Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

ABŞ dünyanın edam paytaxtıdır

Amerika yeganə ölkədir ki, yetkinlik yaşına çatmayanları əbədi həbsə məhkum edir!..
Amerikada 1973-cü ildən bu günə qədər 150 nəfər səhvən edam edilib. Bu şəxslər edam edildikdən sonra məlum olub ki, onlar günahsız imiş.

Amerikada edam statistikası hansı vəziyyətdədir? Edam dedikdə təkcə məhkəmə hökmü ilə ölüm cəzası nəzərdə tutulmur. Bu eyni zamanda qanunun icrası zamanı qətlə yetirilən şəxslərə aiddir. Beləcə, Amerikada hər 28 saatda bir qaradərili vətəndaş polis tərəfindən qətlə yetirilir. Bu ölüm heç bir məhkəmə hökmü olmadan həyata keçir. 1999-cu ildən bu günə qədər Amerika polis təcridxanalarında min nəfərə yaxın vətəndaş həyatını itirib. Məşriq İnformasiya Agentliyi xəbər verir ki, BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhid İrandan ölüm hökmünün ləğv olunmasını istəyib. Məruzəçinin sözünə görə, İranda ölüm hökmləri artıb və bunun qarşısı alınmalıdır. Hesabatda bu da yer alıb ki, İranda edam hökmlərinin əksəri narkotik maddələrin qaçaqmalçılığı, ya da qətllə bağlıdır. Bu tələb bir İslam ölkəsində şəriət qanunlarının icrasını dayandırmaq tələbidir. Dorğudanmı beynəlxalq təşkilatları İranda edamların sayının artması narahat edir? Yoxsa bu İran İslam Respublikasına qarşı növbəti təxribatdır?
Mövzunu aydınlaşdırmaq üçün əvvəlcə dünyada hansı ölkələrdə edamın daha çox olduğunu öyrənməliyik. Bu gün Amerika ilə bağlı statistikalardan biri də edam statistikasıdır. Amerikada edam və qətllərin sayının çoxluğu kimsəyə sirr deyil. Hər bir ölkədə edam hökmü ölkə qanunvericiliyinə əsaslanır. Kimi bu işdə dini hökmlərə istinad edir, kimi də ağıl və təcrübə əsasında parlamentdə qəbul olunmuş qanunlara. Edam hökmü insan həyatına son qoyulması ilə bağlı olduğundan bugünkü dünyamızda ən mübahisəli mövzuya çevrilib. Bu günə qədər insan haqlarının müdafiə təşkilatlarında edam qədər müzakirəyə çıxan mövzu olmayıb. Edam hökmü bəşər tarixində ilk cəza hökmlərindəndir. Hansı ki, edam hökmü qınandığı bir zamanda müasir dövrümüzdə biz qətliamlara şahid oluruq. Bu qətliamlar beynəlxalq təşkilatlar tərəfindən qınanmadıqda belə bir şübhə yaranır ki, edam hökmlərinə qarşı məruzələr siyasi xarakter daşıyır. Bəzi ölkələrdə edam hökmünü zəruri edən hakimiyyətin cəmiyyətdə ədaləti bərpa etmək məqsədidir. İran bu qrup ölkələrdən sayılır. Ölüm hökmünə qarşı çıxanlar isə bəzən hərbi cinayətlər müqabilində də edam hökmünü yolverilməz hesab edirlər.
Edam hadisəsinin tarixi, köklərini araşdırdıqda aydın olur ki, Qərb həmişə İranda edamı bu ölkəyə qarşı siyasi təzyiq vasitəsinə çevirir. Hansı ki Qərb ölkələrinin özündə daha qəddar şəkildə edam hökmləri icra olunur. İranda edam hökmü adətən iki yolla icra olunub. Edama məhkum olunmuş şəxs ya dardan asılıb, ya da ağır cinsi cinayətə yol verdikdə daşqalaq edilib. Daşqalaq hökmü arxasında cəmiyyətin ibrət götürməsi məqsədi dayanıb. Ümumiyyətlə, İslamda cəza hökmlərinin əsas fəlsəfəsi bu cəzanı müşahidə edən cəmiyyətin doğru yola qayıdışıdır.
