Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Əmirəlmöminin İmam Əlidən (ə) hikmətli kəlamlar

Hərislik quyusunu torpaqdan başqa heç nə doldurmaz
Şəxsin imanı andlarından məlum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.

Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar.