hiss etmişdim ki, hökumətin müstəqillik arzusunda olan insanlardan xoşu gəlmir və əgər dövlət işində çalışsam müstəqilliyə olan istəyim bir problemə çevriləcək. Azad bir iş dalınca gəzirdim. Amma ruhanilikdən başqa azad bir iş yox idi. Nəhayət, qardaşıma öz istəyimi bildirdim. Dedi yaz ki, öz istəyinlə bu yolu tutursan. Mən yazdım, ruhani olmaq məsuliyyətini öz üzərimə götürdüm. Şəmsi 1335-ci ildə Qum Elm Hövzəsinə daxil oldum.

Şahid oldum ki, hakimiyyətin planları əsasında ruhanilərin maddi durumu çox ağır idi. Həmin dövrdə bir gənc mənim ruhani oğlu olduğumu eşitmişdi. O bir mövzuda şübhəyə düşmüşdü və bu şübhə onu rahat buraxmırdı. Mən kifayət qədər mütaliə etmişdim. Həmin gəncin şübhələrini cavablandırdım. Onun əqidəsinə zərbə dəymişdi. Mənim söhbətlərimdən sonra ruhiyyəsi dəyişdi, nikbinləşdi. Mən bir nəfəri şübhədən qurtara bildiyim üçün sevinirdim. Bir dəfə də avtobusla Şiraza gedirdim. Sübh namazının vaxtı keçirdi, avtobus dayanmırdı. Mən özümü toplayıb sürücüyə dedim ki, avtobusu saxlasın mən düşürəm. Səbəbini soruşanda dedim ki, namaz qılmaq istəyirəm. Gün doğmaq üzrə idi. Sürücü avtobusu saxladı, mən düşdüm. Yerdə yağış suyu toplanmışdı. Həmin su ilə dəstəmaz alıb dəqiq olmayan bir istiqamətdə durdum və namazımı qıldım. Bu namazda nə dəstəmaz, nə də qiblə şəriətin tələblərinə cavab vermirdi. Amma mən avtobusu saxlatdırıb namaz qılmaqla Allaha müxalif olmadığımı özümə sübut etdim.

Bir insana müəyyən iş tapşıranda şeytanlar onu azdırmağa çalışır. Şeytan nə etdiyini bilmir. Amma Allah nə baş verdiyini gözəl bilir. Şeytanın məqsədi zərbə vurmaqdır. Amma onun bu təlaşları möminin xeyrinə başa çatır. Allaha doğru hərəkətdə şeytanın hiylələri kimi maneələrlə rastlaşan mömin bu maneələri aşdıqda inkişaf edir. Əgər şeytanın maneələri olmasa insan inkişaf edə bilməz. Allah-Taala insanın batinində elə dəlillər qərar verib ki, insan Allaha doğru hərəkətdə bu dəlillərdən faydalanır. Şeytan isə maneələr yaratmaq istəyir. Əgər insan möhkəm dayanıb meneələri keçsə onun dəyəri çox yüksəlir. Xüsusi əməliyyat qruplarını hazırlayanda onların qarşısında müxtəlif maneələr yaradırlar. Bu insanlar təlim zamanı maneələrdən keçməklə həqiqi əməliyyatdakı maneələri adlamağa hazırlaşırlar. Adi əsgər isə torpaq üstündə sürünür və ona verilən təlim bununla başa çatır. Demək, maneələr çətinləşdikcə insanın yüksələ biləcəyi məqam da artır.

Sual: Hansı mədrəsəyə daxil oldunuz, ilk tələbəlik günləri necə keçirdi?

