Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Dekabr 2013

Türkiyə böhranının Pensilvaniya ipucu

Türkiyə polisinin son əməliyyatları, Ədalət və İnkişaf partiyasına yaxın bir çox insanların həbsi yenidən tanış Fətullah Gülən adını ortaya gətirdi. Bəziləri düşünür ki, bu əməliyyatların arxasında məhz o dayanır, bu fitnələrin memarı məhz odur, bu yolla Ərdoğana öz yeri göstərilir.

Təsnim iformasiya agentliyi xəbər verir ki, Türkiyə polisinin son əməliyyatları siyasi çevrələrdə zəlzələ yaradıb. Maliyyə fırıldaqçılığına qarşı əməliyyat adlandırılan bu hadisələrin pərdəarxası var. Ad bu olub ki, əməliyyatlar rüşvət, 87 milyard avro çirkli pulların yuyulmasına qarşıdır. Bu işlərdə İran əsilli Türkiyə taciri Rza Zərrabın adı çəkilir. 57 nəfər bu şəxsdən rüşvət almaq ittihamı ilə saxlanılıb. Çirki pullar, qızıl qaçaqmalçılığı ittihamlar arasındadır. Həbs olunan adamların bir hissəsi buraxılsa da iki nazir oğlu, Türkiyə dövlət bankının rəisi, Haluk Bankın rəisi, Rza Zərrab daxil olmaqla 23 nəfər həbsdə qalır.

Fətullah Gülən ABŞ Pensilvaniya ştatında yaşasa da çoxları bu fikirdədir ki Türkiyənin daxili və xarici siyasətini məhz bu şəxs təyin edir. Türkiyədə bəzi şərhçilər bu əqidədədir ki, son hadisələrin əsas səbəbi Fətullah Gülənlə Ərdoğan arasında yaranmış qarşıdurmadır. Hansı ki bu iki qrup yaxın günlərədək ordunun hakimiyyətinə qarşı yaxından həmkarlıq edib. Fətullah Gülənin 72 yaşı var, 1999-cu ildən rəsmən tibbi müayinə məqsədilə Amerikaya mühacirət edib. Əslində bu şəxs Türkiyə hüquq-mühafizə orqanlarının ittihamlarından yayınıb.

Çoxları Fətullah Güləni dini ideoloq, millətçi sayırlar. O öz nəzəriyyəsini, dövlətçiliyə yönəli fəaliyyətlərini təhsil proqramları kənarında həyata keçirir. 2009-cu ildə vikiliks maraqlı bir sənəd yaydı. Bu sənədə görə Gülən Türkiyənin siyasi və ictimai həyatında təyinedici şəxs kimi qeyd edilirdi. Sənədə görə ABŞ-ın Ankaradakı sabiq səfiri Ceyms Cefri 2009-cu ildə öz məruzəsində belə yazıb: "Fətullah Gülən hərəkatı Türkiyə hökumətinə nəzarəti tam ələ alıb."

Gülənin tərəfdarlarına məxsus böyük şəbəkənin ölkə və ölkə xaricində böyük kapital və qüdrəti var. Sənədə görə Türkiyə polisi tam şəkildə Gülənin nəzarətindədir. Amma bu iddiaların sübutu üçün kifayəti qədər dəlil yoxdur. Amma bu həqiqəti rədd edəcək kimsə yoxdur. Sənədə əsasən, Türkiyə polisinin iki yüz minlik heyəti istənilən bir məqamda Gülənin himayəsinə hazırdır. Sənəddə həm də Gülənin beynəlxalq hesabındakı 25 milyard dollara işarə olunub. Vurğulanıb ki, Gülən bu pulla Ədalət və İnkişaf partiyasını tam nəzarətdə saxlaya bilir.

Gülənlə bağlı işlənən fikirlərdən biri budur ki, bu günün şagirdləri sabahın siyasiləridir. Gülən hərəkatı təhsil sahəsində misilsiz uğurlara imza atıb. Bu hərəkat nəzarəti alıtnad olan təhsil sistemindən çıxanları dövlət orqanlarında yerləşdirir. Gülənin nəzarətində olan məktəblərin sayı Türkiyədə 300, dünyada mini ötür. Bu məktəblər bütün dünyaya səpələnib. Eyni zamanda sıx şəkildə bir-biri ilə əlaqəlidir və Fətullah Güləndən göstəriş alır.

Bu gün Türkiyədə istər siyasət, istər iqtisadiyyat, istər mədəniyyət sahəsində post tutanlar Gülən məktəbinin məzunlarıdır. Gülənə məxsus bütün məktəblərdə ingilis dili tədris edilir. Bu məktəbi qurtaran şəxs ingilis dilində yetərincə yazıb-oxuyur. Gülən məktəblərində təhsilin yüksək səviyyəsi məsihi və digər dindən olanları da (hətta ateistləri) bu məktəblərə cəzb edir. Gülən söhbətlərindən birində deyir: "Mən anadolu övladıyam. Məmləkətimin dəyərlərini qorumaq üçün tərəfdarlarıma polis, diplomat, əsgər, hakim ol deməyim təbiidir."

Belə bir fikir var ki, hərbçi və qeyri-hərbçi müxaliflərin həbsi ilə sonuclanan ergenekon hadisəsini Gülənin məhkəmə sistemindəki sabiq şagirdləri həyata keçirib. Ergenekon hadisəsi Gülənlə Ədalət və İnkişaf partiyası arasında həmkarlığın bariz nümunəsi sayılır. 1999-cu ildə yayılmış bir video görüntüdə Gülən tərəfdarlarına deyir ki, mövcud dövlət təsisatlarına nüfuz etmək lazımdır.

