Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2015

Peyğəmbərin (s) şərə qarşı duası...

Bu adların oxunduğu dəmir Allahın izni ilə əriyər. And olsun məni haqq olaraq elçi göndərən Allaha!
Tibbur-Rəsul (Peyğəmbər təbabəti)

Xəstəliyin dörd təsiri...
Həzrət Peyğəmbər (s) buyurur: Xəstə öz xəstəliyindən dörd səmərə görər: Üzərindən vəzifə götürülər, Allah mələklərə əmr edər ki, sağlamlıq vaxtı etdiyi işləri yazsınlar, günaha yol verib xəstələnmiş əzanın günahları silinər, xəstə ölsə bağışlanar, sağ qalsa günahları pozular.

Saçlara qulluq...
“Məkarimul-Əxlaq” kitabında yazılır ki, həzrət Peyğəmbər (s) güzgüyə baxıb saçını darayar, güzgü olmayanda suya baxıb bu işi görərdi. O təkcə ailəsi yox, səhabələri üçün də zinətlənərdi. Həzrət (s) buyurur: Allah istəyir ki, onun bəndəsi din qardaşı ilə görüş üçün evdən çıxanda zinətlənsin.
Nəql olunur ki, həzrət Peyğəmbər (s) saçını və saqqalını sidrlə yuyardı. Həzrət Əli (ə) buyurur: Peyğəmbər (s) daim saçını darayar, su ilə onu səliqəyə salardı. Buyurardı ki, saçı ətirləndirmək üçün su bəs edər.

Yatan zaman sürmə...
İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) yatan zaman gözlərinə sürmə (sürmeyi-səng) çəkirdi. Yatmazdan öncə dörd dəfə sağ, üç dəfə sol gözünə sürmə vurardı. Başqa bir hədisdə deyilir ki, Peyğəmbərin (s) xüsusi sürmə qabı var idi. Hər gecə gözünə bu sürmədən vurardı. “Sunənun-Nəbiyy” kitabının müəllifi yazır ki, Peyğəmbərin (s) gözünə neçə dəfə sürmə çəkməsi barədə fərqli xəbərlər var. Buna görə də bu işin sayı yox, özü sünnə sayılmalıdır.

Belağrıya qarşı...
İmam Sadiq (ə) buyurur: Peyğəmbər bel ağrısından əziyyət çəkdiyi zaman Allah ona göstəriş verdi ki, buğda ilə əti bişirib yesin.

Xoş qoxu...
İmam Sadiq (ə) buyurur: Peyğəmbərin (s) müşk qabı vardı. Hər dəstəmazdan sonra ətirlənirdi. Evdən çıxanda keçədən xoş ətir qoxusu gəlirdi. Ona ətir təklif edəndə qəbul edər və buyurardı: Qoxusu gözəl özü yüngüldür. (Gəzdirmək asandır) Ətirlənmək üçün üzrü olanda təkcə barmağının başına ətir vurardı.
Peyğəmbərin (s) ən çox sevdiyi ətir müşk idi. İmam Sadiq (ə) buyurur ki, Peyğəmbər (s) təamdan çox ətirə pul verirdi.

Necə yemək?
İmam Sadiq (ə) buyurur: Allah cəddimi Peyğəmbər (s) seçdiyi gündən o Həzrət (s) ömrünün sonuna qədər söykənmiş vəziyyətdə yemək yemədi. Həmişə qul kimi oturar, qul kimi yeyərdi. Bununla Allah qarşısında təvazösünü bildirərdi.
Həzrət (s) yemək zamanı namazdakı kimi iki dizi üstə oturardı. Deyərdi ki, mən bəndəyəm, bəndə kimi otururb, bəndə kimi yeyirəm. Həzrət Əli (ə) buyurur: Həzrət Peyğəmbər (s) süfrə kənarında qullar kimi əyləşərdi. Sol ayağına ağırlıq salardı... İmam Sadiq (ə) buyur: Allahın rəsulu qullar kimi əyləşərdi, əlini yerə qoyardı, üç barmağı ilə yeyərdi. O təkəbbürlü hakimlər kimi iki barmağı ilə tikə gətürməzdi. Nəql olunur ki, Peyğəmbər (s) nar yeyəndə onu tam şəkildə yeyər və bunu tövsiyə edərdi. İmam Sadiq (ə) buyurur: Peyğəmbər (s) başqaları ilə süfrəyə əyləşəndə onların rahat yeməsi üçün süfrəyə əlini birinci uzadar, süfrədən əlini sonda çəkərdi.

