Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Amerikanın ikili rəftarlarının tarixi nümunələri

Səkkiz illik müharibədə Amerika və müttəfiqləri, hətta Rusiya Səddama yardım göstərdi
Bu gün dünyanın siyasi xəritəsində İslam və Liberalizm rəngləri diqqəti çəkir. Dünya bir tərəfdə imperialist Amerika, digər tərəfdə islamçı İran olmaqla iki qütbə bölünmüş kimi görünür. Kimdir haqlı? Dünya ictimaiyyəti Amerikanın hər gün artan cinayətlərinə rəğmən bu ölkəni dünyanın sabitliyini pozmaqda təqsirli sayır. Amerika həm də İslam Cümhuriyyətinə qarşı bütün hədləri aşaraq hər tədbirə əl atır. İŞİD kimi mütləq terrorçu təşkilatın arxasında dayanan Amerika eyni zamanda İranı terrorizmi himayə etməkdə təqsirləndirir. Hansı ki bu ölkənin təcavüzü, terroru dəstəkləməsi İraqın İrana təcavüzü zamanı aydın oldu!! 1982-ci ilin mart ayında Reyqan dövləti terroru dəstəkləyən ölkələr listindən İraqın adını sildi. Amerikanın xarici siyasətində son onilliklərdə belə riyakar addımlar çox olub. Bəziləri iddia edir ki, Amerikanı yalnız milli mənafeləri düşünür və öz xarici siyasətini bu prinsip üzərində qurub. Amma öz milli mənafelərinə xatir dünyanı qanda boğmaq heç bir əxlaqa sığan münasibət deyil. Bəziləri də iddia edir ki, Amerikanın xarici siyasətində təyinedici amil ölkə xaricindəki hadisələr, o cümlədən İsraildir. Bu gün dünyanın istənilən bir dövlətini dəyərləndirmək üçün terrorizmə münasibət kimi bir meyar var. Bir zaman İraq beynəlxalq təşkilatları nəzəratdə saxlayan dövlətlər tərəfindən terroru himayə edənlər listinə salındı. İran İslam Respublikası Həmas və Hizbullah kimi təşkilatları müqavimət təşkilatları olaraq himayə edirdi. Həmas və Hizbullah öz ölkələrinin ərazi bütövlüyü uğrunda vuruşan təşkilatlardır. Buna baxmayaraq, Amerika bu təşkilatları da terrorçu qruplar siyahısına salıb. Maraqlıdır ki, İran İslam İnqilabına qarşı görünməmiş cinayətlərə al atmış Xalq Mücahidləri təşkilatı həmişə Amerika tərəfindən himayə olunub. Bu təşkilat uzun müddət İraq ərazisinə yerləşib. Yalnız Səddam rejimi devriləndən sonra İran İslam Respublikasının təkidləri ilə bu təşkilat İraq ərazisindən çıxarılıb. Bu işdə sabiq İraq başçısı Nuri Malikinin rolu böyük olub. Amma bu hadisədən sonra da Amerika Xalq Mücahidləri təşkilatını himayə etməkdən çəkinməyib. Osmanlı imperiyasının süqutu ilə İraq dövləti yarandı. İraq dövləti regional və beynəlxalq hadisələrdə mühüm rol oynayırdı. Mühüm siyasi, iqtisadi və ideoloji mövqeyi İraqı dünyaya nəzarətdə iddialı ölkələr üçün əhəmiyyətli edib. 1979-cu ildə Amerika Xarici İşlər Nazirliyi bir neçə dövləti terroru himayə edənlər listinə saldı. Belə iddia olunur ki, həmin ölkələr beynəlxalq terroru himayə edir. Liviya, İraq, Cənubi Yəmən, Suriya bu sırada idi. 1982-ci ildə Kuba da həmin siyahıya əlavə edildi. Sonra İranda inqilab baş verdi, monarxiya rejimi devrildi və İslam Respublikası quruldu. İran İslam Respublikası ABŞ və müttəfiqlərinin dünya miqyasında imperialist siyasətlərinə qarşı bayraqdar oldu. İslam Respublikası bütün dünyada ədalətli sistemin qurulması, istismar və zorakılığa son qoyulması istiqamətində fəaliyyətlərə başladı. Bununla da İran təcavüzkar Amerikanın bir nömrəli düşməninə çevrildi. Amerikanın terrora münasibətdə ikili yanaşması son illərdə özünü daha qabarıq şəkildə göstərib. İranın terroru himayədə ittiham edən Ağ Ev Xalq Mücahidləri terrorçu qruplaşmasının terror təşkilatı kimi tanınmaması istiqamətində təlaş göstərib. Amerikanın İranın daxili işlərinə açıq qarışmasına etiraz olaraq bu ölkənin Tehrandakı səfirliyinin mübariz inqilabçılar tərəfindən tutulması, diplomatik missiya adı altında casusluq fəaliyyəti göstərən amerikalıların girov götürülməsi iki ölkə arasında münasibətləri daha da gərginləşdirdi. Amerika İrana qarşı sanksiyalar tətbiq etməyə başladı. Bu gün adı gündəmdə olan sanksiyalara elə həmin dövrdə start verilib. Onlar İrana qarşı fəaliyyətlərində bu ölkəyə təcavüzə də əl atdılar. Səddamı İrana hərbi təcavüzə sövq edildi. Səkkiz illik müharibə ərzində Amerika və müttəfiqləri, hətta əks qütbdə olan Rusiya Səddama yardım göstərdi. Adı terroru himayə edən ölkələr sırasında olan İraq bu siyahidən çıxarıldı. İraqa qarşı münasibət dəyişildi. İraqın adını terroru himayə edənlər siyahisindən çıxarmaqla onun hərbi baxımdan təchizatı üçün yol açdılar. Amerika 1984-cü ildə rəsmi bəyanat verdi ki, İranın qələbələri Amerikanın milli mənafelərinə ziddir. 1984-ci ilin dekabr ayında Ağ Ev rəsmisi Cefre Kent öz məruzəsində bildirdi ki, Ayətullah Xomeyni Qərbin mənafeləri üçün təhlükə sayılır. Onlar mərhum İmama qarşı terror əməliyyatına belə əl atdılar. Amerikanı qorxudan hadisələrdən biri də bu idi ki, İran Rusiya ilə müttəfiq ola bilər. 1985-ci ilin yanvar ayında ABŞ Xarici İşlər Naziri Corc Şoltes elan etdi ki, İran beynəlxalq terorru dəstəkləyir, bundan sonra İranı silahla təchiz edənlərə təzyiq göstəriləcək. 1985-ci ilin fevral ayında Amerika hərbi sənayesi İraqa 45 nəhəng hərbi vertolyot verdi. Bu İraqa göstərilən hərbi yardımın kiçik bir nümunəsidir. Az əvvəl terroru himayə edən dövlət sayılan İraqın sonradan belə himayə olunması Amerikanın ikili siyasətlərinə aşkar nümunədir.