Həmin videoda Gülən belə deyir: "Siz kimsənin diqqətini cəlb etmədən bütün dövlət qrumlarına nüfuz etməlisiniz. Bütün rıçaqları ələ keçirənə qədər səbrli olmaq lazımdır. O zamana qədər ki, kostitusiyaya təsirli bütün təsisatlar nəzarətinizdə olsun."

Amma Ərdoğanın xarici siyasəti, eləcə də kürd probleminin həllinə yönəli addımları arada ixtilaf yaratdı. İlk ixtilaf 2010-cu ildə Mavi Mərmərəyə sionistlərin basqını zamanı baş verdi. Gülən Qəzzəyə yardım karvanını sionist rejimdən icazəsiz addıma görə tənqid etdi. İsrail hərbiçilərinin karvan üzvlərinə hücumu barədə dedi: "İsraildən icazəsiz humanitar karvanın yola düşməsi İsrailə müqavimətdir və bunun müsbət nəticəsi olmayacaq."

Ərdoğanla Gülən arasında fikir ayrılığının məhz bu hadisə zamanı yarandığı söylənilir. Gülən iddia edir ki, Qəzzəyə humanitar yardımdan öncə Teləvivdən icazə alınmalı idi.

Gülənin etirazla qarşıladığı ölkədaxili məsələlərdən biri Türkiyə təhlükəsizlik qrumunun PKK rəhbəri Abdullah Öcəlanla bir başa danışıqlara getməsidir. Gülən kürdlərə mədəni hüquqlar verilməsinə tərəfdar olsa da Öcəlanla danışıqları qəbul etmir. İş o yerə çatdı ki Türkiyə ədliyyə orqanları ölkənin təhlükəsizlik naziri və bir neçə rəsmidən mövzu ilə bağlı izahat istədi.

İxtilaflar bir həddə çatdı ki 2012-ci ilin fevral ayında təhlükəsizlik qrumunun beş tanınmış məmuru PKK ilə qanunsuz əlaqələr ittihamı ilə istintaqa cəlb edildi. Bildirilir ki, bu işin arxasında Gülən dayanır. Ərdoğan məhkəmənin addımlarına etiraz etdi və həmin şəxslərə şəxsən göstəriş verdiyini bildirdi.

2012-ci ilin noyabr ayında qarşıdurma daha da gərginləşdi. Mətbuatda 2004-cü ilə aid bir sənəd dərc olundu. Həmin sənədi Ədalət və İnkişaf partiyasına məxsus dövlətin nazirləri, eləcə də şəxsən baş nazir imzalamışdı. Sənəddə Gülən hərəkatına qarşı müəyyən addımlar nəzərdə tutulurdu. Sənəddə dövlət tövsiyə olunurdu ki, Gülənə bağlı qrumlar ciddi cəzalandırılsın. Son qarşıdurma isə Türkiyə hökumətinin Gülən təhsil sistemini məhdudlaşdırmaqla bağlı addımından sonra yarandı. Bu sistemdə böyük maliyyə və insan resursları mövcuddur.

Şərhçilər bu fikrdədir ki, Hizmət hərəkatına məxsus məktəblərin hədəfə alınması Ərdoğanın güc nümayişi idi. Təbii ki Gülənin reaksiyası adekvat oldu.

Zaman qəzetinin yazarı Etyen Mahçupyan Gülənə yaxın insanlardan sayılır. Yazar bildirir: "İki tərəf arasında hansısa tədrici yaxınlaşma mümkün deyil. Bu məsələ tərəfdarları narahat edir. Olsun ki qarşıdurmalar seçkilərə qədər davam edəcək. Tərəflər hansısa razılaşmaya getməyə məcbur qala bilər. Bu işi görməsələr üçüncü tərəfin vasitəçiliyi mümkündür." Gülən haqqında araşdırmaçı kimi tanınan Əhməd Şik bu işinə görə həbsdə də olub. O deyir: "İki tərəf arasında müharibə nüvə müharibəsi olacaq və kimsə qələbə qazanmayacaq. Hər tərəfin qarşı tərəfə yönəli kifayət qədər dəlilləri var."

Gülənin neçə on illər boyu yaratdıqları böyük buz dağı (aysberq) kimidir. Onun kiçik hissəsi suyun üstündə, böyük hissəsi isə suyun altındadır. Onun dünya boyu səpələnmiş yüzlərlə məktəbində ardıcıl yetişdirilir. Bu insanların dövlət qurumlarında yerləşdirilməsinə cəhd ediləcək.

Maraqlıdır ki, Gülənin hədəfi təkcə Türkiyə deyil. Gülənə bağlı lobbilərin fəaliyyəti gələcəklə bağlı maraqlı proqnozlara səbəb olur. Son statistikaya görə Gülənin təkcə Amerikada 87 məktəbi var. Bu məktəbi başa vuranlar böyük ehtimala görə Gülənin milyardlarına arxalanaraq Amerika siyasətində söz sahibi olacaq. Olsun ki Gülən Amerikanı öz təhsil sistemi üçün mərkəzə çevirib. Bu sistemdə təhsil alan müsəlmanlar yeni dünyada bir növ yeni islamın aparıcıları ola bilər.

Nur-az.com/tesnim


1853 بازدید
در حال ارسال اطلاعات...