Neysan suyu...
Seyid ibn Tavus deyir: “Zadul-Abidin” kitabında rəvayətçi nəql edir ki, atam Əbülfütuh (r) vasitə ilə Abdullah ibn Ömərdən nəql edir: Biz əyləşmişdik, Peyğəmbər (s) oraya gəldi. Salam verdi. Biz də salamına cavab verdik. Buyurdu ki, sizə elə bir şey tanıtdırım ki, dava-dərmana ehtiyacınız qalmasın. Rum təqvimi ilə Neysan ayında yağış suyunu yığın, ona yetmiş dəfə “Həmd”, “Ayətəl-Kürsi”, “Tövhid”, “Fələq”, “Nas”, “Kafirun”, “Qədr”, “Əllahu-Əkbər”, “La ilahə milləllah”, “salavat” oxuyun, Həmin suyu yeddi gün gecə və gündüz için.

İnsan və cinin şərinə qarşı...
İnsan və cinin şərindən amanda qalmaq üçün bu duanı oxuyun: “Bismillahir-Rəhmanır-Rəhim, La ilahə illəllahu ələyhi təvəkkəltu və huvə rəbbul-ərşil-əzim. Maşaəllahu kanə və ma ləm yəşa ləm yəkun əşhədu innəlahə əla kulli şəyin qədir və innəllahə qəd əhatə bikulli şəyin ilma. Əllahummə inni əuzu bikə min şərri nəfsi və min şərri kulli dabbətin əntə axizun binasiyətiha innə rəbbi əla siratin mustəqim” (Bağışlayan və mehriban Allahın adı ilə. Allahdan başqa məbud yoxdur. Ona təvəkkül etmişəm Odur uca ərşin Rəbbi. Allahın istədiyi olacaq, onun istəmədiyi olmayacaq. Şəhadət verirəm ki, Allah hər şeyə qadirdir. Elmi hər şeyi əhatə edir. Pərvərdigara! Həqiqətən öz nəfsimin və hər canlının şərindən Sənə sığınıram. Həqiqətən Allahın yolu doğru yoldur).

Peyğəmbərin (s) dua-zirehi
Rəvayətlərdə nəql olunur ki, həzrət Amənə Peyğəmbərə (s) hamilə olduğunu bildiyi zaman ona yuxuda deyilmişdi: “Sən insanların ən üstününə hamilə olmusan. Onun adını Tövratdakı kimi Əhməd qoy və bu yazını onun ütündə gəzdir. Amənə yuxudan ayılanda yanında üstü yazılı bir parça gördü. Dəri üzərində yazılmışdı: “Bismillahi əstərikə Rəbbəkə və əuzikə bilvahidi min şərrə kulli hasidin qaimin əv qaidin və kulli xəlqin zaidin fi turuqil-məvaridil-ətəzurruhu fi yəqzətin vəla mənamin və la fi zənin və la fi muqamin səcisəl ləyali və əvaxirəl-əyami yədullahi fəvqə əydihim və hicabullahi fəvqi aditihim” (Allahın adı ilə Rəbbini sənə sipər və mühafiz seçirəm. Bütün həsəd aparanların ayaq üstə və oturaq vəziyyətdə şərindən, bütün ovçuların tələsindən sən pənah aparıram. Oyaq vəziyyətdə, yatdığı zaman, gecə və gündüz Allahın əli onun üzərindədir...)

Çətinlik zamanı Peyğəmbərin (s) dua-zirehi...
Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurdu: Ya Əli! Bir əmr ya hadisə səbəbindən ölüm sorağına gəlsə, ya çətinliyə düşsən bu duanı oxu: Allahumə inni əsəlukə bihəqq muhəmmədin və li muhəmmd ən tusəlli əla muhəmmədin və ali muhəmməd və ən tuncini min hazəl-ğəmm.”

Peyğəmbərin (s) şərə qarşı duası...
Həzrət Peyğəmbər (s) buyurur: Kim Allahı bu adlarla çağırsa duası qəbul olar. Bu adların oxunduğu dəmir Allahın izni ilə əriyər. And olsun məni haqq olaraq elçi göndərən Allaha! Kimə aclıq və susuzluq üz versə, bu şəxs Allahı həmin adlarla çağırsa aclığı və susuzluğu yatar. And olsun Məni haqq olara peyğəmbər göndərənə! Bir kəs çatmaq istədiyi məqsədə aparan yolu dağ kəsən zaman bu adları oxusa dağlar ovular, yol açılar. And olsun məni haqq-ədalət olaraq peyğəmbər göndərənə! Kim bu duanı ağılını itirənə oxusa dəlilikdən qurtarar. Bu duanı doğuşu çətin olan qadına oxusalar doğuşu asanlaşar. Bir şəhər yansa və evi odla əhatələnmiş şəxs bu duanı oxusa evi oddan qorunar. Kimm bu duanı qırx cümə axşamı oxusa nə qədər böyük günahı olsa bağışlanar. And olsun məni haqq olaraq göndərənə! Kim pərişan ikən bu duanı oxusa Allah onun dünya və axirət qəmlərini dağıdar. And olsun məni haqq olaraq peyğəmbər seçənə! Kim bu duanı zalım padşahın hüzuruna daxil olmazdan qabaq oxusa Allah padşahı ram edər, padşah həmin şəxsə tabe olar. Şərif dua budur: 

