Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2015

İxtilaflı söz danışan ağız düşmənin ruporudur!

32-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsi iştirakçıları ilə görüşdə bəyanat
Ayətullah Xamenei: Quran tilavəti müqəddimədir, məqsəd deyil!

Bismillahir-Rəhmanir-Rəhim

Əlhəmdu lillahi rəbbil-aləmin vəssəlatu vəssəlamu əla səyyidina Muhəmmədin və alihittahirin.
Bütün əziz qardaş və bacılara xoşgəldin deyirəm. Qarilər, hafizlər, Quran əhli, Quranla ünsiyyətdə olanlar Quran ayələrini tilavət edəndə həqiqətən Quran ətri həyat fəzasını bürüyür. Mən bu gözəl mərasimi təşkil edən, onu ərsəyə gətirənlərə təşəkkür edirəm. Möhtərəm qarilərə, bu gün proqramı icra edənlərə təşəkkürümü bildirirəm.
Ümir edirik ki, Allah bizi Quran əhli qərar versin. Quran əhli olmaq lazımdır. Quran tilavəti müqəddimədir, məqsəd deyil. Məqsəd Quran əxlaqı ilə tərbiyələnməkdir. Peyğəmbərin (s) möhtərəm zövcələrindən nəql olunub ki, Həzrətin (s) əxlaqı barədə deyiblər: Kanə xulquhul-quran... Peyğəmbərin (s) əxlaqı Quran idi... (Nəhcül-bəlağənin şərhi, c.6, səh. 320) Yəni Peyğəmbər (s) mücəssəm, təcəssüm etmiş Quran idi. Rəftarımız, əxlaqımız, şəxsi səciyyələrimiz Qurana uyğun olsun. Bu lazımdır. Tilavət bu yolun müqəddiməsidir. Təkcə bu da deyil. Qurana uyğun fərdi formalaşmadan əlavə, cəmiyyətimiz, həyat fəzamız da quransayağı olmalıdır.
Yol verməyin ki, cahiliyyət özünü cəmiyyətimizə, həyatımıza qəbul etdirsin. Hansı ki bu iş baş verib. Bu gün İslam dünyası cahil rejimlərin təzyiqi altında əzab çəkir. Bu gün İslam dünyası zəiflik, yoxsulluq, ixtilaf, daxili müharibələr yaşayır, onun böyük daxili mənbələri, enerjiləri öz əleyhinə işləyir. Bütün bunları İslam dünyasına zorla qəbul etdiriblər. Quran bizi bu təzyiqlərdən xilas etmək istəyir. Buna müvəffəq olmalıyıq. Quranı öyrənək, Quranla ünsiyyət quraq, Quran qarşısında təslim olaq, Qurandakı məqsədlərə doğru hərəkət üçün əzm və iradə göstərək. Bu halda bacararıq. Əgər bir addım irəli getsək, Allah-Taala bizə ikiqat güc verər. Bu gün müsəlman xalqların dərk etməli olduğu məsələ budur. Bunu dərk etməlidirlər. Bir addım atıb, sınayaq.
Biz bunu yaşadıq. Biz İran xalqı bunu təcrübədən keçirdik. İslam düşmənləri və Quran düşmənləri qarşısında təslim olmadıq, müqavimət göstərdik. Allah bizə güc verdi. Müqavimət göstərdikcə gücümüz artdı, imkanlarımız artdı, gələcəyə ümidimiz artdı. Bu, İslam dünyasına əlac nüsxəsidir. İslam düşmənlərinin İslam ümməti arasında həmişə, bu gün də izlədiyi məsələlərdən biri ixtilaf, qarşıdurma yaratmaqdır. Bunun qarşısını almaq lazımdır. İxtilaf yaradan söz danışan hər ağız düşmənin ruporudur. Özü bilsə də, bilməsə də, bu belədir. Diqqətli olaq ki, ağızlarımız İslam və Quran düşmənlərinin ruporu olmasın, ixtilaf havası çalmasın. Dini ixtilaf, şiə-sünni ixtilafı, ərəb-əcəm ixtilafı, ölkələrarası ixtilaf, millət-tayfa ixtilafları, millətçilik təəssübləri müsəlman cəmiyyətində şölələndirilən ixtilaflardır. Onların qarşısında dayanmaq lazımdır.
Bəli, bu sözləri danışmaq asandır. Onlara əməl etmək çətindir. Amma əməl üçün yol var, yol açıqdır. Əsas amil bizim əzm və iradəmizidr. Qərara gələk. Bəsirət və əzm iki əsas amildir. Əvvəla, bəsirətimiz olsun, dostu-düşməni tanıyaq. Bu gün elə İslam ölkələri var ki, onların məsullarının bəsirətində xəta var. Dostu düşməndən seçə bilmirlər. Düşməni dost sayırlar, dostu düşmən. Beləcə, insan zərbə alır. Belə bir ölkə, belə bir baxışla zərbəyə məruz qalır. Bəsirət lazımdır. Qul hazihi səbili ədu iləllahi əla bəsirətin ənə və mənittəbəəni... De: Bu mənim yolumdur. Mən və mənə tabe olan möminlər açıq-aşkar bir dəlillə Allaha çağırırıq... (Yusuf, 108) Əgər bəsirət olsa, insan yolu düzgün tanıyar. O zaman əzm və iradə göstərsə yolu asanlıqla keçər. İlahi nüsrət budur. İn tənsurullahə yənsurkum... Bundan aydın necə demək olar?! İn tənsurullahə yənsurkum və yusəbbit əqdaməkum... Əgər siz Allaha yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər. (Muhəmməd, 7) Allahın nüsrəti budur. Allahın yolunu tanımaq, tapmaq, izləmək, düşmənin fitnə, hiylə və zoruna təslim olmamaq! Quran biz belə təmin edir.
Bizim illik Quran toplantımız həmd olsun Allaha müvəffəq toplantıdır. Quran tədricən cəmiyyətimizdə öz yeni həyatını tapır. Quranı sevənlər, Quranla ünsiyyətə qatılanlar, Quranla mənus olanlar həmd olsun Allaha cəmiyyətimizdə artmaqdadır. Bizim Quranın hifzi, tilavəti üzərində israrımıza irad tutmasınlar ki, bunlar əsas deyil. Biz də bilirik ki, əsas deyil, vasitədir. Bu vasitələrsiz Qurana yaxınlaşmaq olmaz. Quran maarifi ilə tanış olmayan, Quran ayələrini düşünməyən, Quranla ünsiyyətdə