Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Xalqın yoxsullaşmasına aparan hadisə

Ruhanilərin Qacar hakimiyyəti ilə mübarizəsi
Cənab Rəhbər Ayətullah Xamenei fəhlələrlə görüşdə əhəmiyyətli bir mövzu üzərində dayanaraq buyurdu: “Ölkənin ümumi iqtisadi problemlərinin həll yolunu ölkə daxilində tapmaq lazımdır. Bu işdə fəqərə sütunu istehsaldır. Biz müqavimət iqtisadiyyatının fəqərə sütunları haqqında danışdıq. Bu daxili istehsalı gücləndirməkdir. Buna müvəffəq olsaq, həmin sahəyə güc sərf etsək, iş problemi tədricən həllini tapar. İş dəyərlənər, fəhlənin dəyəri olar. İşsizlik bir problemdir, müqavimət iqtisadiyyatı nəticəsində tədricən aradan qalxar, azalar. Əsas məsələ istehsaldır.”
Son illərdə Cənab Rəhbər Ayətullah Xamenei daxili istehsalın gücləndirilməsi üçün xeyli tövsiyələr vermişdir. Bu məsələ daim Cənab Rəhbərin diqqət mərkəzindədir. Əgər müasir İran tarixinə nəzər salsaq, görərik ki, ruhanilər, din alimləri daim bu mövzuya xüsusi diqqət ayırıblar. Ruhanilərin bu sahədə fəaliyyətləri ilə tanış olmaq üçün Qacar dövrü alimlərinin fəaliyyətlərinə nəzər salmaq faydalıdır. O zaman ruhanilər heç bir məhdudiyyətsiz idxala qarşı çıxmış və daxili istehsalın müdafiəsində dayanmışlar.
Molla Əbdür-Rəsul Kaşani “Əsnafiyyə” risaləsində İran cəmiyyətində mövcud iqtisadi durumu araşdırır, Nasiri dövrünün sonları və Müzəffərəddin Şah hakimiyyətinin əvvəllərindəki zamanı nəzərdən keçirir. O buyurur: “İranın bütün tikililəri, mənzilləri dükan oldu. Xarici dövlətlərin dəyərsiz malı ilə dolduruldu. Ölkənin əsas sərvəti olan taxıl, pambıq və başqa sərvətlərin faydası özgələrinə çatdı. Bizim işimiz yük daşımaq, kiçik alverlə kifayətlənmək oldu.” Nasirəddin Şahın dövründə İranda yeni bir hadisə baş verdi. Olsun ki, həmin proses bu gün də davam edir. Həmin dövrdən başalayaraq İranda yeni sərmayədar sinfi yarandı. Bu sinif də ölkə iqtisadiyyatını Qərb bazarından asılı vəziyyətə gətirmişdi. Beləcə xarici mallar İran bazarına doldu. Nəticədə İran pulu 410 faiz qiymətdən düşdü.
Xarici mallardan asılılıq, Qacar hakimiyyətində maraq tədricən ölkə bazarını ağır bir vəziyyətə gətirdi. Daxili istehsal misli görünməmiş şəkildə azaldı. Bazarlar xarici mal satmaqla məşğul idi. Nəhayət, xalqın yoxsullaşmasına aparan bu hadisəyə qarşı ruhanilər səsini qaldırdı. Hacı Molla Əli Kəni, Ayətullah Mirzayi Şirazi, Şeyx Fəzlullah Nuri və başqa alimlər daxili istehsalın məhvinə, xarici malların bazarı işğal etməsinə qarşı çıxdılar. Əslində müqavimət iqtisadiyyatının ilk toxumlarını həmin dövrdə axtarmaq lazımdır.
Şeyx Fəzlullah Nuri qəməri 1306-cı ildə, tənbəki qadağası qiyamından bir müddət öncə xarici malların ölkəyə gətirilməsini bir təhlükə kimi dəyərləndirdi. O, xalqa üz tutaraq belə bir sual verdi ki, qənd kimi xarici ölkələrdə istehsal olunan malların İrana daşınmasının sonu nə olacaq? O bu sualı böyük şiə mərcəsi Ayətullah Mirzayi Şiraziyə ünvanlayır ki, alim ölkədəki durumu görsün. Mirzayi Şirazi onun cavabında deyir: “Mən əcnəbi ölkələrdən İrana mal daşınmasına həmişə şahid olmuşam