Bismillahi-Rəhmanir-Rəhim
Əllahummə inni əsəlukə ya mənihtəcəbə bişüai nurihi ən nəvaziri xəlqihi
ya mən təsərbəl bil-cəlali vəl-əzəməti vəştəhərə bittəcəbbəri fi qudsihi
ya mən təali bil-cəlali vəl-kibriyai fi təfərrudi məcdi
ya məninqadətil-umuri bi əzimmətiha təv-ən liəmrihi
ya mən qamətissəmavati vəl-ərzunə mucibatin liddəvəti
ya mən zəynəs-səmaə bin-nucumit-taliəti və cəələha haditən lixəlqi
ya mən ənarəl-qəmərəl-munirə fi səvadil-ləylil-muzlimi bilutfihi
ya mən ənarəş-şəmsəl-munirətə və cəələha məaşən lixəlqihi və cəələha mufərriqətən bəyəl-ləyli vən-nəhari biəzəməti. Ya mən istəvcəbəş-şukrə binəşri səhaibi niəmihi əsəlukə biməqaidil-izzə min ərşikə və muntəhər-rəhməti min kitabikə və bi kulli ismin huvə ləkə səmməytə bihi nəfsəkə əv istəsərtə bihi fi ilmil-ğəybi indəkə və bikulli ismin huvə ləkə ənzəltəhu fi kitabikə əv əsbəttəhu fi qulubis-safinəl-haffinə həvlə ərşikə fətəracəətil-qulubu iləs-suduri ənil-bəyani biixlasil-vəhdaniyyəti və təhqiqil fərdaniyyəti muqirrətən ləkə bil məbudiyyəti və innəkə əntə əllah əntə əlllah əntə əllah la ilahə illa əntə və əsəlukə bil-əsmail-ləti təcəlləytə biha lil-kəlim ələl cəbəlil əzim fələmma bəda şuau nuril-hucubi min bəhail-əzəməti xərrətil-cibalu mutədəkdikətən li əzəmətikə və cəlalikə və həybətikə və xəvfən min sətvətikə rahibətən minkə fəla ilahə illa əntə fəla ilahə illa əntə fəla ilahə illa əntə və əsəlukə bil-ismil-ləzi fətəqtə bihi rətqə əzimi cufuni uyunin-nazirinəl-ləzi bihi tədbiri hikmətikə və şəvahidu hucəci ənbiyaikə yərifunəkə bifitənil qulubi və əntə fi ğəvamizi musirrati səriratil-ğuyubi əsəlukə biizzəti zalikəl-ismi ən tusəlli əla muhəmmədin və ali muhəmməd və ən təsrifə ənni və ən əhli huzanəti və cəmiil-mumininə vəl-muminati cəmiəl afati vəl-ahati vəl-ərazi vəl-əmrazi vəl-xətaya vəz-zunubi vəşşəkki vəşşirki vəlkufri vəşşiqaqə vənnifaqə vəzzəlaləti vəlcəhli vəlməqti vəlğəzəbi vəlusri vəzziqi vəfəsadiz-zəmiri və hululin-niqməti və şəmatətil ədai və ğələbətil-ricali innəkə səmiud-duai lətifun li ma təşau və la həvlə və la qüvvətə illa billahil-əliyul-əzim.

