Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

İmam Hüseyn (ə) buyurur

“Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”

İmam Hüseyn (ə) buyurur: “Bəzi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”

İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”

İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”

İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”

İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”

İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”

İmam Hüseyn (ə) buyurur: “Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”


1357 بازدید
در حال ارسال اطلاعات...