Cavab: Əvvəllər özümü bir qədər itirmişdim. Həm də daxil olduğum mədrəsədə müəllim dərslərdə davamlı iştirak edə bilmirdi. Bir neçə mədrəsə dəyişdim. Sinif yoldaşlarım 6-cı sinif təhsili ilə hövzəyə daxil olurdular. Mənim isə riyaziyyat diplomum var idi. Nəhayət Ağa Babaxan mədrəsəsinə daxil oldum. Şeyx Məhəmməd Əli mədrəsəni idarə edirdi. Bir müddət mənə dərs keçməyi öhdəsinə götürdü. O, dərsdə çox ciddi idi. Şəbaniyyə minacatında belə bir cümlə var ki, İlahi, məni özünə münasibətdə qətiyyətli qərar ver. Yəni başqalarından qırılım, yalnız sənə üz tutum. Belə bir insan həmişə müvəhhid, tövhid əhlidir. İnsanın dünyəvi əlaqələrdən qırılması onun müvəffəqiyyət rəmzidir. Bu ruhiyyə ilə bir il dərs oxumaq adi ruhiyyə ilə on il dərs oxumağa bərabərdir. Cənab Şeyx Məhəmməd Əli özü bu insanlardan idi, yəni inqita əhli idi. Yeganə nigarançılığı tələbələrin tərbiyəsi idi. Çəkdiyi zəhmətlərdən kiminsə xəbər tutub-tutmaması onu zərrəcə maraqlandırmırdı. Tələbələrin tərbiyəsi üçün əlindən gələni edirdi. Özü nəql edir ki, Cənab Məkarimə beş il ərzində səth dərslərini başa çatdırdığını və hazırda tələbələrin buna təəccüblə yanaşdığını söyləyib. Cənab Şeyx tələbələri həvəsləndirərdi ki, səth dərslərini daha qısa müddətdə başa vura bilərlər. Özü inqita əhli olduğundan çox müvəffəq idi. Əvvəlcədən tələbələrə xəbərdarlıq edirdi ki, tutduqları yolda çətinliklər var. Deyirdi ki, özünüzü aclığa, yoxsul həyata hazırlayın. Hansı tələbə ona bağlanırdısa müvəffəq olurdu. Belə tələbələrin dərs oxumaqdan başqa fikri olmurdu. Belə tələbələr hətta dərs kitablarından başqa kitablara nəzər salmırdılar. Bütün diqqətləri dərsdə idi.

Sual: İnqita dediyiniz hal, tələbənin dünyadan qırılması təhsilə necə təsir göstərir?

Cavab: Bir tələbə bir il tam inqita halında dərs oxusa başqa ruhiyyə ilə uzun illər dərs oxuyanları ötüb keçir. Şeyx Məhəmməd Əlinin elə tələbələri var idi ki, iki il ərzində 17 il dərs oxumuş tələbələri ötüb keçirdilər. Mən birinci mərhələni dörd aya başa vurdum. İlin sonunda isə artıq oxuduqlarımı tədris edirdim. Hövzə təhsilində tələbənin inqita halı kəsb etməsi onun uğuru üçün ən güclü təminatdır. İnqita halı tək təhsildə yox, işdə də müvəffəqiyyət rəmzidir. Bütün diqqəti gördüyü işdə olan insan daha müvəffəqdir. “İyyakə nəbudu və iyyakə nəstəin” ayəsinə bağlılıq elə inqita halıdır. Şeyx Məhəmməd Əlinin tələbələri onun yarım saat söhbətindən sonra 18 saat mütaliə edər və yorulmazdılar. Özü gündə 10 növbə dərs keçərdi. Yaşa dolmuş bu insanın tədrisdə yorulmaması insanı heyrətə gətirirdi. Bütün dərslərdə də təravətli olardı. Şeyx Məhəmməd Əli deyirdi ki, xalqın məni savadlı bilməsi sünbülün samanıdır. Rəis olmaq üçün sənin buğda dənəsi yox, onun samanı olmağın bəs edir. Amma Allahın razılığını istəyirsənsə səndə buğda dəni olmalıdır. Alim olmaq da elə saman çöpü kimidir. Xalis niyyət, Allaha razılıq bu samandakı buğda dənəsi sayılar.

Sual: Hövzədə təhsil almaqda məqsəd nədir?