Xalq Mücahidləri təşkilatı 1960-cı ildə anti-imperialist siyasət izləyən təşkilat kimi yaradılıb. Xalq Mücahidlərinin ilk təsis ocağı İran universitetləri olub. Bu təşkilat marksist yönlü olub, şah rejiminə qarşı çıxıb. Pəhləvi rejiminin son illərində dini yönünü kənara qoyaraq, sırf marksist istiqamət tutub. İran İslam İnqilabının qələbəsindən sonra Xalq Mücahidləri təşkilatı inqilaba arxa çevirərək müxalif mövqe tutub. Silahlı qarşıdurmaya qədər gedən bu quruplaşma üzvləri təqib olunduğu üçün əvvəlcə Parisə, sonra İraqa sığınıb. Səddam İranla müharibə apardığından bu terrorçu qruplaşmanı özünə müttəfiq sayırdı. Beləcə, bu təşkilatın ixtiyarına milyardlarla dollar, hərbi təchizat verildi. Belə ki, Xalq Mücahidləri Səddamla açıq həmkarlığa gedib, İran xalqına qarşı çıxdılar. Amma İraqın özündə də qruplaşmanın ölkədə yerləşməsinə və fəaliyyətinə etiraz edənlər var idi. Səddam tərəfindən təzyiqə məruz qalan kürdlər və şiələr bu təşkilatın fəaliyyətlərinə son qoyulmasını istəyirdilər. Xalq Mücahidləri təşkilatının, münafiqlərin terrorçu hücumları 1970-ci illərdən başlayır. O zaman bu təşkilat şah rejiminə qarşı fəaliyyət göstərirdi. Təbii ki, İran şahı ilə müttəfiq olan Amerika bu təşkilatı terrorçu kimi dəyərləndirdi. Həmin təşkilat 1973-cü ildə Amerikanı təmsil edən məmurlardan birini qətlə yetirdi. 1975-ci ildə amerikalı iki hərbi müşavir öldürüldü. Böyük Amerika şirkətlərinin rəhbərləri arasında da qətlə yetirilənlər oldu. Xalq Mücahidləri təkcə şəxslər yox, həm də şah və Amerikaya xidmət edən şirkətlərə qarşı əməliyyatlar həyata keçirirdi. Şah rejiminin son illərində bu təşkilatın hücumuna məruz qalmayan Amerika şirkəti yox idi. Xalq Mücahidlərinin terrorçu əməliyyatları inqilabdan sonra İran xalqına qarşı yönəldi. 1992-ci ildə Nyu-Yorkda, BMT də İran nümayəndəliyinin ofisinə hücum təşkil edildi. Bu onu göstərirdi ki, təşkilatın silahlı fəaliyyətləri hələ də davam edir. Xalq Mücahidlərini şah dövründə tanıyan Ağ Ev 1997-ci ildə Xalq Mücahidlərini terrorçu təşkilatlar siyahisindən çıxardı. Bu siyasi bir məzhəkə idi. Dünyada bu addımı qınamayan siyasətçi qalmadı. İranda Məhəmməd Hatəmi hakimiyyətə gəldikdən sonra onu liberal sayan Ağ Ev İranla əlaqələri yaxşılaşdırmaq fikrinə düşdü. Amma sonrakı hadisələrdən aydın oldu ki, İran İslam Cümhuriyyətinin taleyini ayrı-ayrı məsullar yox, xalq təyin edir. Xalq Mücahidləri nüvə enerjisi üzrə mütəxəssisləri hədəfə aldılar. Amerika bunu görür və dəstəkləyirdi. Bu təşkilat Amerika kəşfiyyat idarəsinin əlində bir oyuncağa çevrilmişdi. Xalq Mücahidlərini himayəsindən dolayı ciddi ittiham olunduğunu görən Ağ Ev 2009-cu ilin yanvar ayında Xalq Mücahidlərini növbəti dəfə terrorçu qruplaşma kimi tanıdı. Amma bu ikili rəftar arxasında nə dayandığını dünya görürdü. İran İslam Respublikasına qarşı son dövrdə həyata keçirilən terror hadisələrində məhz Ağ Evin hi