Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2015

Laçınsız 23 il...

Laçın rayonunun təbii sərvətləri 23 ildir ki, ermənilər tərəfindən talanır
Laçın rayonunun işğalından 23 il keçir.

1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etmişdir.

İşğal altında qalmış rayonun təbii sərvətləri 23 ildir ki, ermənilər tərəfindən talan edilir. Təbii sərvətlərlə zəngin olan ərazidə Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.

Rayonda ümumi ehtiyatları 1124 ton olan civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş ə