Cavab: Təbib Bərzuyənin tələbələr üçün maraqlı bir sözü var. Bərzuyə iranlıdır. İslamdan öncə Hindistana gedib, Kəlilə və Dimnə kitabını fars dilinə tərcümə edib. Bəli, bu kitabı fars dilinə ilk çevirən Bərzuyə olub. Kitabın müqəddiməsində həkimlər, təbiblər haqqında qeydləri var. Amma həmin sözlər ruhani tələbələr üçün də faydalıdır. O deyir ki, təbib əkinçi kimidir. Əkinçi buğda əkir, məhsulla ailəsini dolandırır. O buğdanı əkəndə məqsədi buğdanın dənini toplamaqdır. Amma ondan asılı olmayaraq biçində saman da buğda ilə birlikdə toplanır. Həmin saman da qoyun, inək, dəvə üçün yem olur. Təbib də belədir. Təbib müalicə edəndə həmin müalicə buğda dənidir. Müalicənin müqabilində xalqdan aldığı pul isə saman çöpü kimidir. Bu həkim İslamdan əvvəlki dövrdə insan bədəni və onun ehtiyaclarını ulağa, ata, inəyə və başqa heyvanlara bənzədir. İnsanın mahiyyətini bütün bunlardan üstün sayır. O deyir: “Təbib insaniyyət naminə dərs oxuyur. Amma təhsildən sonra fiziki həyatını yaşamaq üçün də qazancı olur. Təbabət həkimin, xalqın verdiyi pul isə ulaq və başqa heyvanlara bənzədilən heykəlindir. Həkim ulaq və at deyəndə insanın güzgüdə görünən surətini nəzərdə tutur. Deyir ki, sənin güzgüdə gördüyün insan deyil. İnsanlıq sənin mahiyyətindədir. Allah bu mahiyyəti heykələ suvar edib. Beləcə insan bədənini insan ruhunu suvar olduğu ulağa bənzədir. Təbib insanları müalicə etməklə öz insanlığının, müalicə müqabilində pul almaqla heykəlinin qidasını əldə edir. Tələbəlik də belədir. Dolanışıq üçün tələbəlik ardınca gedən tələbə ola bilməz. Tələbənin məqsədi elmə yiyələnmək və xalqa xidmət göstərmək olmalıdır. Bəli, Şeyx Məhəmməd Əlinin xalqın nəzərində savadı samana bəzətməsi belə hikmətli idi. Hətta təqlid mərcəsi olmağı da adi bir rəis olmaq kimi samana bənzədir. Yalnız Allahın razılığını və bu razılıq yolunda insanlara xidməti buğdanın dəni kimi təsvir edirdi.
Qurani-Kərim buyurur ki, fəsadın kökü ifratçılıq, həddi aşmaqdadır. Mənəmlik, insanın özünü böyük görməsi də bunun bir növüdür. Deyirlər axirət istəyirsənsə Allahı nəzərdə tutmalısan. Əgər rəyasət istəyirsənsə, bilməlisən ki, bu əkində buğda yox, saman kimidir. Allahın razılığını düşün, xalqa xidmət et, bu zaman sənin qazancın əkinçinin əldə etdiyi buğda kimidir. İmam Xomeyni (r) xibrə məclisinə məktubunda yazır: “İlahi dinlərdə rəhbər olmağın heç bir dəyəri yoxdur. Dəyəri olan xalqa xidmətdir.” İmamın da sözündən görünür ki, rəhbərlik məqamı yuxarıdakı məsələ uyğun olaraq saman, xalqa xidmət isə buğdadır. İnsan inqita ruhiyyəsi əldə etdikdə məqama, vəzifəyə, dünyaya bağlı hər şeyə saman kimi baxır. Əgər insan dünya rabitələrini qırıb, inqita ruhiyyəsi əldə edə bilsə, qarşısında heç bir maneə dayana bilməz. Bir vaxt sinif yoldaşlarımla ingilis dili oxuyurduq. Nə qədər oxuyurduqsa, ingiliscə danışa bilmirdik. Mən qərara gəldim ki, bütün fikirləri kənara qoyub diqqətimi bu iş üzərində cəmləşdirim. Belə də etdim. Bir ildən az müddətdə ingilis dilində danışmaq məharətinə yiyələndim. Atıcılıq məharətlərini əldə etməkdə də eyni vəziyyətlə qarşılaşdım. Dostlar atıcılıq təlimləri keçsələr də, diqqətləri bu işdə cəmlənmədiyindən müvəffəq ola bilmirdilər. Mən diqqətimi bu iş üzərində toplamaqla atıcılıq məharətinə yiyələndim. Həbsdə olduğum zaman qırx günə türk dilini öyrəndim. Hətta şəri suallara türk dilində cavab verirdim. Tələbələrə tövsiyəm budur ki, ədəbiyyatı inqita ruhiyyəsində, diqqətlərini tam həmin iş üzərində toplamaqla oxusunlar. Bu zaman qısa müddətdə böyük nəticələr əldə etmək olur. İnqita halı əldə edəndə fasilə vermədən çalışmaq lazımdır. Arada fasilə vermək sobanı soyutmağa bənzəyir. Soba soyuduqdan sonra onu növbəti dəfə qızdırmaq çətindi-r.
Vay o tələbənin halına ki, müəllimin dəftərçəsində hazır-qaibə görə dərsə gedir. Dərsə yalnız dəvamiyyət xatirinə gedən tələbənin zəhmətləri havaya uçur.