اللَّهُمَّ إِنِّی أَسْأَلُكَ یَا مَنِ احْتَجَبَ بِشُعَاعِ نُورِهِ عَنْ نَوَاظِرِ خَلْقِهِ یَا مَنْ تَسَرْبَلَ بِالْجَلَالِ وَ الْعَظَمَةِ وَ اشْتَهَرَ بِالتَّجَبُّرِ فِی قُدْسِهِ یَا مَنْ تَعَالَى بِالْجَلَالِ وَ الْكِبْرِیَاءِ فِی تَفَرُّدِ مَجْدِهِ یَا مَنِ انْقَادَتِ الْأُمُورُ بِأَزِمَّتِهَا طَوْعاً لِأَمْرِهِ یَا مَنْ قَامَتِ السَّمَاوَاتُ وَ الْأَرَضُونَ مُجِیبَاتٍ لِدَعْوَتِهِ یَا مَنْ زَیَّنَ السَّمَاءَ بِالنُّجُومِ الطَّالِعَةِ وَ جَعَلَهَا هَادِیَةً لِخَلْقِهِ یَا مَنْ أَنَارَ الْقَمَرَ الْمُنِیرَ فِی سَوَادِ اللَّیْلِ الْمُظْلِمِ بِلُطْفِهِ یَا مَنْ أَنَارَ الشَّمْسَ الْمُنِیرَةَ وَ جَعَلَهَا مَعَاشاً لِخَلْقِهِ وَ جَعَلَهَا مُفَرِّقَةً بَیْنَ اللَّیْلِ وَ النَّهَارِ بِعَظَمَتِهِ یَا مَنِ اسْتَوْجَبَ الشُّكْرَ بِنَشْرِ سَحَائِبِ نِعَمِهِ أَسْأَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ وَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ سَمَّیْتَ بِهِ نَفْسَكَ أَوِ اسْتَأْثَرْتَ بِهِ فِی عِلْمِ الْغَیْبِ عِنْدَكَ وَ بِكُلِّ اسْمٍ هُوَ لَكَ أَنْزَلْتَهُ فِی كِتَابِكَ أَوْ أَثْبَتَّهُ فِی قُلُوبِ الصَّافِّینَ الْحَافِّینَ حَوْلَ عَرْشِكَ فَتَرَاجَعَتِ الْقُلُوبُ إِلَى الصُّدُورِ عَنِ الْبَیَانِ بِإِخْلَاصِ الْوَحْدَانِیَّةِ وَ تَحْقِیقِ الْفَرْدَانِیَّةِ مُقِرَّةً لَكَ بِالْمَعْبُودِیَّةِ وَ إِنَّكَ أَنْتَ اللَّهُ أَنْتَ اللَّهُ أَنْتَ اللَّهُ لَا إِلَهَ إِلَّا أَنْتَ وَ أَسْأَلُكَ بِالْأَسْمَاءِ الَّتِی تَجَلَّیْتَ بِهَا لِلْكَلِیمِ عَلَى الْجَبَلِ الْعَظِیمِ فَلَمَّا بَدَا شُعَاعُ نُورِ الْحُجُبِ مِنْ بَهَاءِ الْعَظَمَةِ خَرَّتِ الْجِبَالُ مُتَدَكْدِكَةً لِعَظَمَتِكَ وَ جَلَالِكَ وَ هَیْبَتِكَ-وَ خَوْفاً مِنْ سَطْوَتِكَ رَاهِبَةً مِنْكَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ فَلَا إِلَهَ إِلَّا أَنْتَ وَ أَسْأَلُكَ بِالاسْمِ الَّذِی فَتَقْتَ بِهِ رَتْقَ عَظِیمِ جُفُونِ عُیُونِ النَّاظِرِینَ الَّذِی بِهِ تَدْبِیرُ حِكْمَتِكَ وَ شَوَاهِدُ حُجَجِ أَنْبِیَائِكَ یَعْرِفُونَكَ بِفِطَنِ الْقُلُوبِ وَ أَنْتَ فِی غَوَامِضِ مُسَرَّاتِ سَرِیرَاتِ الْغُیُوبِ أَسْأَلُكَ بِعِزَّةِ ذَلِكَ الِاسْمِ أَنْ تُصَلِّیَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَصْرِفَ عَنِّی وَ عَنْ أَهْلِ حُزَانَتِی وَ جَمِیعِ الْمُؤْمِنِینَ وَ الْمُؤْمِنَاتِ جَمِیعَ الْآفَاتِ وَ الْعَاهَاتِ وَ الْأَعْرَاضِ وَ الْأَمْرَاضِ وَ الْخَطَایَا وَ الذُّنُوبِ وَ الشَّكِّ وَ الشِّرْكِ وَ الْكُفْرِ وَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ الضَّلَالَةِ وَ الْجَهْلِ وَ الْمَقْتِ وَ الْغَضَبِ وَ الْعُسْرِ وَ الضِّیقِ وَ فَسَادِ الضَّمِیرِ وَ حُلُولِ النَّقِمَةِ وَ شَمَاتَةِ الْأَعْدَاءِ وَ غَلَبَةِ الرِّجَالِ- إِنَّكَ سَمِیعُ الدُّعاءِ لَطِیفٌ لِمَا تَشَاءُ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ


2019 بازدید