Orta əsrlər avropasında cadugərləri odda yandırmaqla cəzalandırırdılar. Eləcə də kilsə öz müxaliflərini cəzalandırarkən bu üsuldan istifadə edirdi. 18-ci əsrə qədər qərbdə insanların odda yandırılması cəzası mövcud olub. Almaniya, Fransa, Hollandiya, Britaniyada bəzən insanları diri-diri basdırmaqla cəzalandırırdılar. İtaliyada diri-diri basdırmanın qəribə üsulu da var. Onlar quyu şəklində qazılmış yerə məhkumu başı aşağı salır, ayaqlarını çöldə saxlayırdılar. Sonra bu quyu torpaqla doldurulur və məhkumun ayaqları torpaqdan çöldə qalırdı. Avropa ölkələrində edam hökmünün yerinə yetirilməsi üçün qurğular da yaradılıb. Onlardan ən məşhuru gilyotindir. Fransa inqilabı zamanında gilyotindən çox istifadə olunub. 1981-ci ilə qədər bu üsulla edam hökmü yerinə yetirilib. Gilyotin boyunu vurmaq üçün istifadə olunan bir qurğudur. İtaliya, Almaniya, Britaniyada gilyotinin müxtəlif növləri olub. Bu qurğunun adı fransalı həkim Cozef Gilyotinin (Jozef İ Gilyoten) adından götürülüb. Amma ilk modern gilyotini almaniyalı piyano ustası Tobyas Şmid (Tobias Schmidt) 1792-ci ildə düzəldib. Avropa ölkələrində ən məşhur edam qurğusu gilyotin, ən məşhur edam üsulu gilyotinlə edam olub. Qurğunu heyvanlar üzərində sınaqdan keçiriblər. Sonra ölü cəsədlər üzərində təcrübə aparılıb. İxtiraçı zəhmət haqqı olaraq o dövr üçün böyük pul olan 960 luvr alıb.
Britaniyada ən vəhşi edam üsullarından biri çarmıxa çəkmək, cəsədi dörd yerə bölmək olub. İlk dəfə 3-cü Henrinin vaxtında bu üsuldan istifadə olunub. 1351-ci ildə Britaniyada edam cəzasına məhkum ediləni dörd yerə bölmək qanunda yer alıb. 1870-ci ilə qədər qanun qüvvədə qalıb. Ölkəyə xəyanətdə ittiham edilənlər və bu kimi ağır cinayətlərə görə insanlar həmin hökmə məhkum edilib. Çarmıx üsulu da məşhur edam üsuludur. Bu cəzaya məhkum ediləni bir ağaca bağlayıb atla sürüyərək edam meydanına gətiriblər və orada ölənə qədər asılı vəziyyətdə saxlayıblar. Sonra onu axtalayıb, qarnını yırtıb, başını kəsiblər, bədənini dörd hissəyə bölürlər. Onun parçalanmış bədənini məşhur London körpüsü üzərində nümayiş üçün asmaq bir ənənə şəklini alıb. Məşhur Britaniya siyasətçisi Tomas Armstronq asılmaq, bölünmək cəzasına məhkum edilib.
Başqa ölkələri amansız edama görə ittiham edən Amerika bu sahədə daha böyük qəddarlıqlar göstərib. Amerikanın müxtəlif ştatlarında müxtəlif edam cəzaları var. Bununla belə edam hökmü siyasiləşdirilir, Amerika və qərb ölkələrində baş verən edam hökmlərinə göz yumulur. Beynəlxalq Aministiya Təşkilatının 2013-ci il hesabatına görə İran 369 edamla Çin və Şimali Koreyadan sonra dünyada üçüncü yeri tutub. Bu siyahıdə Amerika 39 edamla altıncı yerdədir. Əgər Amerikanın rəsmi statistikasına müraciət etsək görərik ki, 2013-ci ilin oktyabr ayında 3088 nəfər haqqında edam hökmü çıxarılıb. Bu ölkədə hər 28 saatda bir qaradərili vətəndaş polis tərəfindən qətlə yetirilir. Amerikada edamla bağlı daha düzgün statistika əldə etmək üçün son fakta, 28 saatda bir qaradərilinin öldürülməsi faktına diqqət yetirilməlidir. Bu qətllər məhkəməsiz icra olunur. 