Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2013

Üç rəvayət

Şeytanın fəryadı 

İnsanların bəzi rəftarları şeytan üçün o qədər qorxuludur ki, o onları eşidəndə fəryad çəkərək narahat olar.
Bir gün şeytan Məscidül-həramda bir küncündə dayanmışdı. Həzrət Peyğəmbər (s) Kəbəni təvafa məşğul idi. O həzrət (s) təvafı qurtardıqdan sonra, İblisi zəif və rəngi qaçmış halda bir küncdə dayandığını görür.
Buyurdu: “Ey məlun! Sənə nə olub bu qədər zəifsən və rəngin qaçıb?”
Şeytan dedi: “Sənin ümmətinin əlindən cana gəlmişəm.”
Həzrət (s) buyurdu: “Məgər mənim ümmətin sənə nə edib?”
Şeytan dedi: “Ya Rəsulullah! Onlarda bir neçə yaxşı xislət var. Hər nə qədər çalışıram, o xasiyyətləri onlardan alım, amma bacarmıram.”
Buyurdu: “Səni onların hansı xasiyyətləri narahat edir?”
Dedi: “Birincisi odur ki, hər vaxt bir-birini görəndə salam verirlər və salam da Allahın adlarından biridir. Deməli, hər kəs salam versə, Allah-Taala onu hər bəla və çətinlikdən qoruyar. Hər kim də salamın cavabını verə, Allah-Taala Öz rəhmətini ona şamil edər.
İkincisi: Bir-birlərini görəndə əl görüşürlər. Əl görüşmək də çox savab işdir və əllərini ayırmamış Allah-Taala hər ikisinə mərhəmət edər.
Üçüncüsü: Yemək yeməyə başlayanda və hər hansı bir işi görmək istəyəndə Bismillah deyirlər. Məni o yeməyi yeməkdən və o məclisdə iştirak etməkdən məhrum edirlər.
Dördürncü: Hər vaxt danışanda İnşaallah deyirlər və Allahın ədalətinə razı olurlar. Mən də onların işini poza bilmirəm və mənim ağrı və mərhəmətimi xarab edirlər.
Beşinci: Sübdən axşama kimi çalışıram onları günaha tərəf çəkim. Amma axşam olan kimi tövbə edirlər və mənim bütün zəhmətlərimi hədərə verirlər. Beləliklə, Allah-Taala da onların günahlarını bağışlayır.
Altıncı: Bunların hamısından mühümü budur ki, sənin adını eşidən kimi yüksək səslə salavat deyirlər. Salavatın nə qədər savab əməl olduğunu mən yaxşı bilirəm və narahat halda oradan qaçıb gedirəm. Savabı görməyə taqətim yoxdur.
Yeddinci: Onlar hər vaxt sənin Əhli-beytini görəndə, onlara məhəbbət göstərirlər və bu ən yaxşı əməldir...”
Sonra həzrət (s) üzünü səhabələrinə tutub buyurdu: “Hər kimdə bu xislətlərdən biri olsa behişt əhli olar.”

Ərşdə olan ad

Bir gün bir kişi İmam Əlinin (ə) hüzuruna gəlib ərz edir: Ya Əli! Sizə Əmirəlmöminin deyirlər, kim sizi Əmirəlmöminin təyin edib?

Həzrət imam Əli (ə) buyurdu: “Allah-Taala məni əmirəlmöminin təyin edib.”

O şəxs həzrət Peyğəmbərin (s) hüzurana gedib ərz etdi: Ya Rəsulullah! Doğurdanmı Əli düz deyir ki, onu Allah-Taala əmirəlmöminin təyin edib?

Həzrət Peyğəmbər (s) buyurdu: Tamamilə doğrudur, Uca Allah Əlini yaratdıqlarına əmir təyin edib. Allah-Taala ərşdə mələkləri şahid gətirərək Əlini (ə) Allahın xəlifəsi, höccəti və müsəlmanların imamı təyin edib. Ona itaət etmək, Allaha itaət etmək, ona itaətsizlik də Allaha itaətsizlik deməkdir. Hər kim onu tanımasa, bizi tanımayıb və hər kim onu tanısa, bizi tanımış olur. Hər kim onun imamətini inkar etsə, peyğəmbərliyi və məni inkar etmiş olur. Hər kim onun əmirliyini in