Sual: Bu gün tələbə hansı problemlərlə üzbəüzdür?

Cavab: Təəssüf ki, bu gün yeni təhsil metodikası hövzədə problemlər yaradır. Hövzəni genişləndirmək istəyəndə universitet təcrübələrindən faydalandılar. Onlar universitetin üstün tərəflərini götürmək istəsələr də, dərsə davamiyyətə nəzarət, imtahan, qiymətlər xalis niyyətə mane oldu. Nəhayət, tələbələr elm və təqva üçün yox, təhsil şəhadətnaməsi üçün oxumağa başladılar. Şeyx Məhəmməd Əli deyirdi ki, biz hazır-qaib etsək də, bu samandır. Tələbə özü öz davamiyyətinə nəzarət etməlidir. Əsas məsələ tələbənin heykəlinin yox, qəlbinin dərsdə iştirakıdır. Müəllim tələbənin fiziki davamiyyətini qeydə alır. Amma fiziki baxımdan dərsdə olan tələbənin qəlbi dərsdə deyilsə, bunun faydası nədir?! Onun gözləri, qulaqları, vücudu dərsdə olsa da fikri, qəlbi, ruhu dərsdə deyil. Müəllim necə təyin edə bilər ki, tələbənin fikri dərsdədir, yoxsa yox? Bu gün videokonfransla dərs keçilir. Tələbə bir ölkədə oturub başqa bir ölkədən yayımlanan dərsi izləyir. Onun həmin dərs otağında olması zəruri sayılmır. Bəli, insanın fiziki baxımdan dərsdə olması zəruri deyil. Bəzən bir tələbə sinifdə olmasa belə sinifdə olan tələbələrdən müvəffəq olur. Məcazi hüzur fiziki hüzuru üstələyib. Bu gün insanlar dünyanın müxtəlif nöqtələrində əyləşib bir-biriləri ilə rabitə qururlar. Onlar fiziki baxımdan yox, məcazi baxımdan rabitədədirlər. Vay olsun o tələbənin halına ki, qeydiyyat xatirinə sinifə gəlir. Dərsə gəlir ki, ona qaib yazılmasın. Bu söz müəllim və qulluqçulara da aiddir. Bir çoxları işə getsə də işdə öz məsuliyyətini yerinə yetirmir. Onların heykəli işdədir, qəlbləri isə yox. Unutmamalıyıq ki, hafizəmizin, yaddaşımızın ixtiyarı niyyətimizdədir. Əgər mənim niyyətim qiymət almaqdırsa, qiymət alandan sonra əldə etdiyim biliklər unudulacaq. Əgər diploma görə oxuyuramsa diplom alandan sonra yiyələndiyim elm tədricən yaddan çıxacaq. Bu yaddaşsızlıq deyil. Birbaşa insanın niyyəti ilə bağlı olan problemdir. Bəziləri gileylənir ki, yaddaşımız zəifdir, öyrəndiklərimizi tez unuduruq. Belə insanların çoxu qiymətə xatir dərs oxuyub. Qiymət aldıqdan sonra artıq elmi əhəmiyyətli saymayırlar. Belə bir vəziyyətdə əldə olunan elmlərin unudulması təbiidir. İnsan bir dəfə qiymət aldığı dərsi bir müddət sonra yaddan çıxarır. Əgər ondan növbəti dəfə imtahan götürsələr təkrara ehtiyac yaranır. Əgər təkrar etməsə növbəti dəfə imtahan verə bilmir. Tələbə özü gözəl bilir ki, sinifdə olduğu vaxtda diqqəti dərsdə olub, yoxsa yox. Əgər diqqəti dərsdə olmayıbsa özünə qaib yazmalıdır. Tələbə özünü cəzalandıra da bilər. Özü ilə şərt kəsə bilər ki, diqqəti dərsdən yayınarsa məsələn min salavat çəkəcək.