2002-ci ildən hazırkı dövrə qədər İraq və Əfqanistanda öldürülənləri də əlavə etsək siyahıya daha yüz nəfər artırılmalıdır. Rəqəm Amerika daxilində böyükdür. Amerika tarixi işgəncələrlə yoğrulub. Amerika polisi cinayətlə mübarizə əvəzinə dövlətin təhlükəli saydığı zümrəyə nəzarəti öz üzərinə götürüb. Bu günə qədər beş yüz qaradərili və asiyalının polis tərəfindən qətlə yetirilməsinə baxmayaraq heç bir polis ittiham edilməyib. Hansı ki 1999-cu ildən bu günə qədər polis min nəfəri qətlə yetirib. Həbsxanalarda beş yüzə yaxın qaradərili və asiyalının qətlə yetirilməsi faktı göstərir ki, Amerika bu sahədə birinci yerdə olmasa belə olduqca ağır durumdadır. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, böyük səkkizlik arasında edam hökmünün icra olunduğu yeganə ölkə Amerikadır. İyirmilik arasında Çin və Ərəbistanla yanaşı edam hökmünü davam etdirən Amerika olub. Amerika Belarusiya ilə yanaşı BMT-nin Təhlükəsizlik Şurasının 56 üzvü arasında ölüm hökmü icra edən ölkədir. Amerika dünyada yeganə ölkədir ki, yetkinlik yaşına çatmayanları əbədi həbsə məhkum edir. Hazırda 73 nəfər 14 yaşından aşağı yeniyetmə Amerikada əbədi həbs cəzası çəkir. Amerika 2006-cı ildə BMT-nin yetkinlik yaşına çatmayanların əbədi həbsə məhkumun edilməsinə qadağa qoyan qətnaməsinə qarşı çıxan yeganə ölkədir. Ağ ev 185 ölkə qarşısında dayanıb öz iddiasını irəli sürdü. Amerikada əbədi həbs ölüm hökmünün əvəzi üçün deyil. Edam hökmü mövcuddur və onu müxtəlif modern şəkillərdə həyata keçirirlər. Elektrik stulu vasitəsi ilə ölüm Amerikanın ixtirasıdır. Edama məhkum olunmuş məhbus elektrik stulunda əyləşdirilir və ona yüksək cərəyan verilir. Xüsusi elektrod cərəyanı məhbusun bədənindən ötürür. Bunu Thomas Edison kəşf edib. Bu edam forması əvvəllər yalnız Amerikada olub, qısa bir müddət Filippində icra edilib. Filippin Amerikanın işğalı altında olduğu zaman bu hökm icra olunub. Elektrik stulunda edam hökmünün icrası hələ də bəzi ştatlarda davam edir. Elektrik cərəyanının ilk təsiri ani huşsuzluq və beyin ölümüdür. Sonra cərəyan bütün bədəni iflic edir. Elektrik cərəyanı ilə ölümdə ölümə əsas səbəb ürəyin ağır yüklənməsi olur.
Elektrik stulu qədər işkəncəli ölüm aləti olan qaz kameraları Amerikada məşhurdur. Edam hökmünün icrası üçün insanları qaz kamerasına salırlar, zəhərli qazlarla boğurlar. Qaz kameraları Amerikada 1920-ci ildə yaradılıb. Yalnız 1976-cı ildə Arizona, California, Maryland və Missouri ştatlarında 11 nəfər qaz kamerasında edam olunub. Məhkumlara hətta seçim imkanı verilir. Onlar hava ampulu və ya qaz kamerasını seçə bilərlər. Rəsmi olaraq qaz kamerasında ölüm hökmünə məhkum olunan şəxs Ci Çan adlı bir amerikalı olub. Hadisə 1924-cü ildə baş verib. Qaz kamerasında edam olunan son şəxs isə Valter Laqranddır. O 1999-cü ildə edam edilib. Nasist Almaniyasında da irqə ayrıseçilik zəminində qaz kameralarından istifadə olunub. Fiziki çatışmazlığı olan insanlar 1930-cu illərdə bu kameralarda qətlə yetirilirdi. Almanlar yəhudiləri və homoseksualları da qaz kameralarında qətlə yetiriblər. Ağır edamlardan biri də öldürücü ampuladan istifadə etməkdir. Bu ampula vasitəsi ilə ölüm bir saata qədər uzanır. Deyirlər ki, Amerikada ən bəyənilən edam zəhərli ampulla ölümdür. Bu gün Amerikanın otuz yeddi ştatında edam bu yolla icra olunur. Doqquz ştatda elektrik stolu, qaz kamerası və dar ağacından istifadə edilir. Ən müasir edam üsulu zəhərli ampula sayılır. Bu edamla bağlı uzun-uzadı müzakirələr var. Tərkibi tiopental natrium olan bu ampulla bağlı fikirlər fərqlidir. Bu ampulun insanı əvvəlcə bihuş etdiyi, sonra iflic halına gətirdiyi söylənilir. Növbəti mərhələdə məhkumun ürəyini dayandırmaq