Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

27 rəcəb - 16 may Məbəs bayramıdır

Allah-taala öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə məbus etməklə bəndələrinin təkamülünü istəmişdir
Hicrətdən 13 il öncə, rəcəb ayının 27-də, mübarək bir gündə Allah bəşərəiyyətə mərhəmət olan Həzrət Məhəmməd ibn Abdullahı (s) peyğəmbərlik məqamına ucaltdı. Həmin gün İslam tarixinə Məbəs günü kimi düşdü. Həmin gün bəşəriyyətin həyatında üstəsna dönüş baş vermişdir. Tarix qiyamətöncəsi son mərhələsinə – besət dövrünə qədəm qoymuşdur. Allah-taala öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə məbus etməklə bəndələrinin təkamülünü istəmişdir. «Allah-taala məni üstün əxlaqları tamamlamaq üçün göndərmişdir» - əziz Peyğəmbərimiz (s) öz mübarək missiyasını bizlərə belə çatdırır. Böyük İslam Peyğəmbəri (s) insanları xülyalar ardınca yox, kamillik hədəfinə doğru hərəkətə dəvət etmişdir. Həzrət (s) buyurur: «Ey Allahın bəndələri! Sizlər xəstə, bütün aləmlərin Rəbbi isə həkim kimidir. Xəstənin faydası öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdədir. Büna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun». Əziz müsəlmanlar, dünyanın ədalətsevər insanları! Mübarək Məbəs bayramı münasibətilə hamınızı ürəkdən təbrik edir, təkamül yolunda hər birinizə ilahi tövfiq diləyirik!


1160 بازدید
در حال ارسال اطلاعات...