Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

Gözdəyməyə qarşı nə edim? (16)

Gözdəymə düşüncə ilə bağlı daxili qüvvələrdən qaynaqlanır, göz sadəcə bir vasitədir
Qeyd edək ki, insanlar Esfəndin kökünü, budağını, yarpağını və dənəsini evdə saxlayır, divardan asırlar. Digər tərəfdən Esfənd tüstüsündən alınan nəticə də düşündürücüdür. İnsanlar bununla psixoloji gərginlikdən, baş ağrılarından qurtulurlar. Bu rəcrübədə sübuta yetib. Nəticə bu olur ki, Esfəndin kifayət qədər faydaları var və müxtəlif şəkillərdə istifadə oluna bilər. Qəm-qüssəni aradan qaldırmaq, sehri zərərsizləşdirmək üçün də Esfənd yandırmaq təsirli sayılır. Əlbəttə ki, dualar daha təsirlidir. İstənilən sahədə, istənilən növ xürafat təhlükəli və dağıdıcıdır. Amma biz fəlsəfəsini bilmədiyimiz hər hadisəni xürafat adlandıra bilmərik. Biz xürafatla gerçəklik arasında dəlillərimizin olmaması əsası ilə sərhəd qoya bilmərik. Hadisəni əvvəlcə tam şəkildə örgənmək, yalnız bundan sonra dəlillər əsasında xürafat adlandırmaq olar. Təbii ki, Esfənd yandırmaqda da xürafat əlamətləri ola bilər. Amma prinsipcə bu işi xürafat saymaq düzgün deyil. Xurafatın müxtəlif məqsədləri ola bilər. Məsələn Əbu Hüreyrənin Məkkədə soğan yemək barədə rəvayəti böyük qazanca hesablanmış bir rəvayət idi. Amma çox ucuz qiyməti olan Esfəndin yandırılmasında hansısa iqtisadi maraqların gizlənməsini iddia etmək məntiqi deyil. 

Ud yandırmağın xüsusiyyətləri
Ud adətən Hindistanda istehsal olunur. Dünyada Hindistan udu məhşurdur. Ud ətirli çubuqlardan, ağac qabıqlarından, otlardan, toxumlardan, kötüklərdən hazırlanır. Ud da Esfənd kimi neçə min illərdir istifadə olunur. Uddan həm də havanı ətirləndirmək üçün istifadə olunur. Təbii ki, Ud tüstüsünün pislikləri uzaqlaşdırdığına da etiqad var. Xalis ud toz və ya yağ şəkilində alıcılara çatdırılır. Müsəlmanlar arasında da uddan istifadə edən var. Ərəb ölkələrində əsil udun qiyməti yüksəkdir. Beləcə, ud ətirli bir maddə olaraq insan beyninə müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır. Udun mənfi enerjini uzaqlaşdırmasına da inananlar var. Botaniklər, təbiətşünaslar udun müsbət təsirlərini təsdiqləyirlər. Sünnə mənbələrində həzrət Peyğəmbərdən (ə) Hind udunun xüsusiyyətləri barədə hədis nəql olunur. Ümmi Qeys deyir: “Övladlarımdan birinin boğazağrısı var idi. Peyğəmbərin hüzuruna getdim. Buyurdu ki, hind Udundan istifadə edin, bu çubuqda yeddi müalicəvi təsir var…”

Duzun bədnəzərə təsiri
Hazırda mənfi enerjilərin, bu qəbil bəlaların qarşısını almaq üçün araşdırmalar aparılır və biliklər artır. İnsnalar evdə və işdə aram mühit yaratmaq üçün rənglərdən, bitkilərdən istifadə edirlər. Bunlardan biri də insanın yaşadığı mühitdə duz saxlamasıdır. Dini mənbələrdə bu barədə məlumatla rastlaşmırıq. Amma İslam tibbində duzun xüsusi yeri var. Düz qoruyucu təsirə malikdir, qidanın xarab olmasının qarşısını alır. Qida duzlandıqda zərərli həşəratlar da ondan uzaq olur. Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurur: “Ya Əli (ə) yeməyə düzla başla, yeməyi duzla başa çatdır. Hər kim bu işi görsə 72 bəladan amanda qalar və o bəlalardan biri divanəlikdir. (“Biharul-Ənvar”, c. 63, s. 395)
İmam Sadiq (ə) buyurur: “Əgər insanlar duzun təsirini bilsəydilər xəstələrini yalnız duzla müalicə edərdilər.” (Həmin mənbə)
Belə bir qənaətə gəlirik ki, duzun xalq arasında geniş yayılmasının bir səbəbi onun müalicəvi təsiridir. Müasir elmi araşdırmalar təsdiqləyir ki, evdə duz daşı saxlamaq mənfi enerjiyə mane olur. Müasir tibb uzun illər duza qarşı olub. Amma son vaxtlar duz haqqında deyirlər ki, duz dostluğu sübuta yetmiş düşməndir.

Tapıntılar və təcrübələrin nəticələri
Dini mənbələr və təcrübələrdən bir sıra nəticələr əldə olunub. Müxtəlif xalqlar arasında təcrübədə sübuta yetmiş həqiqətlər var.
1.Gözdəymə həqiqətdir;
2.Başqalarının bəd nəzəri bizə qeybi şəkildə şüalanır;
3.Başqaları da bizim mənfi baxışlarımızdan təsirlənir;
4.Bəd nəzərin səbəbi təkcə paxıllıq və düşmənçilik deyil;
5.Mənfi enerjili baxışın yaranma səbəblərindən biri təəccüb, yaxınların sevgisi ola bilər;
6.İnsanlardan əlavə cinlərin də mənfi enerjisindən təsirlənirik;
7.Gözü dəyən insanı pis niyyətinə görə ittiham etmək olmaz. Bu ədavət yaradır.
8.Biz bütün uğursuzluqlarımızı gözdəymənin ayağına yaza bilmərik. Bir çoxları işdə təlaş göstərmir, tənbəllik edir və bunu gözdəymə ilə əlaqələndirir.
9.Gözdəymənin təsiri baxışın bir nöqtəyə yönəlməsi ilə əlaqəlidir;
10.Gözdəymə düşüncə ilə bağlı daxili qüvvələrdən qaynaqlanır, göz sadəcə bir vasitədir.

Bilirdinizmi ki, göz yaşı şordur?
Qeyd etməliyik ki, gözün şorluğu ilahi ədalətlə zidd deyil. Varlıq aləmində bütün hadisələrin hikməti var. Allah insanlara enerji verib. Bu enerji mənfi yolda sərf olunursa diyə bilmərik ki, insanların gücü Allahın ədalətinə ziddir.


1884 بازدید