Dərsdəki qiymətlərin də samanı və dəni olur. Bəziləri dərsi tutuquşu kimi öyrənir. Dərsin məzmununa fikir vermədən onu əzbərləyir və beş qiymət alırlar. Əslində qiymət tələbənin dərsi dərk etdiyini göstərmir. Onun aldığı qiymət saman kimidir. Tələbə özünə qiymət verərsə, bu qiymət buğda dəni ola bilər. Əgər bir dərsi yaxşı dərk etmədiyini görürsənsə, təkrar çalışmalısan. Bil ki, diplomun da samanı və buğda dəni olur. Bir şəxs yalnız diplom almaq üçün oxuyubsa bu samandan başqa bir şey deyil. Qeyd edim ki, imam rahilin diplomu yox idi. Amma böyük mütəxəssis idi.
Əsl diplom sənin dərk etməyindir. Tələbələrə tövsiyəm budur ki, buğda dəni sayılası diplom adrınca getsinlər. Sadəcə dərsi əzbərləyib təhsil haqqında şəhadətnamə almaq saman ardınca getmək kimidir.

Sual: Tələbələrə nə tövsiyə edərdiniz?

Cavab: İmam Xomeyni (r) əminliklə buyururdu ki, İslam mühüm mövqeləri fəth edəcək. Bu gün həmin mövqeləri yəhudilər ələ keçiriblər. Dörd mühüm möqve var: mədəniyyət, sərvət, qüdrət və bilik. Bu dörd səngər, mövqe hazırda yəhudilərin ixtiyarındadır. Humanitar elmlər dəqiq elmlər üçün təyinedicidir. Dəqiq elmlər humanitar elmlərin əlində müm kimidir. Humanitar elmlər son sözü deyir. Yəhudilər dünya təhsil sistemində humanitar sahəni nəzarət altına alıb. Bütün nəzəriyyələrin arxasında yəhudi təfəkkürü dayanıb. Sərvət baxımından əsas vasitə olan banklar kimin əlindədir? Xalqın əlində olan yalnız pulun adıdır. Pulun dəyəri isə banklarda toplanılıb. Sizin əlinizdə olan kağız pulun dəyərini təyin edən bankdır. Əgər bank çoxlu əskinaz çap edərsə sizin əlinizdəki pul da dəyərdən düşür. Bu gün dünya bankı yəhudilərin əlindədir. Amerika özü onların əlində vasitəyə çevrilib. İqtidardan danışdıq. Bu gün dünyada qərar çıxarmaq səlahiyyəti BMT-nin əlindədir. İki ölkə arasında problem yarananda bunu BMT həll etməlidir. Təhlükəsizlik Şurası deyilən şurada kimlər toplanıb? Son qərar çıxaran bu şura ya da istiqamət verən yəhudilərdir.

Qalır mədəniyyət. Bu gün dünya mədəniyyətini istiqamətləndirən Hollywooddur. Onlar incəsənət, kino vasitəsi ilə dünya ictimaiyyətinin əxlaqını formalaşdırırlar. Onlar öz ideologiyalarını bütün süzgəclərdən ötürüb bizim evlərimizə daxil edir, övladlarımızın zehninə yerləşdirirlər. Bununla belə İmam Xomeyni (r) əminliklə deyirdi ki, İslam bütün səngərləri, mövqeləri fəth edəcək. Yəni elə bir gün gələcək ki, veto huququ zalım dövlətlərin əlindən alınacaq. Bir gün İslam elmləri hazırkı humanitar elmlərin yerini tutacaq. İncəsənətdə, ədəbiyyatda təyinedici faktor həmin humanitar elmlərdir.

Əziz tələbələrlə son sözüm budur ki, özlərində inqita ruhiyyəsi yaratsınlar. Yalnız bu ruhiyyə ilə düşmənin əlində olan səngərləri fəth etmək mümkündür. Bir zaman qəflətdə olmasaydıq, həmin səngərlər əlimizdə idi. Əqidəmizə sədaqətimiz olmadığından bu vəziyyətə düşdük. Əgər iman əhli olsaydıq düşmən hiylələrinə aldanmazdıq. Əlimizdə olan Quran bütün suallarımıza cavab verir. Suallarınıza cavab tapın, inqita ruhiyyəsi ilə addım atın. Sonda qələbəyə çatacağınıza şübhə etməyin. Çox çalışmaq problemi həll etmir. Əsas məsələ çox çalışmaq yox, düzgün çalışmaqdır. İnqita halında atılan bütün addımlar səmərə verir.

Vilayet.nur-az.com