Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Əmirəlmöminin İmam Əlidən (ə) hikmətli kəlamlar

Hərislik quyusunu torpaqdan başqa heç nə doldurmaz
Şəxsin imanı andlarından məlum olar. Qardaş odur ki, çətinlikdə qardaşlıq etsin. İmkanı zahir etmək şükürün bir hissəsidir. Kişinin ədəbi onun qızılından üstündür.

Borcu ödəmək dindarlıqdan irəli gəlir (dindarlığın əlamətidir.) Öz qadın və övladına ədəb öyrətməklə onlara fayda ver. Pis insanlara yaxşılıq etməklə onların pisliklərinin qarşısını al. Bu dövrün qardaşları eyiblərin casusudurlar. İnsanların asayişi (insanların malından) ümidsiz olamaqdadır.

Çətinlikləri gizli saxlamaq kişilikdir. Ata-anaya yaxşılıq insanın əvvəlcədən özü üçün göndərdiyi yaxşılıqdır. Səbirdən sonra özünə qələbə müjdəsi ver. Malın bərəkəti zəkat verməklə artar. Öz dünyanı axirətə sat ki, xeyir götürəsən.

Möminin Allah qorxusundan ağlaması gözünün nurunu artırar. Xeyir işi tez yerinə yetir ki, arzuna çatasan. İnsanın qarnı onun düşmənidir. Cümə axşamı və şənbə günlərinin səhəri bərəkətdir.

Ömrün bərəkəti yaxşı işdədir. İnsanın bəlası dilinin altındadır. Ömrün qalan hissəsinin qiyməti yoxdur. Yaxşı işi minnət qoymaqla aradan aparma. Bəxşiş zamanı xoşüzlü olmaq ikinci bəxşişdir.

Allaha təvəkkül et sənə bəs edər. İşi təxirə salmaq bədbəxtlikdir. Ömrünün əvvəlində əldən verdiklərinin yerini ömrünün qalan hissəsində doldur. Namazda halsız və tənbəl olmaq imanın azlığından irəli gəlir. Süfrəyə çox əlin uzanması bərəkətdir.

Yaramaz işlərdən uzaq ol ki, möhtərəm olasan. Öz zirəklik və oyaqlığını günahın tərkində işlət. İnsanın təvazökarlığı onun kərəmindən irəli gəlir. Hərislik quyusunu torpaqdan başqa heç nə doldurmaz. Dində itki alimlərin ölümü ilədir.

Salamatlıq libası köhnəlməz. Hakimiyyətin davamlı olması ədalətə əsaslanır. Üzürxahlıq vasitəsilə yaxşılığı təkrarla (əgər yaxşılıq etdiyin kəsin ona layiq olmadığını bildirsən ona ikinci dəfə yaxşılıq etmiş olarsan). Axirət savabı dünya nemətlərindən üstündür. Canın davamı yeməklədir, ruhun davamı isə fəna ilə (yəni, bu dünyadan getməklə).

Kərəm əhlinə sitayiş etmək, onların ətalarının artmasına səbəb olar. Nə qədər varındır əliaçıqlıq et (əlbəttə, özün başqalarına möhtac olacaq qədər yox). İnsanın gözəlliyi onun həlimliyi ilə ölçülür. Kasıbın verdiyi az bəxşiş də çoxdur. Pis yoldaş şeytandır.

Batilin cövlan etməsi bir saatdır, haqq-ədalət dövləti isə qiyamətəcən. Sözün gözəlliyi onun qısa və müxtəsər olmasındadır. Yaxşı yoldaş qənimətdir. Kasıblarla yoldaşlıq et ki, hörmətin artıq olsun. O kəsin ki, ölüm (və yoxluq) yoxudur, böyük insandır.


1385 بازدید
در حال ارسال اطلاعات...