Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Nəfsin təkamül və tənəzzülü

Xaricdən gələn od insanın cismini yandırır. Qəlbi yandıran od isə nəfsin xəstəliyindən doğan oddur
Nəfsin inkişafı və süqutu
Mövzumuz nəfsin tərbiyəsidir. Qeyd etdik ki, bu söz Qurandan götürülmüşdür. Ayələrdən məlum olduğu kimi nəfs üçün onu həm ucalığa, həm də tənəzzülə aparan yollar vardır. O, həm təkamül, həm də süqutetmə xüsusiyyətinə malikdir.
Nəfsin necə inkişaf etdiyini və ya necə süquta uğradığını gözlə görmək qeyri-mümkündür. Başqa sözlə, bu hiss üzvlərinin duya biləcəyi prosses deyil. Orqanizmin xəstəliklərini hiss etmək mümkün olduğu halda ruhun xəstəliklərini hiss etmək mümkün deyil. Nəfsin xəstəliklərini tanımaq yalnız yüksək ruhi dərrakə vasitəsilə onu müşahidə etməklə mümkündür. Bu ruhani halət «hüzuri elm» (Allahın insanın qəlbinə əta etdiyi