Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

23 may həzrət Əbülfəzlin (ə) mövlud günüdür

O həzrət 14 il atası İmam Əlinin (ə) kənarında yaşadı və bu fürsətdə atanın sonsuz elmindən, hikmət və mənəviyyatından bəhrələndi
Həzrət Fatimənin (sə) vəfatından çox sonra Həzrət Əli Bəni-kəlab tayfasından Fatimə adlı bir qadınla həyat qurdu və bu əziz xanım sonralar Ümmülbənin adlandırılırdı. Əli (ə) və Ümmülbənindən şücaətdə misli görünməmiş Həzrət Abbas dünyaya gəldi. Abbasın tərbiyyə aldığı ev ilahi eşq ocağı idi. Bu ev möhtacların və kimsəsizlərin ümid yeri idi. O, atasından öyrəndi ki, insanın həyatı Allah yolunda keçəndə dəyərli olur. Həzrət Abbas çoxlu fəzilətlərinə xatır "Əbülfəzl", yəni fəzilət atası və sahibi ləqəbini qazanmışdı. Həzrət Əbəlfəzl mehriban və səmimi olmaqla yanaşı, cazibəli və gözəl bir insan idi. Bu s