Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2013

Doğru yol axtaranlara

Günah haqda hətta fikirləşmə

Bir gün həvarilər İsanın (ə) hüzuruna gəlib ərz etdilər: Ey müəllim! Bizi öz nəsihətlərindən bəhrələndir.

Həzrət İsa (ə) buyurdu: “Allahın peyğəmbəri Musa (ə) öz səhabələrinə buyurdu: Yalandan and içməyin. Yenə də deyirəm - istər yalan olsun, istərsə də düz, and içməyin.”

Onlar ərz etdilər: Bir az da bizi nəsihət et.

Həzrət İsa (ə) buyurdu: Musa (ə) öz səhabələrinə buyurub: “Zina etməyin, hətta zina haqda fikirləşməyin. Sonra zina haqda fikirləşməyi bu misalla aydınlaşdırdı: “Bir nəfər evinin divarlarını rənglədikdən sonra orada od qalayır. O odun tüstüsü rənglənmiş divarı necə qaraltıdığ kimi, zina haqda fikirləşmək də insanın mənəvi gözəlliyini qaraldır. Baxmayaraq ki, tüstü divarı yandırmır. Zina haqda fikirləşmək həmin tüstü kimidir k