və bu işin ifrata varması ölkə əhalisinin dinini və dünyasını məhv edir. Sizin bu mövzuya diqqətinizdən məmnunam ...” Şeyx Fəzlullah Nuri bu istiftanı, sualının cavabını bütün İrana yayır, ölkə alimlərinin diqqətini bu təhlükəyə yönəldir. Ruhanilərin bu sahədəki etiraz çıxışları qərb sərmayədarları və onların ölkədəki əlaltılarını özündən çıxarır. İngilis sərmayədarlarından biri o birinə belə bir məktub yazır: “Təəssübkeş mollalar müsəlmanların xaricilərə təslim olmasına qarşı çıxır, xalqı ayağa qaldırmaq üçün çıxış edirlər. Deyirlər ki, ticarət, mədən, bank, yollar, tütün sahələr avropalılara satılıb, qalıb ki, taxıl və qadınlar da onlara satılsın.”
Alimlər xaricdən idxala qarşı çıxmaqla yanaşı daxili istehsalı himayə edir, İslam şirkətlərinin yaradılmasına çalışırdılar. Ayətullah Ağa Nəcəfi İsfəhani, Ağa Nurullah Nəcəfi İsfəhani toxuculuq fəaliyyəti ilə məşğul olan şirkət yaratmış iki qardaşdırlar. Bu şirkət xalqın sevinclə qarşıladığı bir şirkət oldu. O getdikcə böyüyür, müxtəlif şəhərlərdə onun şöbələri yaradılırdı. Hətta xaricdə də bu şirkətin nümayəndəliyi fəaliyyətə başlamışdı.
Bu şirkətin işə başlaması ilə onu təsis edənlər əsas məqsədlərini açıqladılar. Onlar deyirdilər ki, məqsəd dağılmış suları arxa qaytarmaq, daxili istehsalın qırılmış bağlarını bərpa etməkdir. İslam şirkətlərinin yaranması ilə məmləkət dirçələcək. Xalq xarici mallara olan ehtiyacdan yaxa qurtaracaq. İlk şirkət ölkənin gələcəyini təmin edəcək bir hərəkat üçün müjdədir. Hər bir işin başlanğıcı var. Bu şirkət də İslam şirkətlərinin yaradılmasında bir addımdır ...
Deyilən sözlərdən aydın olur ki, ruhanilərin daxili istehsala əhəmiyyət verməsində məqsəd ölkə və xalqın dirçəlişi olub. Ayətullah Axund Xorasani bu şirkətləri himayə edərək Müzəffərəddin şaha məktub yazır. Yazır ki, İslam şirkətinin yaradılması Həzrət Mehdinin (əc) razılığına səbəb olacaq bir işdir, millət və dövləti möhkəmlədir ... O şahdan istəyir ki, İslam şirkətlərini himayə etsin.
O dövrdə Həblul-Mətin qəzeti 20-ci sayında İslam şirkətləri haqqında məlumat verərək yazır: “ Mərhum Ayətullah Ağa Nəcəfi İsfəhani qardaşı Ağa Nurullah ilə birlikdə xarici ölkələrin iqtisadiyyatımızı əsarətə almasına qarşı çıxaraq, tarixdə misli görünməmiş bir addım atdılar. Alimlərin də himayələri sayəsində ölkə daxilində istehsal istiqamətində iş görüldü və islam şirkəti yaradıldı. Bu şirkətin yaradılması ilə daxili istehsal bir hərəkat şəkili aldı.
Ölkə tarixinin nəzərdən keçirilməsi, xüsusi ilə son iki yüz ilin hadisələrinin öyrənilməsi göstərir ki, din alimləri həmişə xalqın qayğısına qalıb, onun maddi çətinliklərini aradan qaldırmağa çalışıb. Onlar daim daxili istehsalı müdafiə edib, həddi aşmış idxala qarşı çıxıb. İsfahan alimlərinin islam şirkəti yaratması bu sahədə böyük bir addım olub. İslam şirkətinin yaradılmasını İran tarixində irəli atılmış mühüm addımlardan saymaq olar. Bu müqavimət iqtisadiyyatı sahəsində bir addım idi. İslam şirkətləri məmləkəti xoş bir gələcəyə aparırdı.

Vilayet.nur-az


1107 بازدید
در حال ارسال اطلاعات...